Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-2549/2023 31.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə İddiaçı cavabdehlər Tovuz Regional “Asan” Xidmət Mərkəzinin Notariat Ofisinə və "xxxx" MMC-yə qarşı “icra qeydinin və müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Tovuz Regional “Asan” Xidmət Mərkəzinin Notariat Ofisinə və "xxxx" MMC-yə qarşı “icra qeydinin və müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə İddiaçı ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.5-ci maddəsinə əsasən, ərizədə ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 150.0.5-ci maddəsinə əsasən, iddia ərizəsinə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri əlavə edilir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddələrinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilmədikdə, iş üzrə zəruri sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İşdən görünür ki, İddiaçı AR MPM-nin 149-cu maddəsinin tələblərinə riayət etməmiş, icra qeydinin etibarsızlığı tələbi ilə bağlı məhkəməyə müraciət etsə də, ərizəyə bununla bağlı heç bir sənəd əlavə etməmişdir. Eyni zamanda cavabdeh "xxxx" MMC-nin baş ofisinin qeydiyyat ünvanı Bakı şəhəri Nizami rayonu H.Əliyev 106A kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Tovuz Regional “Asan” Xidmət Mərkəzinin Notariat Ofisinə və "xxxx" MMC-yə qarşı “icra qeydinin və müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Tovuz Regional “Asan” Xidmət Mərkəzinin Notariat Ofisinə və "xxxx" MMC-yə qarşı “icra qeydinin və müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi təqdim edildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-2549/2023
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-2549/2023
31.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver