Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-2893/2024 11.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun oğlunun sədrliyi Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı «dəmir darvazanın götürülməsi, gediş gəliş yolunun və su arxının açılması, qanunsuz müdaxiləyə son qoyulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «dəmir darvazanın götürülməsi, gediş gəliş yolunun və su arxının açılması, qanunsuz müdaxiləyə son qoyulması» tələbinə dair ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,0728 ha torpaq sahəsinə gediş-gəliş yoluna qoyulmuş dəmir darvazanın cavabdehin hesabına götürülməsinə, həmin ərazidən gediş-gəliş yolunun açılmasına, cavabdeh tərəfindən onun həyətinə gələn su arxının cavabdehin hesabına açılmasına və cavabdeh tərəfindən həmin ərziyə qanunsuz müdaxiləyə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası 11.12. 2024-cü il tarixə təyin olunmuş və bu barədə tərəflərə rəsmi məhkəmə bildirişi göndərilmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə verərək iddia üzrə işin baxılmamış saxlanılmasını və sənədlərinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «dəmir darvazanın götürülməsi, gediş gəliş yolunun və su arxının açılması, qanunsuz müdaxiləyə son qoyulması» tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi təqdim edildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-2893/2024
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-2893/2024
11.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver