Məhkəmə qərarları › İş №2(062)-2708/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2708/2023

13.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2708/2023 13.11.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı, Cavabdeh Cəlal oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Cəlal oğlunun Cavabdeh Cəlal oğluna qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Cəlal oğlundan 2400 manatın və dövlət rüsumu hesabına ödədiyi 44 manatın alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Cəlal oğlunu tanışı X1 vasitəsi ilə tanışmışdır. 30 avqust 2023-cü il tarixdə Cavabdeh Cəlal oğluna 6 baş iri buynuzlu heyvanı 7500 manata ona satmağa razılaşdmışlar. O, şəxsi təsərrüfatında olan 6 baş iri buynuzlu heyvanı ona vermişdir. O isə razılaşdığı pulun 5100 manatını həmin vaxt ödəmiş, qalan borcunu 03 sentyabr 2023-cü il tarixdə, yəni həftənin bazar günü heyvanları mal bazarında satıb, qalan borcunu, yəni 2400 manatı ona verməyi söz vermişdir. Lakin həmin gündən bu günədək dəfələrlə telefon əlaqəsi saxlamağına baxmayaraq o, müxtəlif bəhanələrlə ona borclu olduğu pulu verməkdən boyun qacırır. Hətta son 2-3 gündür ki, onun telefon zənglərinə də cavab vermir. Ona görə də, Cavabdeh Cəlal oğlundan 2400 manatın və dövlət rüsumu hesabına ödədiyi 44 manatın alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Cəlal oğlu idia tələbini qəbul edərək bildirdi ki, o, həqiqətən İddiaçı 7500 manat dəyərində 7 ədəd iri buynuzlu mal-qara almış, bundan sonra həmin heyvanların pulunun bir qismini hissə-hissə iddiaçıya qaytarmış və onun iddiaçıya 2400 manat qalıq borcu qalmışdır. İddiaçıya olan borcunu isə hissə-hissə qaytarmağa söz verir. Ona görə də, nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdırıb, tərəflərin məhkəmə iclasında verdiyi ifadələri nəzərdən keçirib hesab edir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmədə müəyyən olundu ki, İddiaçı heyvandarlıqla məşğul olur, cavabdeh Məmmədov X2 Sadıqovdan 7500 manat dəyərində 7 ədəd iri buynuzlu mal-qara almış, bundan sonra həmin heyvanların pulunun bir qismini hissə-hissə iddiaçıya qaytarmış və onun iddiaçıya 2400 manat ödənilməmiş öhdəliyi qalmışdır. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilsə də, o borcu ödəməmişdir. Bu işin mübahisəsiz halıdır. Məhkəmə iclasında iştirak etmiş cavabdeh də həmin halları təsdiq edir. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 44 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Cəlal oğlundan 2400 manat borc və 44 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2440 manat alınaraq İddiaçı verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh Cəlal oğlundan 2400 manat borc və 44 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2444 (iki min dörd yüz qırx dörd) manat alınıb İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar