Məhkəmə qərarları › İş №2(062)-2877/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2877/2024

25.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2877/2024 25.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ X6 Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyan» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyan» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh mobil nəzarət qurğusunu yararsız vəziyyətə saldığına görə, dəyəri 2277,40 manat məbləğində vəsaitin alınıb Ədliyyə Nazirliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Tovuz Rayon Məhkəməsinin 1(062)-125/2023 saylı 18.102023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddəsilə təqsirli bilinib 2 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. xx.xx.2024-cü il tarixdə məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində daşınmalı olduğu elektron nəzarət vasitələrinin istifadə qaydaları izah edilmişdir. Həmin gün bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq bir ədəd adaptor hazırda iş üzrə Cavabdeh üzərinə quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə məhkuma xəbardarlıq edilmişdir. Lakin cavabdeh mobil nəzarət vasitəsini yararsız vəziyyətə salmışdır. Bundan başqa xx.xx.2024-cü il tarixli mütəxxəssis rəyinə əsasən Cavabdeh tərəfindən istifadə qaydalarına düzgün riayət olunmadığı səbəbindən qurğunun yararsız olduğu müəyyən edilmişdir. Beləliklə Cavabdeh mobil nəzarət qurğusunun yararsız vəziyyətə salınması dövlətə maddi ziyan vurmuşdur. EURODESİGN QSC-nın ED-M- nömrəli 96-21, xx.xx.2021-ci il tarixli maliyyə arayışınna və Probasiya Xidmətinin Elektron Monitirinq İdarəsinin 21/2-699 saylı xidməti məktubuna görə mobil nəzarət qurğusunun dəyəri 1930 manat ƏDV isə 347,40 manat, cəmi 2277,40 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel taroxli 144 nömrəli qərarı ilə təsdiq edilmiş Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydalarının 7.5-ci bəndinə əsasən nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda həmin vasitənin dəyəri ondan tutulur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahatında göstərdi ki, Cavabdeh intizamlı məhkum deyildir. O, bir dəfə də cəzanın dəyişdirilməsi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə təqdimatı təmin etməmişdir.Ona görə də, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərdi ki, o, səhlankarlıq ucbatından cihazı yararsız vəziyyətə salmışdır. Belə ki, cihaz onun cibindən suya düşmüşdür. Ancaq onun maddi imkanı yoxdur dəymiş ziyanı ödəsin. Hissə-hissə yəni 50 manat ödəyə bilər. Göstərdiklərini nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz Rayon Məhkəməsinin 1(062)-125/2023 saylı 18.102023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddəsilə təqsirli bilinib 2 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Tovuz Rayon Məhkəməsinin 7(062)-40/2024-cü il tarixli xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı cəzanın dəyişdirilməsi barədə təqdimatı təmin edilməmişdir. xx.xx.2024-cü il tarixli elektron nəzarət vasitəsinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Cavabdeh Tovuz Rayon Məhkəməsinin 1(062)-125/2023 saylı 18.102023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddəsilə təqsirli bilinib 2 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixdə məhkuma elektron nəzarət vasitəsi tətbiq edilmişdir. xx.xx.2024-cü il tarixdə məhkum Musayev X1 qurumunda olarkən ona tətbiq olunan elektron nəzarət vasitəsinin mobil nəzarət qurğusunu işlək vəziyyətdə olmadığı müəyyən edilmişdir. Vizual baxış zamanı mobil nəzarət qurğusunun suya düşərək yararsız hala salındığı müəyyən edildiyi üçün elektron nəzarət vasitəsinin yerindən tətbiqi mümkünsüzdür. Məhkəmə tərəfləri dinləyib, onların izahatlarını işdəki sənədlərlə qarşılıqlı şəkildə tədqiq edərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh Tovuz Rayon Məhkəməsinin 1(062)-125/2023 saylı 18.102023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddəsilə təqsirli bilinib 2 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. xx.xx.2024-cü il tarixdə məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində daşınmalı olduğu elektron nəzarət vasitəsi quraşdırılmış, elektron nəzarət vasitələrindən istifadə qaydaları izah edilmiş, bu nəzarət avadanlıqlarını üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə məhkuma xəbərdarlıq edilmişdir. Cavabdeh həmin cihazı yararsız hala salmaqla dövlətə 2277,40 manat ziyan vurmuşdur. Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsinin maliyyə arayışına əsasən cihazın dəyəri 2277,40 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin (Bundan sonra MM-in) 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. İş üzrə olan sübutlarla xüsusi proqram təminatlı elektron nəzarət vasitəsi olan mobil nəzarət qurğusunun Cavabdeh sahibliyindən çıxmasının, yəni yararsız hala düşməsinin onun cavabdeh olmadığı haldan irəli gəlməsi halı təsdiq edilməmişdir. Məhkəmə cavabdehin dəlili üzrə onu qeyd etməyi zəruri sayır ki, cavabdeh ona təhvil verilmiş və bağlantı yaradılması mümkün olmadığından aid olduğu dəyəri ƏDV ilə birlikdə 2277(iki min iki yüz yetmiş yeddi) manat 40(qırx) qəpik olan xüsusi proqram təminatlı elektron nəzarət vasitəsi olan cihazın sahibliyindən çıxmasının onun cavabdeh olmadığı haldan irəli gəlməsi halını sübut edə bilmədiyindən, bu qurğunun mülkiyyətçisinə əmlakından məhrum olması ilə əlaqədar dəymiş zərərə görə mülki məsuliyyət daşıyır. MM-in 21.1-ci maddəsinəəsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinəəsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinəəsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdəödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-in 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları”nın 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, cavabdehin zərər vurulmasına gətirib çıxaran təqsirli hərəkətinə görə mülkiyyətçiyə əmlakının yarasız hala düşməsi ilə əlaqədar 2277(iki min iki yüz yetmiş yeddi) manat 40(qırx) qəpik zərər dəyməsi tam təsdiq olunduğundan, iddiaçının zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ, cavabdehin isə dəyəri 2277(iki min iki yüz yetmiş yeddi) manat 40(qırx) qəpik olan xüsusi proqram təminatlı elektron nəzarət vasitəsi olan cihazı qoruyub saxlasa idi mövcud olacaq vəziyyəti bərpa etmək vəzifəsi olduğundan, dəymiş zərərin əvəzi üzrə 2277(iki min iki yüz yetmiş yeddi) manat 40(qırx) qəpik cavabdehdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xeyrinə tutulmalı, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 2277(iki min iki yüz yetmiş yeddi) manat 40(qırx) qəpik tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilsin. (Hesab) Cavabdeh 42 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar