Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2821/2023 18.12.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq Cavabdehndən 4000 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 60 manat dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmıdır ki, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən cavabdeh ondan 4000 manat borc pulu xx.xx.2020-ci il tarixədək qaytaracağını bildirmişdir. Belə ki, həmin vaxt Abulbəyli Bələdiyyəsinin maddi çətinlikləri olduğu üçün həmin pulu ondan istəmişlər, o da borc müqaviləsi bağlamaqla rəsmi qaydada 4000 manat pulu Bələdiyyənin bank hesabına köçürmüşdür. X1 borc olaraq aldığı 4000 manat pulu qaytarmamışdır. Ona görə də, Cavabdehndən 4000 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 60 manat dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X6 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. ƏCavabdeh sədri X4 iddianı qəbul edərək göstərmişdir ki, pul əvvəlki bələdiyyə sədri tərəfindən alınaraq bələdiyyə hesabna köçürülmüşdür. Odur ki, iddianın təmin edilməsinə etiraz etmir. İşə əlavə olunmuş xx.xx.2019-cu il tarixli borc müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh hesabına 4000 manat pul köçürmüşdür. İşə əlavə olunmuş ərizədən görünür ki, Cavabdeh sədri X5 iddia tələbini qəbul etmiş və gələcək məhkəmə iclaslarını onun iştirakı olmadan baxıb qanuni qərar qəbul edilməsini xahioş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Abulbəyli Bələdiyyəsinin maddi çətinlikləri olduğu üçün İddiaçı ilə Cavabdeh aralasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən cavabdeh ondan 4000 manat borc pulu xx.xx.2020-ci il tarixədək qaytaracağını bildirmişdir. Tərəflər arasında borc müqaviləsi bağlanılmaqla iddiaçı rəsmi qaydada 4000 manat pulu bələdiyyənin bank hesabına köçürmüşdür. X1 borc olaraq aldığı 4000 manat pulu qaytarmamışdır. Ona görə də məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası təmin edilməlidir. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tərəflər arasında notarial qaydada təsdiq olunmuş müqavilə olmasa da, sadə yazılı formada ərizə mövcuddur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.1-ci maddəsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödəməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 4000 manat məbləğində pul və ödənilmiş 60 manat dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçına ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehndən 4000 manat borc pul və 60 manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-2821/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2821/2023
18.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver