Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-268/2024 25.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz şəhərində 25 yanvar 2024cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq cavabdehdən 20000 manat məbləğində borc pulun və hüquqi xidmət üçün ödənilmiş 100 manat pulun alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmənin elektron sisteminə ərizə göndərərək, xəstəliyi və yolun uzaqlığı ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə tanış olmuşlar. Cavabdeh ondan 20000 manat borc pul almışdır. Cavabdeh pulu 2022-ci ilin fevral ayınadək qaytaracağına söz versə də, qaytarmamışdır. Dəfələrlə cavabdehdən həmin pulu tələb etsə də, cavabdeh hələ də borcunu ödəməmişdir. Odur ki, cavabdehdən ona borclu olduğu 20000 manat məbləğində borc pul və hüquqi xidmət üçün ödənilmiş 100 manat pulun alınıb ona verilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İşə əlavə olunmuş qəbzdən görünür ki, Cavabdeh iddiaçıya 20000 manat borclu olduğunu etiraf etmiş, borcunu hissə-hissə ödəyəcəyini öhdəsinə götürmüşdür. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər tanış olmuşdur. İddiaçı Cavabdeh 20000 manat borc pul vermişdir. Cavabdeh həmin borcu ödəyəcəyinə söz versə də, ödəməmişdir. Həmçinin cavabdeh öz imzası ilə təsdiq etdiyi qəbzdə iyirmi min manat borcunun olduğunu etiraf etmiş, hissə-hissə bir il müddətinə pulu ödəyəcəyini öhdəsinə götürmüşdür. Ona görə də məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməlidir. Azərbaycan Respublikası MM-nin tərəflər arasında münasibətlərin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin tərəflər arasında münasibətlərin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin tərəflər arasında münasibətlərin yarandığı zaman qüvvədə olan 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin tərəflər arasında münasibətlərin yarandığı zaman qüvvədə olan 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tərəflər arasında notarial qaydada təsdiq olunmuş müqavilə olmasa da, sadə yazılı formada qəbz mövcuddur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 20000 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia tələbində irəli sürülən hüquqi xidmət üçün ödənilən 100 manat sübuta yetirilmədiyindən həmin hissədə iddia təmin edilməməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddiaçı müharibə veteranı statusuna malik olduğundan dövlət rüsumunun ödənilməsindən azad edilir. Ona görə də Cavabdeh 150 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 20000 manat borc pul alınıb İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 150 manat dövlət rüsumu alınıb dövlət büdcəsinə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-268/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-268/2024
25.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver