Məhkəmə qərarları › İş №2(062)-2778/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2778/2024

02.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2778/2024 02.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı «vurulmuş ziyan» tələbinə dair mülki işə Tovuz şəhərində 02 dekabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən vurulmuş zərərə görə 30000 manat məbləğdə vəsait və 180 manat dövlət rüsumu tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi Nümayəndə məhkəmə prosesinə gəlməmiş, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, Nümayəndə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Tovuz rayon Məhkəməsinin 2(062)-854/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə mərhum X5 mülkiyyətində olmuş Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən 57 saylı pavilyonun ikidə bir hissədən ibarət payının miras əmlak kimi iddiaçı X7 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş, bu qətnamə həmin miras əmlakın X2 adına mülk kimi qeydə alınması üçün əsas olması qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-2350/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Tovuz rayon Məhkəməsinin 2(062)-854/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmaqla iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1689/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2(104)-2350/2022 nömrəli qətnaməsindən üçüncü şəxs Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 14 mart 2023-cü il tarixli qərardadı ləğv edilmişdir. Tovuz rayon Məhkəməsinin 2(062)-713/2022 saylı 15 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2794/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Tovuz rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2(062)-713/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2507/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə qeyd edilən qətnamə qüvvədə qalmışdır. Tovuz rayon Məhkəməsinin 2(062)-854/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən bizim xəbərimiz olmadığından həmin qətnamə icra olunmuş xx.xx.2019-cu il tarixdə Qeydiyyat nömrəsi **********, Reyestr nömrəsi **********77-06301 nömrəli torpaq sahəsi dövlət mülkiyyətində olmaqla X4 elektron çıxarış verilmişdir. Bundan sonra, özəlləşdirilən dövlət müəssisəsi və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı qaydasına uyğun olaraq xx.xx.2019-cu il tarixli 998 nömrəli alqı-satqı müqaviləsi əsasında 0,013240 ha torpaq sahəsini Ə.Sadıqov dövlətdən almışdır. Torpaq sahəsi alındıqdan sonra xx.xx.2019-cu il tarixdə qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********29- 06301 nömrəli torpaq sahəsi də xüsusi mülkiyyətə verilməklə mülkiyyət hüququna dair elektron çıxarış verilmişdir. Tovuz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(062)- 1848/2020 saylı qətnaməsinə, Tovuz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(062)- 63/2021 saylı və xx.xx.2021-ci il tarixli 8(062)-735/2021 saylı qərardadları əsasında əmlak tələbkar X3 adına qeyd edilmişdir. Bundan sonra həmin əmlak X8 05 fevral 2022-ci il tarixli AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi ilə Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən 122,7 kvm sahəsi olan 57 saylı pavilyonu 105 000 manata Cavabdeh satmışdır. Sonuncuya 10 fevral 2022-ci il tarixli ********** qeydiyyat nömrəsi olan çıxarış verilmişdir. Cavabdeh həmin pavilyonu qanunsuz olaraq qəsdən, məhkəmə prosesləri gedən zaman sökdürmüş və yalnız torpaq sahəsinə dair AJV ******* nömrəli torpaq sahəsinin plan və ölçüsü olmaqla, xx.xx.2022-ci ildə qeydiyyat nömrəsi ********** nömrəli 0,0132 ha torpaq sahəsinə elektron çıxarış verilmişdir. Bildirir ki, Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsində yerləşən 57 saylı pavilyon (ümumi sahəsi -122,7 kvm) mənim xüsusi mülkiyyətimdə olmuşdur. Bununla bağlı mənə xx.xx.2004-cü il tarixdə qeydiyyat nömrəsi 001933 olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti “mülkiyyət hüququ haqqında şəhadətnamə” vermişdir. Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsi 57 saylı pavilyona aid 22 may 2003-cü il tarixdə qeydiyyat nömrəsi 004949 olan “Müəssisə və obyektin texniki pasportu” verilmişdir. Odur ki, cavabdehdən vurulmuş zərərə görə 30000 manat məbləğdə vəsait və 180 manat dövlət rüsumu tutulub İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, ərizə göndərərək onun iştirakı olmadan işə baxılmasını, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə iddiaya qarşı etiraz ərizəsi göndərmiş, həmin ərizədə bildirmişdir ki, İddiaçı və onun nümayəndəsi Nümayəndə Tovuz Rayon Məhkəməsində ona, Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia qaldıraraq, o, yəni Cavabdeh ona yəni İddiaçı və onun nümayəndəsi Nümayəndə dəymiş 30000 (otuz min) manat ziyanın və onun tərəfindən ödənilmiş 180 (bir yüz səksən) manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçının və onun nümayəndəsinin iddia ərizəsindən və iddia ərizəsinin mətnindən də tam aydın görünür ki, iddia tələbi qanunsuz və əsassız, tam qanunvericiliyin ziddinə olmaqla yanaşı ondan şər, şantaj, böhtan və iftira yolu ilə yəni böhtan, yalan olduğunu bilə-bilə mənim ictimaiyət içində şərəf və ləyaqətimi ləkələyən və ya məni ictimaiət içində nüfuzdan salan məlumatları, o cümlədən məni ağır və ya xüsusilə ağır cinayətdə əvvəllər də ittiham etməklə, ona böhtan atmaqla həmin məlumatların bir qismini özlərinin iddia ərizəsində iddianın əsası kimi qeyd etməklə ondan qanunsuz pul tələb edərək, hər hansı bir əziyyət çəkmədən varlanmaq niyyətlərini qanunla qanuniləşdirmək istəyirlər. Çünki iddiaçının və onun nümayəndəsinin özlərinin iddia ərizəsinə əlavə etdikləri Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 may 2023-cü il tarixli 2(102)-1689/2023 saylı və 05 iyul 2023-cü il tarixli 2(102)2507/2023 saylı qərarları ilə onun, Cavabdeh əmlakı ilə birlikdə İddiaçı mülki mübahisəsinə hər hansı bir aidiyyətinin olmaması qənaətinə gəlinmişdir. Belə ki, o, sözü gedən əmlakı 05 fevral 2022-ci il tarixdə AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsi əsasında Gəncə şəhər 6 saylı Notariat Ofisində ümumilikdə 848,03 manat sadələşdirilmiş vergi ödənilməklə, 90000 (doxsan min) manata torpaq sahəsini, 15000 (on beş min) manata isə qeyri-yaşayış binasını istismar müddəti keçmiş, istifadə üçün tam yararsız vəziyyətdə olan 57 saylı povlionu Atəş Alıyevdən ümumi dəyəri olan 105000 (bir yüz beş min) manat məbləğində pulu "xxxx" ASC-nin Gəncə filialına Atəş Alıyevin hesabına depozit qoyaraq satın almışdır. Alqı-satqı müqaviləsinin 3-cü bəndində qeyd edilmişdir ki, 05 fevral 2022-ci il tarixdə, yəni alqı-satqı müqaviləsi bağlanan gün alqısatqı predmeti olan əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Yəni bir sözlə yuxarıda qeyd etdiyim əmlak qanunvericiliyin tələb və prinsiplərinə uyğun olaraq tam alqı-satqı predmeti olmaqla qanuni əsaslarla mənə 105000 (bir yüz beş min) manata satılmışdır. Mən də həmin əmlakı qanuni əsaslarla ümumi dəyəri olan 105000 (bir yüz beş min) manat məbləğində pulu "xxxx" ASC-nin Gəncə filialına Atəş Alıyevin hesabına depozit qoyaraq satın almışdır. Satın aldıqdan sonra, elə həmin gün də yəni 05 fevral 2022-ci il tarixdə saat 13:36-da Gəncə şəhər 6 saylı Notariat Ofisinin elektron müraciət ərizəsi əsasında 5 gün müddətinə 105000 (bir yüz beş min) manata satın aldığım əmlakın adına rəsmiləşdirilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə elektron qaydada müraciət edildi. Mən də 10 fevral 2022-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə gedərək Qanunvericilikdə nəzərdə tutulmuş qaydada Dövlət rüsumu və xidmət haqqını ödəməklə 10 fevral 2022-ci il tarixli qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********29-06301 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron Çıxarış və 09 fevral 2022-ci il tarixli inventar nömrəsi 5xx-xx/3243 olan texniki pasport aldım. Bununla da qeyd olunan daşınmaz əmlak üzərində mənim xüsusi mülkiyyət hüquqlarım tam və Qanuna uyğun qaydada rəsmiləşdirilərək, mənim sözü gedən əmlak üzərində sahiblik, istifadə və sərəncam hüquqlarım tanınaraq Dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan daşınmaz əmlak üzərində mənim sahiblik, istifadə və sərəncam hüquqlarım tam Qanuna uyğun qaydada rəsmiləşdirilərək, əmlak üzərində xüsusi mülkiyyət hüquqlarım tanındıqdan sonra qeyd olunan qeyri-yaşayış binası (57 saylı povilyon) yarasız vəziyyətdə olduğundan və istismar müddətini başa vurduğundan yerində yeni müasir tələblərə cavab verən mağaza, obyekt inşa etdirmək məqsədi ilə köhnə, istismar müddətini başa vurmuş yararsız binanı (57 saylı povilyonu) sökdüm və bu barədə 10 may 2022- ci il tarixdə **********361 saylı notariat qaydada təsdiq olunmuş ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət edərək, qeyri-yaşayış binasının (57 saylı povilyonun) dövlət qeydiyyatının ləğv edilməsini xahiş etdim. Mənim 10 may 2022-ci il tarixdə **********361 saylı notariat qaydada təsdiq olunmuş ərizəm əsasında qeyri-yaşayış binasının (57 saylı povilyonun) dövlət qeydiyyatı ləğv edilərək, binanın yerləşdiyi təkcə torpaq sahəsinə dair 18 may 2022-ci il tarixli qeydiyyat nömrəsi ********** olan reyestr nömrəsi **********29 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron Çıxarış və 18 may 2022-ci il tarixli A№ 741627 saylı torpaq sahəsinin planı və ölçüsü mən Cavabdeh adına qeydə alınmaqla Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən mənə həmin əmlakın yuxarıda qeyd etdiyi hüquq müəyyənedici sənədi mənim adıma qeydə alınmaqla mənə verilmişdir. Binanın yerləşdiyi torpaq sahəsi isə özəlləşdirilən dövlət müəssisəsi və obyektlərinin hüququ və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisəsi və obyektlərin yerləşdiyi dövlət torpaqlarının satılması haqqında Ulu öndər mərhum Heydər Əliyev tərəfindən təsdiq edilmiş 19 dekabr 1997-ci il tarixli 659 saylı Fərmanı əsasında 14 oktyabr 2019-cu il tarixli 998 nömrəli alqı-satqı müqaviləsi ilə Dövlətdən satın alınmışdır. Digər tərəfdən İddiaçı və hazırkı iddia tələbi üzrə onun nümayəndələri Nümayəndə və X6 mənə qarşı şər, şantaj, böhtan və iftira yolu ilə yəni böhtan, yalan olduğunu bilə-bilə onun ictimaiyət içində şərəf və ləyaqətini ləkələyən və ya onu ictimaiyət içində nüfuzdan salan məlumatları, o cümlədən məni ağır və ya xüsusilə ağır cinayətdə əvvəllər də ittiham etməklə mənə böhtan atmalarını və Gəncə şəhər 6 saylı Notariat Ofisində bağlanmış 05 fevral 2022-ci il tarixdə AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin qanuniliyini və mən Cavabdeh vicdanlı alıcı olmağını aşağıdakılarla sübut edir: 1. Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 may 2023-cü il tarixli 2(102)-1689/2023 saylı və 05 iyul 2023-cü il tarixli 2(102)-2507/2023 saylı qərarları ilə də o, Cavabdeh əmlakı ilə birlikdə İddiaçı mülki mübahisəsinə hər hansı bir aidiyyətinin olmaması qənaətinə gəlinsə də, nədənsə onunla qərəzli olaraq Tovuz Rayon Məhkəməsi onun barəsində 15 avqust 2022-ci il tarixli 2(062)-713/2022 saylı xüsusi qərardad qəbul etmişdir. Həmin xüsusi qərardad Tovuz Rayon Prokurorluğunda ədalətli, obyektiv, hərtərəfli, qərəzsiz və qanuni araşdırılmış onun barəsində qərəzli və qanunsuz qəbul edilmiş xüsusi qərardad Tovuz Rayon Prokurorluğunun 07 mart 2023-cü il tarixli qeydiyyat nömrəsi 215 olan qərarı ilə rədd edilmişdir. Bununla da onun vicdanlı alıcı olmağı bir daha öz təsdiqini tapmaqla Tovuz Rayon Prokurorluğu tərəfindən sübuta yetirilmişdir. 2. İddiaçı və onun nümayəndəsi X9 ona qarşı şər, şantaj, böhtan və iftira yolu ilə yəni böhtan, yalan olduğunu bilə-bilə onun ictimaiyət içində şərəf və ləyaqətimi ləkələyən və ya məni ictimaiyət içində nüfuzdan salan məlumatları, o cümlədən onu ağır və ya xüsusilə ağır cinayətdə əvvəllər də ittiham etməklə mənə böhtan atmalarının davamı olaraq onun barəsində Tovuz Rayon Polis Şöbəsinə şikayət edərək, onu ağır cinayətdə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin bütün bəndləri ilə ittiham etmişlər. Həmin şikayət ərizəsi də Tovuz Rayon Polis X11 Bölməsində ədalətli, obyektiv, hərtərəfli, qərəzsiz və qanuni araşdırılmış və Tovuz Rayon Polis X11 Bölməsinin 28 yanvar 2024-cü il tarixli HK-1/193 nömrəli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. Bununla da mənim vicdanlı alıcı olmağım bir daha öz təsdiqini tapmaqla Tovuz Rayon Polis X11 Bölməsi tərəfindən sübuta yetirilmişdir. Göründüyü kimi İddiaçı və onun nümayəndəsi Nümayəndə iddia tələbi qanunsuz və əsassız, tam qanunvericiliyin ziddinə olmaqla yanaşı məndən şər, şantaj, böhtan və iftira yolu ilə yəni böhtan, yalan olduğunu bilə-bilə mənim içtimayət içində şərəf və ləyaqətini ləkələyən və ya məni ictimaiyət içində nüfuzdan salan məlumatları, o cümlədən onu ağır və ya xüsusilə ağır cinayətdə əvvəllər də ittiham etməklə ona böhtan atmaqla qanunsuz pul tələb edərək, hər hansı bir əziyyət çəkmədən varlanmaq niyyətlərini qanunla qanuniləşdirmək məqsədi güdür. Bu səbəbdən də hesab edirəm ki, İddiaçı və onun nümayəndəsi Nümayəndə mən Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia tələbinin rədd edilməsinə dair Azərbaycan Respublikasında normativ hüquqi aktlar hesab edilən 21 may 2006-cı il tarixli Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenum Qərarına, 28 fevral 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına, "Məhkəmə qətnaməsi haqqında" 24 noyabr 2005-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı qərarına və “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarına istinad edilməklə qətnamə qəbul edilməlidir. Məhkəmə mülki işə əlavə olunmuş sənədləri tədqiq edərək, diskə baxış keçirərək belə qərara gəlir ki, iddia təmin edilməməlidir. İşə əlavə olunmuş 05 fevral 2022-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Gəncə şəhər 6 saylı Notariat Ofisində ümumilikdə 848,03 manat sadələşdirilmiş vergi ödənilməklə, 90000 (doxsan min) manata torpaq sahəsini, 15000 (on beş min) manata isə qeyri-yaşayış binasını istismar müddəti keçmiş, istifadə üçün tam yararsız vəziyyətdə olan 57 saylı povlionu Atəş Alıyevdən ümumi dəyəri olan 105000 (bir yüz beş min) manat məbləğində pulu "xxxx" ASC-nin Gəncə filialına Atəş Alıyevin hesabına depozit qoyaraq satın almışdır. İşə əlavə olunmuş **********29-06301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Tovuz rayonu Qovlar qəsəbəsi Vağzal küçəsində yerləşən ümumi sahəsi 122,7 kv metr olan, 0,013240 ha torpaq sahəsi Cavabdeh adına ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli “Elektron Notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh **********29-06301 reyestr nömrəli çıxarışla ********** qeydiyyat nömrəsi ilə ona məxsus olan Tovuz rayonu Qovlar qəsəbəsi Vağzal küçəsində yerləşən ümumi sahəsi 122,7 kv metr olan qeyri-yaşayış binasını sökdüyünü bildirmiş və o, həmin qeyri-yaşayış binasının dövlət qeydiyyatının ləğv edilməsi barədə ərizə vermişdir. İşə əlavə olunmuş Tovuz Rayon Prokurorluğunun 07 mart 2023-cü il tarixli qeydiyyat nömrəsi 215 olan qərarından görünür ki, Tovuz Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli 2(062)-713/2022 saylı xüsusi qərardadı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılmış və Cavabdeh əməlində cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. İşə əlavə olunmuş 28 yanvar 2024-cü il tarixli qərarın surətindən görünür ki, X6 şikayəti əsasında toplanmı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin material üzrə Cavabdeh əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-cı maddəsinin tərkib əlamətləri olmaması qənaətinə gəlinmişdir. Məhkəmə iclası zamanı araşdırılmış sübutlarla müəyyən olunur ki, iddiaçının söküldüyü üçün 30000 manat ziyan tələb etdiyi Tovuz rayonu Qovlar qəsəbəsi Vağzal küçəsində yerləşən 57 saylı pavilyon olan əmlak mülkiyyət hüququ əsasında **********29- 06301 reyestr nömrəli çıxarışla ********** qeydiyyat nömrəsi ilə Cavabdeh məxsus olmuşdur. Həmin əmlakın sökülməsi barədə rəsmi məlumat verməklə, dövlət qeydiyyatının ləğv edilməsini xahiş etmiş, həmçinin qeyri-yaşayış binasını sökmüşdür. Həmin qeyriyaşayış binasının Cavabdeh tərəfindən sökülməsi inkar olunmur və məhkəmə iclası zamanı öz təsdiqini tapmışdır. Lakin sökülmə icra edilərkən həmin əmlak cavabdehə məxsus olmaqla, onun mülkiyyətində olmuşdur. Mülkiyyət sahibinin öz sahibliyində olan əmlakı sökməsi qadağan olunmur. Bu səbəbdən məhkəmə hesab edir ki, sökülmənin icra edildiyi zaman əmlak cavabdehin mülkiyyətində olduğuna görə onun başqasına təzminat ödəməsi qanunsuzdur və iddianın təmin olunması üçün qanuni əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu irəli sürdüyü (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatına və işdə olan sənədlərə qiymət verərək hesab edir ki, vurulmuş ziyanla bağlı İddiaçı Cavabdeh qarşı olan iddiası qanunsuz olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsinə dair iddiası qanunsuz olduğundan təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar