Məhkəmə qərarları › İş №2(062)-2799/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2799/2023

15.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2799/2023 15.11.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz şəhərində 15 noyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq cavabdehdən 500 manat borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək göstərdi ki, ev tikmək üçün torpaq sahəsi almaq istəmişdir. Həmin vaxt Maral adlı bir xanımın torpaq sahəsi satdığını eşitmişdir. O, torpaq sahəsinə baxmaq üçün getmişdir. Onlar aralarında razılaşmışlar və Maral adlı qadın ondan 500 manat beh istəmişdir. O 500 manatı Tovuz şəhərində yerləşən Sultan Marketin qabağında Maralın bacısı Cavabdeh vermək üçün razılaşmışlar. 2022-ci ilin noyabr ayında Maralın bacısı Cavabdeh və anası Ceyran xanım ilə görüşərək 500 manatı vermişdir. Lakin sonradan Maral torpağın sənədlərinin düz olmadığını, düzəltmək isə çətin olduğunu deyərək torpağı satmaq istəmədiyini bildirmişdir. Ona görə də, o pulunu onlardan tələb etmişdir. Hər dəfə pulunu tələb edən zaman cavabdehin bacısı müxtəlif bəhanələr gətirmişdir. Odur ki, Cavabdeh cəmi 500 manat pulun və dövlət rüsumu hesabına ödənilmiş 30 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı pul almamışdır. Onu heç tanımır. Başqa vaxt onu heç yerdə görməmişdir. Ona görə də iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh 500 manat beh şəklində pul verdiyini iddia etmişdir. Lakin məhkəmə iclasında İddiaçı həmin pulun cavabdehə verilməsi barədə konkret sübut göstərməmişdir. Bundan başqa Cavabdeh izahatında İddiaçı borc pul almadığını göstərmişdir. İddiaçı sübut olaraq səs yazısı olan diski məhkəməyə təqdim etsə də, həmin diskdə iddiaçının cavabdehə pul verməsi öz təsdiqini tapmır. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Azərbaycan Respublikası MM-nin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnun digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 740.1-ci maddəsinə görə tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanılır. İşin faktiki hallarından görünür ki, iddiaçı cavabdehə borc verilməsi ilə bağlı nə yazılı nə şifahi müqavilənin olması ilə əlaqədar məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ümumiyyətlə iddiaçının cavabdehə beh pul verməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən sübut etmə yükü iddiaçının üzərinə düşür iddiaçı isə iddia ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı 500 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar