Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-2540/2025 15.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Mən Tovuz Rayon Məhkəməsinin hakimi Hacıyev Süleyman Aslan oğlu İddiaçı Cavabdeh qarşı “əlavə xərclərin ləğv olunması” tələbinə dair iddia ərizəsi baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “əlavə xərclərin ləğv olunması” tələbinə iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2(010)-892/2023 saylı qətnaməsinə əsasən iddianı qismən təmin olunması barədə qətnamə çıxararaq, birgə nikahımızdan anadan olmuş, xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək hər ay 150 (yüz əlli) manat məbləğində əlavə xərc ondan tutularaq Cavabdeh verilməsi qət olunmuşdur. xx.xx.2020-ci il təvəllüdlü X2 autizm xəstəsidir, 2-ci qrup əlildir, xəstəliyi ilə əlaqədar olaraq 220 (iki yüz iyirmi) manat pensiya kəsilib, həmin pensiyanı Cavabdeh alır, əlavə olaraq uşağa baxmaq pulu da alır. Həmin uşağa dövlət tərəfindən müalicəsi üçün xərclər ödənilir. Ancaq buna baxmayaq, əlavə xərc kimi hər ay 150 manat pul tutulur. Hesab edirəm ki, iddiaçının iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respulikasının MPM-də məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran bir sıra amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, yenidən qaldırılan iddianın yolverilməzliyi ilə bağlıdır. Tovuz Rayon Məhkəməsinin 2(010)-892/2023 saylı qətnaməsinə əsasən digər məsələrlə yanaşı xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək hər ay 150 (yüz əlli) manat məbləğində əlavə xərcin bu qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq cаvаbdeh İddiaçı tutularaq iddiаçı Cavabdeh ödənilməsi qət edilmişdir. Qətnamənin əsaslandırıcı hissəsində məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X1 göstərilən mütəmadi psixoloji xidmətlərə görə xərclər onun saxlanılması üçün alimentdən əlavə xərc tələb edir. Lakin məhkəmə iddiaçı tərəfindən bu uşağa görə əlavə xərc kimi cavabdehdən tələb edilən pulun məbləği ilə (hər ay 850 manat) qismən razılaşmır. Belə ki, iddiaçı ilə uşağa psixoloji xidmət göstərən MMC arasında bağlanmış sonuncu (xx.xx.2022-ci il tarixli müqavilədə) aylıq xidmət haqqı 650 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçı qəbul etmişdir ki, həmin uşağa görə hər ay 350 manat məbləğində sosial müavinət alır. Belə olan halda məhkəmə hesab edir ki, bu uşağa görə cavabdehdən aylıq əlavə xərc kimi tutulacaq pulun məbləği uşağın aylıq psixoloji xidmət xərcinin sosial müavinətlə əhatə edilməyən hissəsinin (650-350=300) iki valideyn arasında bərabər bölünməsi ilə 150 manat məbləğində müəyyən edilməlidir. Qeyd olunan qətnamədən məlum olur ki, hazırkı mübahisənin tərəfləri arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. İddiaçı tərəfindən hazırkı iddianın predmetinin əvvəlki iddiadan fərqləndiyini sübut edən yeni hüquqi və ya faktiki əsaslar təqdim olunmamışdır. Nəticə etibarilə, iddianın predmetinin dəyişmədiyi və hazırkı iddianın təkrar iddia olduğu qənaətinə gəlmək üçün əsaslar kifayət qədərdir. Qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Məhkəmə aktının müstəsnalığı bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Bu cür yanaşma ilk növbədə hüquqi müəyyənlik prinsipinə əsaslanmaqla, qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir. Bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipi onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. Eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Əks yanaşma proses iştirakçısının yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradar və bu hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Belə yanaşma hüquqi müəyyənlik və preyudisiallıq prinsiplərinə ziddir. Həmin prinsiplərə görə, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Əks yanaşma hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, yəni artıq həll olunmuş məsələ üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirməklə yanaşı, ədalət mühakiməsinə olan inamın azalmasına səbəb olardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarında vurğulamışdır ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Bu baxımdan hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina etməli, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “əlavə xərclərin ləğv olunması” tələbinə dair iddia ərizəsi icraata qəbul etməkdən imtina edilsin. İddiaçıya izah edilsin ki, ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №2(062)-2540/2025
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-2540/2025
15.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver