Məhkəmə qərarları › İş №2(062)-2937/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2937/2024

28.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2937/2024 28.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz şəhərində 28 noyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin zədələnməsi ilə əlaqədar dəymiş maddi zərər qismində 1030 manat dəyərində avtomobilə dəymiş zərərin əvəzi və ödənilmiş 35 manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək verdiyi izahatında göstərdi ki, cavabdehi yol-nəqliyyat hadisəsindən sonra tanımışdır. Cavabdeh ona məxsus olan “VAZ 2115” minik markalı, ** MD *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurmuşdur. Cavabdeh 03 may 2023-cü il tarixdə etibarnamə və sürücülük vəsiqəsi olmadan “VAZ 2101” minik markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə onun avtomobilinə ümumilikdə 1030 manat ziyan dəymişdir. Cavabdehin barəsində İXM-nin maddəsinə əsasən, inzibati tənbeh edilmişdir. Lakin dəfələrlə tələb etməsinə baxmayaraq, ona dəymiş ziyanın əvəzini ödəməmişdir. Yuxarıda göstərdiklərinə əsasən, Cavabdeh 1030 manat vurulmuş ziyanın və 35 manat dövlət rüsumunun ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işə əlavə olunmuş sənəd və şəkilləri tədqiq edərək, belə qərara gəlir ki, iddia təmin edilməlidir. İşə əlavə olunmuş Tovuz rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, 3(062)- 2/2024 saylı inzibati xəta haqqında qərarının surətindən görünür ki, Cavabdeh AR İXM-nin 332.2 və 332.4-cü maddələri ilə inzibati xəta törətməsi müəyyən olunmuş və müddətin keçməsi səbəbi ilə inzibati icraata xitam edilmişdir. İşə əlavə olunmuş 55 saylı arayışdan görünür ki, yol nəqliyyat hadisəsi zamanı “VAZ 2115” minik markalı, ** MD *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 1030 manat ziyan dəymişdir. İşə əlavə olunmuş nəqliyyat vasitəsinin qeydiyyat vəsiqəsinin surətindən görünür ki, “VAZ 2115” minik markalı, ** MD *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Cavabdeh İddiaçı məxsus olan “VAZ 2115” minik markalı, ** MD *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurmuşdur. Cavabdeh 03 may 2023-cü il tarixdə etibarnamə və sürücülük vəsiqəsi olmadan “VAZ 2101” minik markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə iddiaçının avtomobilinə ümumilikdə 1030 manat ziyan dəymişdir. Tovuz rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, 3(062)-2/2024 saylı inzibati xəta haqqında qərarı ilə, Cavabdeh AR İXMnin 332.2 və 332.4-cü maddələri ilə inzibati xəta törətməsi müəyyən olunmuş və müddətin keçməsi səbəbi ilə inzibati icraata xitam edilmişdir. Məhkəmə hesab edir ki, “VAZ 2115” minik markalı, ** MD *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyəti hesab olunur və onu idarə edərkən avtomobilə ziyan dəymişdir. Belə olan halda onun avtomobilinə dəymiş ziyanı cavabdeh şəxsdən tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu irəli sürdüyü (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatına və işdə olan sənədlərə qiymət verərək hesab edir ki, vurulmuş ziyanla bağlı Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin zədələnməsi ilə əlaqədar dəymiş maddi zərər qismində 1030 manat dəyərində avtomobilə dəymiş zərərin əvəzi və 30,3 manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 1030 manat pul və 30,3 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar