Məhkəmə qərarları › İş №2(062)-2722/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2722/2024

27.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2722/2024 27.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq cavabdeh X2 900 ABŞ dolları məbləğində pulun və ödənilmiş 36 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onun Tovuz rayonu Alakol kəndində özünə məxsus 0,36 ha torpaq sahəsi vardır. Onunla qonşu sahədə cavabdehin qızı X1 ilə birlikdə 0.18 ha torpaq sahəsi vardır. 2016-cı ilin payız aylarında cavabdeh həmin torpaq sahəsinin 0.9 ha hissəsini ona 900 ABŞ dollarına satmaq istəmişdir. O, da cavabdehlə razılaşaraq 900 ABŞ dollarını ona vermişdir. Bununla bağlı şahidləri məhkəmə iclasında iştirak edəcəklər. Cavabdeh də ilin sonuna kimi 0.9 ha torpaq sahəsini onun adına sənədləşdirəcəyinə söz vermişdir. Lakin o, dəfələrlə cavabdehdən pulunu verdiyi torpaq sahəsini adına sənədləşdirməsini tələb etsə də, o, müxtəlif bəhanələrlə bu günə kimi nə 0.9 ha torpaq sahəsini adına sənədləşdirmir, nə də ona verdiyi 900 ABŞ dollarını ona qaytarmır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, cavabdeh onun qardaşıdır. Onlar öz aralarında razılığa gələrək onun istifadəsində olan torpaq sahəsindən 0.9 ha hissəsini almaq üçün ona 720 manat pul vermişdir. Hazırda isə o vaxtı verdiyi 720 manat 900 ABŞ dolları edir. Cavabdeh də torpağın sənədlərini düzəldib ona verməyə söz vermişdir. Ancaq cavabdeh nə torpağın sənədlərini ona verir, nədə ki, verdiyi 900 ABŞ dolları məbləğində pulunu. Odur ki, iddia tələbinin əsassız olduğundan rədd olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası MM-nin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İddiaçı hər hansı hüquqi əsas olmadan cavabdehdə pulunun olmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən sübut etmə yükünün iddiaçının üzərinə düşməsinə baxmayaraq iddiaçı məhkəməyə sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar