Məhkəmə qərarları › İş №2(062)-2953/2025

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-2953/2025

04.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-2953/2025 04.09.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, bacısı X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə və tikililərə cavabdeh tərəfindən ölçmə işlərinin aparılmasına maneələrin aradan qaldırılması və daş hasarın üstündə əlavə inşaat işlərinin aparılmasının qadağan edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə və tikililərə cavabdeh tərəfindən ölçmə işlərinin aparılmasına maneələrin aradan qaldırılması və daş hasarın üstündə əlavə inşaat işlərinin aparılmasının qadağan edilməsi tələbinə dair” iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, fərdi yaşayış evinə və tikililərə cavabdeh tərəfindən ölçmə işlərinin aparılmasına maneələrin aradan qaldırılması və daş hasarın üstündə əlavə inşaat işlərinin aparılmasının qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda 13 avqust 2025-ci il tarixli qərardadla iddia ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh X2 qarşı qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, X3 tərəfindən qanunsuz müdaxiləyə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iş 23 iyul 2025-ci il tarixdə Tovuz Rayon Məhkəməsində başqa hakim tərəfindən icraata qəbul edilmiş və 2(062)-2670/2025 sayla qeydə alınmışdır. Məhkəmənin 2(062)-2670/2025 saylı, 01 avqust 2025-ci il tarixli qərardadı ilə həmin iş üzrə ekspertiza təyin olunmuş, işin icraatı dayandırılmışdır. Məhkəmə iddia ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdıraraq belə qərara gəlir ki, məhkəmənin icraatında olan mülki işlər faktiki olaraq eyni tərəflər iştirak etdiyi eyni növlü mülki işdir və ona görə də həmin işlərə bir icraatda birləşdirilərək baxıla bilər. Bir icraatda birləşdirilərək baxılması işin daha tez baxılaraq yekun qərar qəbul edilməsinə xidmət edir. Məhkəmə iclasında iştirak edən tərəflər həmin işlərin birləşdirilməsinə etiraz etməmişlər. Azərbaycan Respublikasının MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən bu maddədə göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169, 263 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə və tikililərə cavabdeh tərəfindən ölçmə işlərinin aparılmasına maneələrin aradan qaldırılması və daş hasarın üstündə əlavə inşaat işlərinin aparılmasının qadağan edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki iş Tovuz rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh X2 qarşı “qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair” iddia ərizəsi üzrə 2(062)-2670/2025 saylı mülki işlə bir icraatda birləşdirilərək, mahiyyəti üzrə bir icraatda baxılsın. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar