Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2512/2025 22.09.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1800 manat pulun və 38 manat dövlət rüsumunun, ümumilikdə 1838 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 18 aprel 2025-ci il tarixdə saat 15:45-də ünvan 1 ünvanında yaşayan Cavabdeh özünə məxsus "Renault Megane" minik markalı **- FA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətmişdir. Buna dair Cavabdeh barəsində müvafiq protokol tərtib edilməklə qərar da qəbul edilmişdir. İnzibati xəta haqqında protokolda və qərarda Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 469.3-cü maddələrinin tərkibinin olması qeyd edilmişdir. Həmin inzibati xətanın törədilməsinə görə Cavabdeh barəsində qəbul edilmiş 18 aprel 2025-ci il tarixli TP ******* nömrəli qərarla Cavabdeh 50 manat məbləğində inzibati cərimə növündə tənbeh edilmişdir. Cavabdeh bu əməli nəticəsində ona məxsus olan "Mazda CX9" minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1800 manat məbləğində maddi ziyan vurulmuşdur. Belə ki, o, idarə etdiyi "Mazda CX9" minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarında hərəkətsiz vəziyyətdə dayandığı vaxt Cavabdeh özünə məxsus "Renault Megane" minik markalı **-FA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə onun nəqliyyat vasitəsini vuraraq ona maddi ziyan vurmuşdur. Hadisə baş verən vaxt Cavabdeh məxsus "Renault Megane" minik markalı **-FA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qanunla müəyyən olunmuş qaydada icbari sığortası da olmamışdır. Hesab edir ki, yol nəqliyyat hadisəsi zamanı ona vurulmuş maddi ziyan Cavabdeh alınaraq ona ödənilməlidir. O, Cavabdeh yol nəqliyyat hadisəsi zamanı ona vurmuş olduğu maddi ziyanın ödənilməsini tələb etsə də, o hər dəfə müxtəlif bəhanələrlə bundan yayınmışdır. Buna görə də, o mövcud mübahisə ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı, iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclas zalında telefon vasitəsilə Eşqinlə əlaqə saxlanılmış, o yol nəqliyyat hadisəsində özünü təqsirli bilmədiyini əsas gətirərək ziyanın əslində Elşad tərəfindən ödənilməli olduğunu bildirmişdir. Məhkəmə, iddiaçını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, "Mazda CX9" minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərin məbləği cəmi 1800 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokoldan və TP ******* nömrəli qərarın surətindən görünür ki, Cavabdeh AR İXM-nin 469.3-cü, 327.1-ci maddələri ilə 50 manat məbləğində cərimə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki işin tədqiq edilmiş halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı idarə etdiyi "Mazda CX9" minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarında hərəkətsiz vəziyyətdə dayandığı vaxt Cavabdeh özünə məxsus "Renault Megane" minik markalı **-FA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə onun nəqliyyat vasitəsini vuraraq ona maddi ziyan vurmuşdur. Həmin hadisənin törədilməsində Cavabdeh təqsirli bilinərək barəsində inzibati cərimə tətbiq olunmuşdur. İddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyanın əvəzi qismində 1800 manat pulun Cavabdeh tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehdən 1800 manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu əvəzi qismində cavabdehdən 38 manat pul müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1800 (min səkkiz yüz) manat pul və 38 (otuz səkkiz) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. Q ətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-2512/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2512/2025
22.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver