Məhkəmə qərarları › İş №2(062)-2495/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2495/2025

08.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2495/2025 08.10.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, iddiaçı İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 30000 manat pulun və ödənilmiş 180 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə tanışlıq əlaqələri mövcud olmuşdur. O, gül ticarəti ilə məşğul olur və fərdi sahibkar kimi şəxsi mağazası var. Cavabdeh dəfələrlə ondan gül almış və tanışlıqları həmin andan yaranmışdır. 2023-cü il ərzində cavabdeh ona müraciət edərək çətin vəziyyətdə olduğunu, ona görə də borc pul verməsini istəmişdir. 2023-cü ilin müxtəlif aylarında o, cavabdehə 30000 manat borc pul vermişdir. Sonradan pulunu tələb etdikdə, cavabdeh ona müxtəlif bəhanələr gətirərək borcunu verməkdən boyun qaçırmışdır. Bundan sonra o, Tovuz Rayon Polis Şöbəsinə müraciət etmişdir. Həmin işlə bağlı Tovuz rayon Polis Şöbəsində araşdırılma aparılmış və onun təqsiri sübüta yetirilmişdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında İddiaçı izahatında iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, tələb etdiyi məbləği bir il yarım əvvəl cavabdehə vermişdir. Məbləğ hər dəfə 7000 manat, 13000 manat və 10000 manat olmaqla 3 dəfəyə verilmişdir. Aralarında borcla bağlı razılaşma şifahi olmuşdur. Məhkəmə baxış iclasında Cavabdeh bildirmişdir ki, iddiaçını uzun müddətdir tanıyır. Qanunvericiliyin tələbinə əsasən iddiaçı öz iddiası ilə bağlı məhkəməyə sübutlar təqdim etməlidir. Lakin hazırda iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçının verdiyi 7000 manat qaytarılmadığı təqdirdə sonradan əlavə məbləğlər verməsi sual doğurur. İddiaçı ona verdiyi pulları yaxşılıq etmək niyyətilə və ya hədiyyə kimi, əvəzsiz olaraq vermişdir. Tovuz Rayon Polis İdarəsində aparılmış araşdırma zamanı etiraf məzmunlu izahat yazarkən ona heç bir fiziki və psixoloji təzyiq olmamış, həyat yoldaşı polis şöbəsinin qarşısında onu gözlədiyindən şöbədən tez çıxa bilmək üçün yazdığı izahatda iddiaçıdan 30000 manat hissə-hissə borc aldığını etiraf etmişdir. +**********95 mobil telefon nömrəsi və lgm.111314 adlı sosial şəbəkə hesabı ona məxsusdur. İddiaçının ona etdiyi bütün yaxşılıqları toplayıb 30000 manat müəyyən etmiş və göndərilən mesajlar bunu əks etdirir. Cavabdeh göstərilən izahatını həmçinin yazılı formada məhkəməyə təqdim etmişdir. İş materialına əlavə edilmiş sənədlər Tovuz Rayon Polis İdarəsindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə Tovuz Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Cavabdeh 30000 manat borc verdiyini, lakin həmin pulun Cavabdeh tərəfindən qaytarılmadığını bildirmişdir. Tovuz RPŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı Tural Məmmədli tərəfindən aparılmış araşdırma zamanı İddiaçı eyniməzmunlu izahat vermişdir. Cavabdeh izahatında göstərmişdir: “Göstərilən ünvanda ailəmlə birlikdə yaşayram. 3 övladım var. Tovuz rayon 4 gism-də müdir əvəziyəm. Barəmdə yazılan şikayətlə tanış oldum. Bildirirəm ki, İddiaçı 10 ildir tanıyıram, 30 min almışam, həmin müddət ərzində ümumilikdə mən Ramildən 30 min borc pul almışam, həmin pulu Ramil mənə az-az veribdir, birdən-birə verməyibdir. Mən də söz verirəm ki, İddiaçı borclu olduğum 30 min manat pulu hissə-hissə qaytaracam. İzahatı özüm yazdım. Doğrudur. İzahatıma heç bir əlavəm yoxdur. Doğruluğunu öz imzamla təsdiq edirəm. İmza: Cavabdeh”. xx.xx.2025-ci il tarixdə Tovuz RPŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı Tural Məmmədli tərəfindən tərtib edilmiş arayışda müraciətin məhkəmənin səlahiyyətinə aid olması göstərilmiş və toplanmış materialın Tovuz RPŞ-nin dəftərxanasında işə tikilməsi məqəsədəuyğun hesab edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş 07 ədəd fotoşəkildə mobil telefonun ekran görüntüləri və +**********95 mobil telefon nömrəsi ilə mesaj mətnləri əks olunmuşdur. Həmin fotoşəkillərdə iş üzrə əhəmiyyət kəsb edən “Narahat olma, pulunu da gele ay hazır edecem kredit alıb”, “Allah mənə imkan vermir men ödeyem bitirim”, “30000-i nece verecem, Kreditim olmasa derd yarı”, “Borcun derdindeyem, men nece ödeyecem Ramil” məzmunlu ifadələr müəyyən olunmuşdur. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, +**********95 mobil telefon nömrəsi ona məxsusdur. İddiaçının ona etdiyi bütün yaxşılıqları toplayıb 30000 manat müəyyən etmiş və göndərilən mesajlar bunu əks etdirir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş üzərində “BİNGO CD-R” yazılmış diskdə “lgm.111314” adlı sosial şəbəkə hesabı ilə mesaj mətnləri əks olunmuş 06 ədəd fotoşəkil və 05 ədəd videogörüntü müəyyən edildi. Həmin fotoşəkillərdə iş üzrə əhəmiyyət kəsb edən “may ayının sonu 30 minimi ver - verecem”, “Mayın 30-na kimi yazma mənə, özümü yazıb pulu verjem” məzmunda mesajlar mətnləri əks olunmuşdur İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş üzərində “VERBATİM CD-R” yazılmış diskdə iş üzrə əhəmiyyət kəsb edən məlumat müəyyən edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə eqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtarafli agd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır, Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri aqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanlan eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifade olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditörun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardir. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yeni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərina və bu Macallanin tələblərinə müvafiq surətdə, bela şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə şamil edilir. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0.3 faizi Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə iddia ərizəsini, iddiaçının və cavabdehin izahatlarını, işə əlavə edilmiş sənədləri və təqdim olunmuş sübutları hərtərəfli və məcmu şəkildə qiymətləndirərək belə müəyyən etmişdir: İddiaçı Cavabdeh qarşı 30000 manat məbləğində borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı bildirmişdir ki, göstərilən məbləğdə pulu cavabdehə borc kimi vermiş, lakin cavabdeh həmin pulu qaytarmamışlar. İddiaçı tərəfindən məhkəməyə sübut kimi təqdim edilmiş mesaj mətnlərində və Tovuz Rayon Polis İdarəsində aparılmış araşdırma zamanı yazdığı izahatda Cavabdeh iddiaçıya borclu olduğunu etiraf etmiş, borcun məbləğini 30000 manat olaraq göstərmiş və bu məbləği yaxın zamanda qaytaracağını bildirmişdir. Belə ki, Tovuz RPŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı Tural Məmmədli tərəfindən aparılmış araşdırma zamanı Cavabdeh yazdığı izahatında göstərmişdir: “Göstərilən ünvanda ailəmlə birlikdə yaşayram. 3 övladım var. Tovuz rayon 4 gism-də müdir əvəziyəm. Barəmdə yazılan şikayətlə tanış oldum. Bildirirəm ki, İddiaçı 10 ildir tanıyıram, 30 min almışam, həmin müddət ərzində ümumilikdə mən Ramildən 30 min borc pul almışam, həmin pulu Ramil mənə az-az veribdir, birdən-birə verməyibdir. Mən də söz verirəm ki, İddiaçı borclu olduğum 30 min manat pulu hissə-hissə qaytaracam. ...”. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş 07 ədəd fotoşəkildə mobil telefonun ekran görüntüləri və +**********95 mobil telefon nömrəsi ilə mesaj mətnləri əks olunmuşdur. Həmin fotoşəkillərdə iş üzrə əhəmiyyət kəsb edən “Narahat olma, pulunu da gele ay hazır edecem kredit alıb”, “Allah mənə imkan vermir men ödeyem bitirim”, “30000-i nece verecem, Kreditim olmasa derd yarı”, “Borcun derdindeyem, men nece ödeyecem Ramil” məzmunlu ifadələr müəyyən olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş üzərində “BİNGO CD-R” yazılmış diskdə “lgm.111314” adlı sosial şəbəkə hesabı ilə mesaj mətnləri əks olunmuş 06 ədəd fotoşəkil və 05 ədəd videogörüntü müəyyən edildi. Həmin fotoşəkillərdə iş üzrə əhəmiyyət kəsb edən “may ayının sonu 30 minimi ver - verecem”, “Mayın 30-na kimi yazma mənə, özümü yazıb pulu verjem” məzmunda mesajlar mətnləri əks olunmuşdur. Cavabdeh məhkəmə iclasında qeyd olunan telefon nömrəsinin və sosial şəbəkə hesabı adının ona məxsus olduğunu təsdiqləmişdir. Cavabdeh iddianı təkzib etmiş, iddiaçıdan göstərilən məbləğdə pul vəsaitini borc kimi almadığını, iddiaçının həmin pulu ona əvəzsiz olaraq, yaxşılıq niyyətilə və hədiyyə kimi verdiyini, alınmış bütün hədiyyələrin və edilmiş yardımların dəyərinin hazırda ondan tələb edildiyini bildirmiş, mesaj mətnlərini həmin halı nəzərdə tutaraq yazdığını qeyd etmişdir. Məhkəmə tərəfindən prosessual hüquq və vəzifələrinin izah edilib, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə xəbərdar edilməsinə, sübutetmə yükünün tərəflər arasında bölüşdürülməsi və sübutların təqdim edilməsi qaydasının izah edilməsinə baxmayaraq cavabdeh Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən məhkəməyə bu etirazının əsası kimi istinad etdiyi halı təsdiq edən heç bir sübut təqdim etməmişdir. Cavabdeh Tovuz RPŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı Tural Məmmədli tərəfindən aparılmış araşdırma zamanı yazdığı izahatda iddiaçıdan 30000 manat hissəhissə borc aldığını etiraf etməsini isə həyat yoldaşı polis şöbəsinin qarşısında onu gözlədiyindən şöbədən tez çıxmaq istəməsi ilə izah etmişdir. Məhkəmə cavabdehin bu arqumentini ağlabatan və inandırıcı hesab etmir. Çünki həyat yoldaşının gözləməsi kimi məişət xarakterli bir hal, bu qədər böyük məbləğdə pulun borc kimi alındığını etiraf etməyə vadar edəcək dərəcədə ciddi və məcburedici səbəb ola bilməz. Üstəlik, cavabdehin özü də məhkəmədəki izahatında polis şöbəsində ona qarşı heç bir fiziki və ya psixoloji təzyiq göstərilmədiyini açıq şəkildə bildirmişdir ki, bu da onun izahatının iradəsinə uyğun verildiyini təsdiqləyir. Belə şəraitdə cavabdehin “tezliklə şöbədən çıxmaq istəyi” həqiqi etirafın mahiyyətini dəyişdirə biləcək əsas kimi qəbul edilə bilməz. Cavabdehin gətirdiyi bu izah formal bəhanə xarakteri daşıyır, izahatdakı etirafın etibarlılığını şübhə altına almaq üçün hüquqi və məntiqi əsas yaratmır. Qeyd edilənlərə əsasən məhkəmə 30000 manat məbləğdə pul vəsaitinin iddiaçı tərəfindən sonra qaytarılmaq şərtilə cavabdehə verilməsi, lakin cavabdeh tərəfindən həmin məbləğin qaytarılmaması ilə bağlı iddianın əsaslarının sübut olunduğunu hesab edir. Məhkəmə iddia tələbinin mahiyyətini nəzərə alaraq müəyyən etmişdir ki, mübahisə borc münasibətindən irəli gələn öhdəliyin yerinə yetirilməməsi ilə bağlıdır. Mülki Məcəllənin tələblərinə görə borc münasibətləri, adətən, tərəflər arasında bağlanmış əqdlər əsasında yaranır. Buna görə də, iddianın həlli üçün ilk növbədə həmin əqdin etibarlılığı araşdırılmalıdır. İş üzrə toplanmış materiallardan müəyyən olunur ki, cavabdehə 30000 manat məbləğində pul verilməsi barədə yazılı müqavilə bağlanmamışdır. Müqavilə Mülki Məcəllənin 740.2-ci maddəsi ilə müəyyən edilmiş formaya riayət edilmədən bağlandığı üçün əqd etibarsız hesab olunur və belə halda etibarsız əqdlərdən irəli gələn hüquqi nəticələr tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2 aprel 2021-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında da qeyd olunduğu kimi, iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə nəticələri hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Yuxarıda göstərilənləri və təqdim edilmiş sübutların məcmusunu nəzərə alaraq, məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh iddiaçıya məxsus 30000 manat məbləğdə pul vəsaitini heç bir hüquqi əsas olmadan əldə etmiş, bununla da əsassız varlanmışlar. Bu halda, Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxslər əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdırlar. Qeyd edilənləri nəzərə alaraq iddia təmin edilməli, Cavabdeh 30000 (otuz min) manat məbləğdə pul vəsaiti və dövlət rüsumunun ödənilmiş tələblərin məbləğinə münasib hissəsi olan 180 manat (yüz səksən manat) məbləğdə pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 191, 214, 216-220, 233 və 357-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 30000 (otuz min) manat məbləğdə pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 180 (yüz səksən) manat məbləğdə pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar