Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2942/2023 18.12.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı2, Cavabdeh X2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X3 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədə cavabdeh X3 qarşı iddia qaldıraraq cavabdehdən maddi ziyan hesabına 1172 manat pulun və 32 manat dövlət rüsumunun ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək göstərdi ki, cavabdeh X1 maddi ziyan üçün 1172 manat tələb etsə də, cavabdeh X1 800 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələblərini onunla əsaslandırmışdılar ki, “Mersedes Benz E220” markalı 99GC250 dövlət qeydiyyat nömrə nişanlı avtomobili şifahı müqaviləyə əsasən xx.xx.2022-ci il tarixdə ayda 500 manat ödəmək şərti ilə idarə etmək üçün X3 vermişlər. Cavabdeh müqavilə şərtlərinə əsasən “Mersedes Benz E220” markalı 99GC250 dövlət qeydiyyat nömrə nişanlı avtomobili onda olan vaxt aylar üzrə ödənişlər etmişdir. Lakin 2022-ci ilin avqust və sentyabr ayı üçün ödəniş etməmişdir. Dəfələrlə xəbərdarlıq etdikdə hər dəfə borcunu ödəmək üçün ona vaxt verməyini tələb etsə də, bu günədək borcunu ödəməkdən boyun qaçırmışdır. Cavabdeh X4 “Mersedes Benz E220” markalı 99GC250 dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etmək üçün verdiyi etibarnaməyə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Bundan başqa cavabdeh X2 ona məxsus avtomobilin ehtiyyat hissələrinin alqı satqısına dair mağazadan nisyə alqı-satqıya əsasən 172 manat dəyərində avtomaşına dair ehtiyyat hissələri almışdır. Ona görə də, cavabdeh X3 qarşı iddia qaldıraraq cavabdehdən maddi ziyan hesabına 1172 manat pulun və 32 manat dövlət rüsumunun ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 ərizə təqdim edərək göstərdi ki, cavabdeh X1 maddi ziyan üçün 1172 manat tələb etsə də, cavabdeh X1 800 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 iddianı qismən qəbul edərək bildirdi ki, aylıq 500 manat ödəmək şərtilə İddiaçı2 avtomobil icarəyə götürmüşdü. Belə ki, maşın xarab olmuşdur. İşlədiyi müddətlərdə hər ay ödənişlər etmişdir. İddiaçıya iki ay maşından istifadəyə görə pul verə bilməmişdi. Odur ki, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, surəti işə əlavə olunmuş xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqavilələrindən görünür ki, X5 900 manat dəyərində Samsung 43 markalı telefon verilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, İddiaçı1 ilə X4 arasında xx.xx.2022-ci il tarixli şifahi icarə müqaviləsinə əsasən “Mersedes Benz E220” markalı 99GC250 dövlət qeydiyyat nömrə nişanlı avtomobil aylıq 500 manat ödənilmək şərti ilə X3 icarəyə verilmişdir. 2022-ci ilin avqust və sentyabr ayları üçün aylıq ödəniş həyata keçirilməmişdir. Cavabdehin avtomobilin icarəsi ilə bağlı 800 manat borcunun olması işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh borcunun olduğunu inkar etmir. O etirazının əsası kimi ona istinad edir ki, iki ay işsiz olmuşdur. Məhkəmə qeyd edilən dəlillə bağlı onu qeyd edir ki, cavabdeh sübut etməlidir ki, iki ay pulun ödənilməli olmaması müqavilənin şərti kimi qəbul edilmişdir. Cavabdeh belə bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MM-nin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Qeyd edilən Məcəllənin 700.2-ci maddəsinə görə icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə görə isə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Qeyd edilən Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Qeyd edilən Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Həmin Məcəllənin 684.2-ci maddəsinə görə isə kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, X1 800 manat pul alınaraq İddiaçı2 xeyrinə ödənilməli, iddia tələbi İddiaçı1 aid hissədə təmin edilməməlidir. Ödəniləcək məbləğ 800 manat olduğundan ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234–cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. X1 800 manat borc və dövlət rüsumu hesabına ödənilmiş 30 manat alınaraq İddiaçı2 verilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-2942/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2942/2023
18.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver