Məhkəmə qərarları › İş №2(062)-3189/2024

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-3189/2024

09.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-3189/2024 09.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun oğlunun sədrliyi Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı, Cavabdeh X1, Üçüncü şəxs ƏMDXDƏDK və Reystri publik hüququ şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakılarə ilə, İddiaçı cavabdehlər X2, Cavabdeh2 və üçüncü şəxs DƏDK və Reystri publik hüququ şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı «qanusuz müdaxiləyə son qoyulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X2, Cavabdeh2 və üçüncü şəxs DƏDK və Reystri publik hüququ şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı «qanusuz müdaxiləyə son qoyulması» tələbinə dair ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdehlər tərəfindən ona və ailə üzvlərinə məxsus Tovuz rayonu Bozalqanlı kəndi ərazisindən verilmiş 0,30 ha həyatyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin sərhədlərinin müəyyən edilməsi üçün daşınmaz əmlakın dövlət reystri xidmətinin mütəxəssislərinə edilən manelərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə verərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Cavabdeh X3 məhkəmə iclasında işə mahiyyəti üzrə baxılmasını tələb etmədi. Üçüncü şəxs ƏMDXDƏDK və Reystri publik hüququ şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X6 məhkəmə iclasında hazırkı işin baxılmamış saxlanılmasına etiraz etmədi. Digər Cavabdeh2 rəsmi məhkəmə bildirişi göndərilmişdir, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər X2, Cavabdeh2 və üçüncü şəxs DƏDK və Reystri publik hüququ şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı «qanusuz müdaxiləyə son qoyulması» tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan rəsmi təqdim edildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar