Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-30/2025 16.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim İsaqlı Pərvanə Zakir qızının sədrliyi, məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) Vəkil, Cavabdeh3, Cavabdeh2 və onun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «əmlak və pul» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi: İddia tələbi İddiaçı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, 23671 manat pul və 167 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 2000 manat pulun Cavabdeh3 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə 2015-ci ilin iyul ayında qeyrirəsmi olaraq evlənmiş, xx.xx.2015-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Cavabdehlərin yaşadığı evə gəlin köçmüşdür. xx.xx.2016-cı ildə Bəynamin adlə bir uşaqları anadan olmuşdur. Anasının xəstəliyi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə tələsik Bakı şəhərinə getməli olmuşdur. Ona məxsus qızıl-zinət əşyaları, əmlak siyahısında göstərdiyi əşyalar onun yaşadığı, cavabdehlərin sahibliyində olan evdə qalmışdır. Həmin tarixdən sonra onu yaşadığı evə geri buraxmadılar. O, əmlaklarından xəbərsizdir. Evdə qalan əşyaları aşağıdakılardır; 2500 manat dəyərində yataq dəsti, 150 manat dəyərində bir ədəd düz dolab, 250 manat dəyərində 1 ədəd stol, 6 ədəd stul, 30 manat dəyərində tək şkaf, 1500 manat dəyərində 1 ədəd kondisioner, 50 manat dəyərində qaz sobası, 800 manat dəyərində 1 ədəd soyuducu, 550 manat dəyərində 3 ədəd xalça, 2 ədəd 2x3, 1 ədəd 1x2 ölçüdə, 150 manat dəyərində 8 ədəd döşəkcə, 240 manat dəyərində 8 ədəd yastıq, 70 manat dəyərində bir ədəd taxt döşəyi, 120 manat dəyərində 3 ədəd yorğan, 150 manat dəyərində iki ədəd, qırmızı və zolağı rəngdə yataq örtüyü dəsti, 480 manat dəyərində çay dəsti, 220 manat dəyərində nahar qab-qacaq dəsti, 2 ədəd 50 manat dəyərində meyvə qabı, 1 ədəd 30 manat dəyərində xrustal güldan, 1 ədəd 50 manat dəyərində ətçəkən maşın, 8 ədəd 50 manat dəyərində məcməyi, 100 manat dəyərində 5 ədəd aliminimum qazan, 60 manat dəyərində 2 dəst şirəli qazan, 2 ədəd 30 manat dəyərində balaca aliminimum qazan, 1 ədəd 30 manat dəyərində şirəli yağ qabı, 2 ədəd 6 manat dəyərində kapron aşsüzən, 2 ədəd 40 manat dəyərində banka bağlayan maşın, 24 ədəd 30 manat dəyərində xrustal çay stəkanı, 12 ədəd 20 manat dəyərində xrustal araq stəkanı, 18 ədəd 100 manat dəyərində sadə qədəhlər, 70 manat dəyərində qaşıq dəsti, 2 ədəd 10 manat dəyərində sadə plastik qab, 2 dəst qab 300 manat dəyərində, 4 ədəd 300 manat dəyərində xrustal vaz, 100 manat dəyərində qaşıq dəsti, 80 manat dəyərində mətbəxt dəsti, 200 manat dəyərində 50 ədəd sadə nəlbəki və 50 ədəd sadə stəkan, 36 manat dəyərində 18 ədəd şirə stəkanı, 50 manat dəyərində 1 ədəd ütü, 30 manat dəyərində 1 ədəd mikser, 260 manat dəyərində 1 ədəd tozsoran, 20 manat dəyərində 2 ədəd salfetka və 2 ədəd duz qabı, 30 manat dəyərində 30 ədəd mürrəbbə qabı, 20 manat dəyərində 12 ədəd plov qaşığı, 20 manat dəyərində 25 ədəd yağ bıçağı, 30 manat dəyərində 18 ədəd sadə meyvə şirəsi qabları, 10 manat dəyərində 2 ədəd şirəli dəm çayniki, 240 manat dəyərində, çəkisi 3 qram olan 1 cüt sırğa, 400 manat dəyərində, çəkisi 5 qram olan 1 ədəd boyunbağı, 640 manat dəyərində, çəkisi 8 manat olan 1 ədəd qolbağı, 3000 manat dəyərində 30 ədəd qoyun almışdır, 3000 manat soyuducu və televizor almaq üçün verdiyi pul. Cavabdehlər göstərdiyi əşyalar üzərində qanunsuz sahiblik edərək ona qaytarmaqdan boyun qaçırırlar. Bundan başqa o, cavabdehlərin bilavasitə razılığı ilə yaxın qohumlarının yardımı ilə qeyd edilən ünvanda tikinti işləri aparmışdır. 2019-cu ildə nikahları pozulsa da, o, həmin ünvanda yaşamağa davam etmişdir. Tikinti işlərini iş üzrə şahidlər X11, X13, Cavabdeh3, X7 və onların anası X1 qalan və öz mülklərində olan 0.2 ha oğlu X5 üçün ayırdıqları torpaq sahəsində aparılmışdır. Uşaq azyaşlı olduğu üçün torpaq sahəsini onun adına Cavabdeh3 keçirməli idi. Sənədləşməyə görə Cavabdeh3 ondan 1500 manat pul almışdır. Onun aldığı və yerdə qalan tikinti materiallarından istifadə edərək cavabdehlər yarımçıq qalmış tikintiki tamamlamışlar. 32 metr uzunluqda hasar tikilib, həmin hasarın 7 metr hissəsi isə qaynanasının evinin qarşısından keçməklə eyvan hissəsini əhatə edir. 1200 manata 2000 kubik alınıb və eyni zamanda 210 manat dəyərində 3 “Kamaz” maşını çay daşı, 600 manat dəyərində 80 kisə sement alınmışdır. Hasarın və özülün tikintisinə 100 manat pul ödənilmişdir. 4x4 kv.m olan dam tikdirmişdir. 180 manat dəyərində 6 ədəd dam örtüyü, 120 manat dəyərində 8 ədəd mil taxta, 10 manat dəyərində 2 ədəd şurup almışdır. Tikintiyə 400 manat vermişdir. Özülünə 50 manat dəyərində bir qoşqu (lapet) çay daşı, 260 manat dəyərində 20 kisə sement, 420 manat dəyərində daş, 900 manat dəyərində 1500 ədəd kubik daşı, 100 manat dəyərində 2 ədəd qapı, 50 manat dəyərində bir “Kamaz” qum, 150 manat dəyərində bir “Kamaz” çay daşı almışdır. Hamam hovuzun yeri 5 daş tikilmişdir. 25 kisə sement sərf olunub, buna 135 manat vermişdir. 1 qoşqu (lapet) çay daşına 50 manat, hamam və özülün tikintisinə 600 manat pul xərcləmişdir. Əl-üz yuyan krant və altında su axan tikdirmiş 70 manat xərcləmişdir. 200 manat kanalzasiya xəttinə, 100 manat evin arasının sökülməsinə, qaynanasının evinə ağ plastik pəncərə qoyulmasına 230 manat, evə döşəmə vurulmasına 200 manat xərcləmişdir. 150 manat dəyərində 30 kisə üzlük almış, ustanın yeməyinə və tikintiyə 2000 manat xərcləmişdir. Qonşudan 150 manat dəyərində bir ədəd çən almış, çənin quraşdırılması üçün ustaya 70 manat vermişdir. Qaz xəttinin həyətdən çıxarmaq üçün 300 manat xərcləmişdir. Həyətdə olan 3 ədəd çinar ağaclarını kəsdirmək üçün 100 manat xərcləmiş, həmin ağaclar qaynı Rövşən tərəfindən götürülmüşdür. Çinar ağaclarının dəzgahda kəsilməsi üçün 150 manat xərcləmiş, 100 manat dəyərində iki ədəd plastik qapı, 150 manat dəyərində 2 ədəd hamam üçün plastik pəncərə, 15 manat dəyərində 3 ədəd su vedrəsi, 30 manat dəyərində 3 ədəd vanna, tikintidə işlətmək üçün 50 manat dəyərində araba, 150 manat dəyərində bir ədəd su çəni, 90 manat dəyərində 3 top setka almışdır. Cavabdeh3 tikinriləri rəsmiləşdirmək üçün ondan 2000 manata qədər pul almışdır. Bu xərclər onun atası tərəfindən ona verilmiş pullar hesabına çəkilib, cavabdehlərə heç bir aidiyyatı yoxdur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, tikintiyə xərc hissəsində ekspertiza rəyində qeyd edilən məbləğin və 500 manat rüsumun əvəzinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi (vəkil) Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. İddiaçı əlavə olaraq bildirdi ki, onun cehiz əşyaları həmin evdə qalmışdır. İcra məmurları gələn zaman o, evdə olmamışdır. Anasının xəstəliyi ilə əlaqədar təcili olaraq Bakı şəhərinə getmişdir. O, gedərkən evin qapısını qıfıl ilə bağlamışdır. İcra məmurları gələn zaman evin qapısının qıfılı sındırılmışdır. Cehiz əşyalarından əlavə evdə bir cür sırğa, sep və üzükdən ibarət qızıllları da olmuşdur. Mübahisəli evə gəlin gəlməmişdən əvvəl o, Peymanla Cəlilli kəndidə fermada yaşamışdır. Peymanla razılaşaraq orada xırdabuynuzlu mal-qara almışdır. Heyvanlar onun öz şəxsi vəsaiti hesabına alınmışdır. Atasının ona verdiyi pul vəsaiti olmuşdur. Daha sonra yoldaşı orada yaşaya bilməyəcəyini qeyd etmiş və heyvanları da götürərək qaynanasıgilin yaşadığı evə gəlmişlər. Bir neçə il həmin evdə heyvanlara baxmışlar. Daha sonra yoldaşı qardaşı ilə bazara apararaq heyvanların hamsını satmışlar. Bundan başqa cavabdeh olan yoldaşına 3000 manat televizor almağa pul vermişdir. Cavabdeh isə həmin pulu alver edərək xərcləmiş, ona qaytarmamışdır. Torpaq sahəsinin oğluna bağışlanması ilə bağlı sənədləşmə işləri düzəlməli idi. Rafiq isə sənədləşmə işlərinin xərcini o çəkməsi halında 2 sot da torpaq sahəsi o verəcəyi ilə razılaşdır. Lakin sənədlər düzələndən sonra topraq sahəsini ona verməkdən imta etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və onun nümayəndəsi X10 iddia tələbinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Cavabdeh2 nümayəndəsi X10 əlavə olaraq bildirdi ki, iddiaçı Səidə cavabdeh Peyman ilə 6 ay fermada yaşadılar. Orada olarkən 6 ədəd xırdabuynuzlu heyvanları var idi. Daha sonra heyvanı da satıb Adiləgilin yaşadığı evə gəldilər. Bacısıgil iddiaçını heç bir zaman qəbul etməmişlər. İddiaçı orada heç bir tikinti işləri aparmamışdır. Bacısı 3 dəfə kredit götürmüş, görülmüş bütün işlər bacısı tərəfindən götürdüyü kredit məbləği hesabına aparılmışdır. Tikilinin yerləşdiyi yer isə bələdiyyə torpağıdır, o, bələdiyyəyə müraciət edərək razılıq almışdır. İddiaçının bütün əşyaları çıxarılmış, icra məmuru tərəfindən bununla bağlı akt tərtib edilmişdir. İddiaçı əşyaları Adilənin tikdiyi artırma yerə yığaraq qapısını da klidləmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq digər Cavabdeh1 heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X11 ifadəsində bildirdi ki, Səidə qaynının gəlinidir. O, təxminən 2015-ci ildə gəlin gəlibdir. Səidə gələndən sonra tikinti işlərini o aparmışdır. Tikintiyə əsas narazılığı olan indi şahid kimi dindirilən şəxs olan onlar olmuşdur, başqa heç kim narazılıq etməmişdir. Tikintinin Səidə tərəfindən aparılmasını hamı bilir. Yarımçıq hamam hovuzdan başqa qalan işlərin hamısı, tikinti işləri, çəpər, kanalizasiya xətti Sədiə tərəfindən görülmüşdür. Kanalzasiya xəttini onun yoldaşı çəkmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X7 ifadəsində bildirdi ki, Səidə onun qardaşı gəlinidir. O, özünə məxsus torpaq sahəsindən 2 sot hissəni Bənyaminə görə bağışlamışdır. Orada tikinti və hörgü işlərini Səidə görmüşdür. Belə ki, 3x3 ölçüdə iki otaq tikdirib, hasar çəkdirib, döşəmə vurdurmuşdur. Məhkəmə iclasında şahid kimi dindirilmiş X13 ifadəsində bildirdi ki, Səidə onun əmisi gəlinidir. Evdə aparılmış bütün işləri Səidə görmüşdür. Belə ki, tikinti işi aparmış, çəpər çəkdirmiş, bütün materialları o almış, usatın əl muzdusunu o vermişdir, daha sonra evdə kosmetik işlər görüb, pəncərənin birini dəyişdirib, döşəmə vurdurmuşdur. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(062)-1008/2019 saylı qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2016-cı il təvəllüdlü Bəynamin adlı uşaqlarının cavabdeh İddiaçı yanında saxlanılması, uşağın yetkinlik yaşına çatana kimi 150 manat məbləğində alimentin Cavabdeh1 tutularaq İddiaçı verilməsi qət edilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(062)-207/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı Aleksandır qızının cavabdehlər X8 və qeyrisinə qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(104)-2049/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(062)-207/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(062)-1975/2019 saylı qətnaməsi iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı Cavabdeh2 mülkiyyətində olan Tovuz rayonu, Əlimərdanlı kəndində yerləşən 13 saylı evin 1 saylı mənzilindən çıxarılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-228/2021 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(062)-1975/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-212/2023 saylı qətnaməsindən görünür ki, iddiaçılar X6 və X9 cavabdehlər X3, Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Tovuz regional “ASAN xidmət” mərkəzinin Notariat ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-4234/2023 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. "xxxx" MMC tərəfindən verilmiş ekspert rəyindən görünür ki, Tovuz rayonu, Əlimərdanlı kəndi ərazisində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 55 kv.metr olan fərdi yaşayış evinin hazırkı dövr üçün bazar dəyəri 30000 manat təşkil edir. Qiymətləndirmə tarixinə hesablanmış tikinti xərci 22000 manat, torpaq sahəsinin üzərində inşa edilmiş əlavə tikililərin təmir-tikinti işlərinin həcmi və dəyərinin miqdarı 6600 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçılarını dinləyib iddia ərizəsini, işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh1 xx.xx.2015-ci ildə rəsmi şəkildə evlənmişlər. İddiaçı Cavabdeh1 ilə evləndikdən sonra bir müddət Tovuz rayonu, Cəlilli kəndində yerləşən fermada yaşamışlar. Daha sonra o, cavabdehlərə məxsus Tovuz rayonu, Əlimərdanlı kəndində yerləşən evə köçmüşdür. Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(062)-1008/2019 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23671 manat pul və 167 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 2000 manat pulun Cavabdeh3 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlillərindən göründüyü kimi, iddia tələbi 5 hissədən ibarətdir; 1) cehiz və qızıl-zinət əşyaları tələbi; 2) 3000 manat dəyərində 30 ədəd xırdabuynuzlu heyvan; 3) 3000 manat televizor və soyuducu üçün verilən pul; 4) tikintiyə çəkilmiş xərc; 5) 2000 manat tikilinin sənədləşdirilməsi üçün verilmiş pul. Məhkəmə ilk öncə iddia tələbinin cehiz, qızıl-zinət əşyaları və mal-qara tələbi hissəsi ilə bağlı qeyd edir ki, tələbin həmin hissəsinin mərkəzi hüquq norması Mülki Məcəllənin 157.2-ci maddəsidir, həmin normada təsbit edilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. İddiaçı iddia ərizəsində qeyd etdiyi əşyaların, o cümlədən çəkisi 3 qram olan 1 cüt sırğa, 400 manat dəyərində, çəkisi 5 qram olan 1 ədəd boyunbağı, 640 manat dəyərində, çəkisi 8 manat olan 1 ədəd qolbağının cavabdehlərin sahibliyində olan evdə qaldığını iddia edir. Məhkəmə həmin əşyalarla bağlı ilk əvvəl qeyd edir ki, iddiaçı tərəfindən tələb olunan əşyalarının mövcudluğu barədə məhkəməyə mötəbər sübutlar təqdim edilməmiş, buna görə də iddiaçının həmin əşyalar üzərində mülkiyyətçi olması nəticəsinə gəlinməmişdir. Digər tərəfdən iş materialları ilə müəyyən edilir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(062)-1975/2019 saylı qətnaməsi ilə iddiaçı X12 cavabdeh İddiaçı qarşı evdən çıxarılma və qanunsuz müdaxiləyə son qoyulma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qeyd olunan qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı Cavabdeh2 mülkiyyətində olan Tovuz rayonu, Əlimərdanlı kəndində yerləşən 13 saylı evin 1 saylı mənzilindən çıxarılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-228/2021 saylı qətnaməsi apellyasiya şikayəti təmin edilməmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(062)-1975/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının mübahisəli mənzildən çıxarılması qət edilmiş, məhkəmə qətnaməsi icraya yönəldilmiş və qətnamənin icrası ilə bağlı müvafiq tədbirlər görülmüşdür. İş materiallarına əlavə edilmiş icra məmuru tərəfindən tərtib edilmiş aktdan görünür ki, iddiaçıya Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(062)-1975/2019 saylı qətnaməsinin icrası ilə bağlı məlumat verilsə də, heç bir üzrlü səbəb göstərilmədən qətnamə icra edilməmişdir. İcra məmurunun iştirakı ilə iddiaçıya məxsus əşyalar çıxarılmış və bununla bağlı akt tərtib edilmişdir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçıya məxsus cehiz əşyaları çıxarılmışdır. Tərəflərin izahatı ilə müəyyən edilir ki, həmin əşyalar hazırda mübahisəli evdə artırma adlanan tikiliyə yığılmış və iddiaçı tərəfindən qapısı kilidlənmişdir. Digər tərəfdən cavabdehlərin məqsədi Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(062)-1975/2019 saylı qətnaməsinin icrasının təmin edilməsi olduğu halda, iddiaçıya məxsus əşyaları özlərində saxlamaları inandırıcı və ağlabatan deyildir. İddiaçı iddia ərizəsində cehiz əşyaları ilə yanaşı çəkisi 3 qram olan 1 cüt sırğa, 400 manat dəyərində, çəkisi 5 qram olan 1 ədəd boyunbağı, 640 manat dəyərində, çəkisi 8 manat olan 1 ədəd qolbağıdan ibarət qızıl-zinət əşyalarının da cavabdehlərə məxsus evdə qaldığını bildirsə də, ümumiyyətlə həmin əşyaların mövcudluğu iş materialları ilə sübut olunmur. İddia tələbinin digər hissələri olan 3000 manat dəyərində 30 ədəd xırdabuynuzlu heyvan və 3000 manat televizor və soyuducu üçün verilən pul ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının tələbinin dəlilləri ilə bağlı təqdim etdiyi sübutlar yalnız özünün izahatıdır ki, bu da işin müəyyən edilmiş halları ilə yanaşı qiymətləndirildikdə öz təsdiqin tapmır. İddiaçı mübahisəli evdə tikinti işləri apardığını, bununla bağlı xərc çəkdiyini bildirir. Məhkəmə bununla bağlı qeyd edir ki, tərəflər arasında evdən istifadə ilə bağlı mübahisələr 2019-cu il tarixdən yaranmış, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə iddiaçının evdən istifadə hüququ tanınmamış, evdən çıxarılması qət edilmişdir. İddiaçı evdə tikinti işləri aparıb xərc çəkməsi halında onun həmin tarixlərdə deyil, onun uzun müddət hərəkətsiz qalması, sonradan - 2024-cü il tarixdə çəkilmiş xərci tələb etməsi iddia tələbinin əsaslılığına şühbə yaradır. Məhkəmə iddiaçının vəsatəti ilə dindirilmiş şahid ifadələrini isə iş üzrə mötəbər sübut kimi qəbul etmir. Əvvəla ona görə ki, şahidlərin hər üçü hadisəni ümumi olaraq qeyd etmiş, sanki iddia tələbini oxumaqla ona uyğun ifadə verməyə çalışmışlar. Bir növ onların məqsədi həqiqətin aşkar edilməsi deyil də, iddia tələbinin iddiaçının xeyrinə həll edilməsinə yönəlmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş məhkəmə qətnaməsi ilə müəyyən edilir ki, şahidlərin özlərinin cavabdehlərə qarşı hazırda mübahisələndirilən tikilinin yerləşdiyi torpaq sahəsinin bağışlanması ilə bağlı müqavilənin ləğv edilməsinə dair iddia ərizəsi olmuş və məhkəmə qətnaməsi ilə iddiaları rədd edilmişdir. Belə ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-212/2023 saylı qətnaməsindən görünür ki, iddiaçılar X6 və X9 cavabdehlər X3, Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Tovuz regional “ASAN xidmət” mərkəzinin Notariat ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər və məhkəmə qətnaməsi ilə iddialarının təmin edilməməsi qət edilmişdir. Bundan müvafiq instansiyalara şikayətlər verilsə də, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-4234/2023 saylı qərarı ilə şikayətləri təmin edilməmişdir. Göründüyü kimi, şahid kimi dindirilmiş şəxslərin cavabdehlərlə qərəzli münasibətdə olmaları onların ifadələrinin də iddia tələbinin dəlilləri üzərində qurulmasını düşünməyə əsas verir. Odur ki, şahid ifadələri mötəbər sübut hesab oluna bilməz. İddia tələbinin digər hissəsi sənədləşmə işlərinin aparılması üçün 2000 manat pul məbləğinin Cavabdeh3 verilməsidir. İddiaçı iddia tələbinin dəlillərində torpaq sahəsinin oğlu Bəynaminə bağışlanması ilə bağlı müvafiq sənədləşmə işlərinin aparılması üçün Cavabdeh3 2000 manat pul verdiyini bildirsə də, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Həmçinin Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-212/2023 saylı qətnaməsi ilə də iddiaçının iddia etdiyi kimi torpaq sahəsinin Bəynaminə bağışlanması, lakin bunun hazırda mümkün olmaması səbəbindən Cavabdeh3 bağışlanmasının məhkəmə araşdırması ilə təsdiqini tapmadığı qeyd edilmişdir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə də tərəflər arasında belə bir razılaşmanın olmasının müəyyən edilməməsi, dolayısı ilə iddiaçının hazırkı tələbinin də əsassız olmasına dəlalət edir. Nəzərə almaq lazımdır ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Məhkəmə qeyd edir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «əmlak və pul» tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «əmlak və pul» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçı X4 aid edilsin. Qətnamədən rəsmi qaydada verdiliyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə İsaqlı
Məhkəmə qərarları › İş №2(062)-30/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-30/2025
16.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver