Məhkəmə qərarları › İş №2(062)-2724/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2724/2024

25.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2724/2024 25.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi , İddiaç İddiaçı, Cavabdeh X1 iştirakıları ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən onun avtomobilinə dəymiş 880 manat ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixdə təxminən saat 20:30 radələrində VAZ-21072 markalı, **-GK-*** dövlət qediyyat nişanlı öz avtomobili ilə Tovuz rayonu İbrahimhacılı kəndində hərəkətdə olan vaxtı yola sahibsiz heyvanlar çıxmışdı. Mal-qaranın sahibi də heyvanların yanında olmamışdı. İnək gəlib onun avtomobilinə dəymiş, nəticədə onun avtomobilinə 880 manat dəyərində ziyan dəymişdir. O, həmin vaxtı dərhal 102-ə zəng etmiş, heyvan sahibinə inzibati məsuliyyətə cəlb edilmidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bidirdi ki, ona məxsus olan avtomobili ilə Tovuz rayonu İbrahimhacılı kəndində hərəkətdə olan vaxtı cavabdehə məxsus iribuynuzlu inəklər yolda onun avtomobilini vurmuş, nəticədə ona 880 manat ziyan dəymişdir. O, kredit götürərək maşınını düzəldirmişdir. Onun imkanı yoxdur. Ancaq Cavabdeh ona dəymiş ziyanı ödəmir. Ona görə də, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etdi və iddianı qəbul etdi və bildirdi ki, bütün kənd əhalisinin mal-qarası yolda olur. Yollarda heyvan keçidi üçün keçid yoxdur. Onun da inəyinə ziyan dəymişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş Tovuz rayon Polis Şöbəsinin vəzifəli şəxsinin TP ******* saylı ionzibati tənbeh vermə haqında qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.5.1-ci, 338.5.5-ci maddələri ilə təqsirli bilinib 40 manat məbləğində cərimə olunmuşdur. İşə əlavə olunmuş etibarnamədən görünür ki, İddiaçı istifadəsində VAZ-21072 markalı, **-GK-*** dövlət qediyyat nişanlı avtomobil var. İşə əlavə edilmiş ziyan barədə arayışdan görünür ki, **-GK-*** saylı avtomobilə 880 manat dəyərində ziyan dəymişdir. Məhkəmə qeyd edir ki, iddiaçı avtomobilin mülkiyyətçisi olmasa da belə, o mülkiyyətçi tərəfindən ona verilmiş etibarnamə əsasında avtomobili idarə edir və avtomobil onun qanuni sahibliyindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İşdən göründüyü kimi iddiaçının sahibliyində olan avtomobilə cavabdehə məxsus heyvanlar tərəfindən ziyan vurulması və vurulmuş ziyanın məbləği mübahisə predmeti deyildir. Vurulmuş ziyanla bağlı isə məhkəmə aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. İşdən göründüyü kimi heyvanın sahibi hər hansı zəruri tədbirlər görməmiş, hamının mal-qaranı sahibsiz buraxdığına görəcdə o da heyvanlarını nəzarətsiz buraxdığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd edilən Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə məhkəmə bu qənaətə gəldi ki, 880 manat məbləğində dəymiş ziyanın əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 880 manat pul və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh 880 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar