Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3007/2024 18.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5050 manat pulun, tərəfindən ödənilmiş 70.50 manat dövlət rüsumunun alınaraq ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Tovuz şəhərində yerləşən avtomobil bazarından **-BF-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” minik markalı avtomobili Tovuz rayonu, Hunanlar kənd sakini Cavabdeh1 5050 manat müqabilində almışdır. Həmin tarixdə avtobili özəlləşdirmək istəsə də, Teymur ona vaxtının olmadığını notariusda etibarnamə verə biləcəyini bildirmişdir. Bundan sonra Nurlan Kerimov ona generalni etibarnamə vermişdir. O, bir müddət avtomobili sözügedən etibarnamə ilə öz istifadəsində saxlasa da, texminən 2023-cü ilin sonlarında avtomobili öz adına rəsmiləşdirmək üçün Tovuz RQİ ve TBŞ-nə müraciət etmişdir. Oradan **-BF-*** dövlət qeydiyyat nişanlı, VAZ 21074 minik markalı avtomobilin üzərində həbs olduğunu özəlləşdirilməsinin qeyri mumkunsuz olduğu bildirilmişdir. Bundan sonra o, avtomobili aldığı Cavabdeh1 müraciət etmiş, o isə bundan məlumatı olmadığını, pulu o, alsa da, avtomobilin Göyçay rayonu, Şıxbeǝy kend sakini Cavabdeh2 məxsus olduğunu və onunla danışmalı olduğunu bildirmişdir. O, dəfələrlə Nurlan və Teymura avtomobilin özəlləşdirilməsində ona kömək etmələrini, etmədikləri təqdirdə ödəmiş olduğu pulu geri qaytarmağını bildirsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Nəticədə Cavabdeh2, Cavabdeh1 vasitesi ile 2000 manat pul verəcəyi təqdirdə avtomobili yenidən ona sata biləcəyini, eks təqdirdə "102" xidmətinə zəng edərək avtomobilinin onun tərəfindən oğurlandığını bildirərək şikayət edəcəyini bildirmişdir. Bir müddət Teymur və Nurlandan dəfələrlə xahiş etməyinmə baxmayaraq onlar onun pulunu ödəməkdən qəsdən yayınmış və nəticədə Cavabdeh2 ondan DİN-nin "102" xidmətinə dəfələrlə müraciət edərək onun- onlara məxsus avtomobili oğurladığını bildirmişdir. Nurlan və Teymur bir qrup şəxs halında onun etibarından istifadə edərək onu aldatmış və ona məxsus 5050 manat pulu aldadaraq ələ keçirmişlər. Sözügedən avtomobilin üzərində məhdudiyyət Göyçay rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən qoyulmuşdur. Odur ki, cavabdehdən həmin məbləğin alınaraq ona ödənilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, o iddiaçıdan 4700-4800 manat pul almışdır. O vaxtında avtomobili sənədləşdirməmişdir. Cavabdeh iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Avtonəqliyyat vasitəsinin məhdudiyyəti barədə xx.xx.2024-cü il tarixli çıxarışından görünür ki, **-BF-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” minik markalı avtomobilə Göyçay rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən məhdudiyyət qoyulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ƏN-İX 095314 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 **-BF-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” minik markalı avtomobili İddiaçı vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X2 **-BJ-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21063” minik markalı avtomobili Cavabdeh1 satmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X1 **-BC-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” minik markalı avtomobili Cavabdeh1 satmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (337.2). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (337.4). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (337.5). Mülki Məcəlləyə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. Alqı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır (570). Alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alğı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. Əgər alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı adətən irəli sürülən tələblərə görə müvafiq əşyanın verilməsini və alınmasını təmin etmək üçün öz tərəfindən zəruri olan hərəkətləri etməyə borcludur. Alıcı alqı-satqı müqaviləsini pozaraq əşyanı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə satıcı alıcıdan əşyanı qəbul etməyi tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər (596). Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğısatqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir (646). Daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir (648.1). Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir (maddə 650). Göründüyü kimi alqı-satqı müqaviləsi avtomobil üzərində məhdudiyyət olduğundan baş tutmamışdır. Hazırki iş üzrə Cavabdeh1 avtomobilin mülkiyyətçisi tərəfindən etibarnamə verildiyindən o avtomobili yüklülükdən azad etmək imkanlarına malik olmasına baxmayaraq, bunları etməyərək iddiaçıdan müvafiq məbləğdə pul alaraq avtomobiliun şifahi-alqı satqısına dair razılığa gəlmişlər. Cavabdeh1 iddiaçı ilə şifahi müqavilə bağlasa da sona dək həmin müqavilənin şərtlərinə əməl etməmiş və avtomobili yükdən azad edərək iddiaçıya təhvil verməmişdir. Mülki Məcəllənin 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Mülki Məcəlləyə əsasən: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyrimümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Məhkəmə, iddiaçı mübahisəli avtomobilin əldə edilməsi üçün ödənilmiş pulun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmiş, mübahisəli avtomoilin onun adına rəsmiləşdirilməməsi ilə tələbini əsaslandırmışdır. Lakin mübahisəli avtomibil iddiaçının rəsmiləşdirilməmiş, yəni həyata keçirilməmiş əsasa görə pul ödənilmişdir, bu halı təkzib edən və ya pulun geri qaytarılmasını təsdiqləyən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhrum olan iddiaçının hesabına əmlak əldə etmiş və əsassız varlanmış cavabdehdən pulun tutulması barədə iddia əsaslıdır. Belə ki, varlanmış şəxs cavabdehin əməli gözlənilən məqsədə uyğun olmadığndan – mübahisəli avtimibil adına rəsmildirilmədiyindən məhrum olan iddiaçı verdiyi pulu geri tələb etməkdə haqlıdır. Bundan başqa, qanunvericiliyə əsasən, qaytarma tələbini istisna edən hal(lar) müəyyən olunmur. Məhkəmə iddiaçı cavabdehlərdən Cavabdeh1 münasibətdə qismən əsaslı hesab etsə də, digər cavabdehə münasibətdə əsaslı hesab etmədiyindən o hissədə iddianın rədd edilməsi qənaətinə gəlir. Məhkəmə iclasında Cavabdeh1 iddiaçıdan 4700-4800 manat pul aldığını bildirsə də, məhkəməyə təqdim edilmiş səs yazısındakı Cavabdeh1 ilə aparılan danışıqlardan müəyyən edilir ki, o iddiaçıdan 5000 manat məbləğində pul almışdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, 5000 manat pul Cavabdeh1 alınaraq iddiaçıya verilməlidir. Eyni zamanda məhkəmə Cavabdeh1 izah edir ki, onun dəymiş ziyanla bağlı avtomobilin əvvəlki sahiblərinə qarşı iddia ilə müraciət etmək hüququnun olması istisna edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 70.50 manat dövlət rüsumunun 70 manatı Cavabdeh1 iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməldir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 5000 (beş min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 (yetmiş) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-3007/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3007/2024
18.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver