Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2675/2025 18.09.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil və cavabdehlər Cavabdeh1 və Zeynalova (Məmmədova) Ayna Sabir qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Zeynalova (Məmmədova) Ayna Sabir qızına və üçüncü şəxs DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı «qanunsuz müdaxiləyə son qoyulması» tələbinə dair mülki işə Tovuz şəhərində 18 sentyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Zeynalova (Məmmədova) Ayna Sabir qızına qarşı məhkəmədə iddia qaldıraraq Tovuz rayon Abulbəyli kəndində yerləşən onun və ailə üzvlərinin mülkiyyətində olan 0,15 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin sərhədlərinin müəyyən edilməsi üçün DƏDRX-nin mütəxəssislərinə qarşı qanunsuz edilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərmişdir ki, ona və ailə üzvlərinə məxsus Tovuz rayonu Abulbəyli yaşayış ərazisində fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi vardır. X1 xx.xx.2003-cü ildə və əri X6 xx.xx.2023-cü ildə vəfat etmişlər. O, mərhum qayınatası və ərindən qalmış miras əmlak üzrə vərəsəlik şəhadətnaməsi almaq fikrindədir. Ona görə də evinin və torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi üçün DƏDRX-nin mütəxəssislərinin ölçmə işləri aparması vacibdir. Lakin cavabdehlər bu hərəkətlərin aparılmasına icazə vermirlər. Ona görə də Tovuz rayon Abulbəyli kəndində yerləşən onun və ailə üzvlərinin mülkiyyətində olan 0,15 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin sərhədlərinin müəyyən edilməsi üçün DƏDRX-nin mütəxəssislərinə qarşı qanunsuz maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ilə qonşudurlar. O, öz torpaq sahəsindədir, heç kimin torpağını istifadə etmir. O da iddia qaldırmışdır. Sərhədlərin müəyyən olunmasını o da istəyir. Torpaq mütəxəssislərinin gəlməsinə etiraz etmir. Ona görə də iddianın ədalətli şəkildə həll edilməsini xahiş edir. Cavabdeh Zeynalova (Məmmədova) Ayna Sabir qızı Cavabdeh1 ilə eyni xüsusatda izahat verdi. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara əsasən təmin edilməlidir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2003cü ildə vəfat etmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2023cü ildə vəfat etmişdir. İşə əlavə olunmuş JN-999A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Tovuz rayon AİK-nin xx.xx.1998-ci il tarixli 24 saylı qərarı ilə X2 və onun ailə üzvlərinə 0,15 ha kənd təsərrüfatı təyinatlı torpaq verilmişdir. Həmin ailə üzvləri sırasında İddiaçı da qeyd edilmişdir. Məhkəmə araşdırılmaları zamanı müəyyən olundu ki, JN-1263 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Tovuz rayon AİK-nin xx.xx.1998-ci il tarixli 24 saylı qərarı ilə X2 və onun ailə üzvlərinə 0,33 ha kənd təsərrüfatı təyinatlı torpaq verilmişdir. Həmin ailə üzvləri sırasında İddiaçı da qeyd edilmişdir. Həmçinin JN-999A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Tovuz rayon AİK-nin xx.xx.1998-ci il tarixli 24 saylı qərarı ilə X2 və onun ailə üzvlərinə 0,15 ha kənd təsərrüfatı təyinatlı torpaq verilmişdir. Həmin ailə üzvləri sırasında İddiaçı da qeyd edilmişdir. Eyni zamanda İddiaçı vərəsələr sırasındadır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2003-cü ildə, X6 xx.xx.2023-cü ildə vəfat etmişdir. İddia tələbindən və tərəflərin izahatından məlum olur ki, iddiaçı mübahisə olunan fərdi yaşayış evinə çıxarış almaq üçün DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etmiş, idarənin mütəxəssisləri tərəfindən torpaq sahəsi və fərdi yaşayış evinin sərhədlərinin ölçülməsi işlərinin aparılmasına cavabdehlər maneə törədirlər. Məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssislərinin ölçmə işlərini aparmasının məhdudlaşdırılması iddiaçının mülkiyyət hüquqlarının pozulması deməkdir. Odur ki, məhkəmə cavabdehlərin müdaxilələrini qanunsuz hesab etməklə iddia tələbini qanuni hesab edir. Məhkəmə hesab edir ki, cavabdehlərin DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssislərinə maneə törətməsi iddiaçının mülkiyyət hüquqlarını pozur və mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilir. Ona görə də cavabdehlər tərəfindən DƏDRXnin 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssislərinə yaradılan maneə aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədlərin məcmusuna qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və Zeynalova (Məmmədova) Ayna Sabir qızı tərəfindən Tovuz rayon Abulbəyli kəndində yerləşən, iddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0,15 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin sərhədlərinin müəyyən edilməsi üçün DƏDRX-nin mütəxəssislərinə edilən maneələr aradan qaldırılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234–cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Zeynalova (Məmmədova) Ayna Sabir qızı tərəfindən Tovuz rayon Abulbəyli kəndində yerləşən, iddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0,15 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin sərhədlərinin müəyyən edilməsi üçün DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssislərinə edilən maneələr aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-2675/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2675/2025
18.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver