Məhkəmə qərarları › İş №2(062)-3251/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3251/2024

20.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3251/2024 20.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyana görə» tələbinə dair mülki işə Tovuz şəhərində 20 dekabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan tələbinə dair” iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin zədələnməsi ilə əlaqədar dəymiş maddi zərər qismində 5861 manat maddi zərər, 59 manat qiymətləndirmə ödənişi və ödənilmiş 79,2 manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçıın iştirakı olmadan baxılmasını məqsədə müvafiq hesab etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh yol-nəqliyyat hadisəsindən sonra tanımışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə ona məxsus olan “Hyundai Sonata” minik markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurmuşdur. Cavabdeh idarə etdiyi “X5” minik markalı, ** AM *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə onun avtomobilinə ümumilikdə 5861 manat ziyan dəymişdir. Cavabdeh İXM-nin müvafiq maddəsinə əsasən, inzibati tənbeh növündə cərimə edilmiş, həmin cəriməni ödəmişdir. Lakin dəfələrlə tələb etməsinə baxmayaraq ona dəymiş ziyanın əvəzini ödəməmişdir. Yuxarıda göstərdikərinə əsasən, Cavabdehdən 5861 manat vurulmuş ziyanın, 59 manat qiymətləndirmə ödənişi və 79,2 manat dövlət rüsumunun ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə mülki işə əlavə olunmuş sənədləri tədqiq edərək, belə qərara gəlir ki, iddia təmin edilməlidir. İşə əlavə olunmuş 08 oktyabr 2024-cü il tarixli, İXP6618569 saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh AR İXM-nin 327.1-332.1-ci maddəsi ilə inzibati xəta törətməsi müəyyən olunmuş və 40 manat məbləğində cərimə edilmişdir. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli zərər aktından görünür ki, yol nəqliyyat hadisəsi zamanı “Hyundai Sonata” minik markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 5861 manat ziyan dəymişdir. İşə əlavə olunmuş hadisə yerinin sxemindən görünür ki, hadisə nəticəsində Cavabdeh idarə etdiyi “X5” minik markalı, ** AM *** dövlət qeydiyyat nişanlı avtomobil X1 idarə etdiyi “Hyundai Sonata” minik markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobilini arxadan vurmuş və nəticədə sonuncu avtomobil qarşıda olan avtomobilə dəymişdir. Həmin sxemdən görünür ki, “X5” minik markalı, ** AM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs Cavabdeh olmuşdur. İşə əlavə olunmuş etibarnamədən görünür ki, “Hyundai Sonata” minik markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2034-cü ilədək İddiaçı tərəfindən X2 idarə etməsi üçün etibar edilmişdir. İşə əlavə olunmuş Bakı şəhər BPİ-nin DYPİ-dən verilmiş arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş hadisə ilə əlaqədar “X5” minik markalı, ** AM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh yazılı izahat verməkdən imtina etmiş, heç bir sənədi imzalamayacağını bildirmişdir. İşə əlavə olunmuş ödəmə çekindən görünür ki, İddiaçı qiymətləndimə üçün 59 manat vəsait ödəmişdir. İşə əlavə olunmuş Elektron məhkəmə sisteminin dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan görünür ki, İddiaçı iddia ərizəsinin verilməsinə görə 79,29 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Cavabdeh İddiaçı məxsus olan və etibarnamə əsasında oğlu X3 tərəfindən idarə olunan “Hyundai Sonata” minik markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurmuşdur. Cavabdeh “X5” minik markalı, ** AM *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə iddiaçının avtomobilinə ümumilikdə 5861 manat ziyan dəymişdir. 08 oktyabr 2024-cü il tarixli, İXP6618569 saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh AR İXM-nin 327.1-332.1-ci maddəsi ilə inzibati xəta törətməsi müəyyən olunmuş və 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, “Hyundai Sonata” minik markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətindədir və etibarnamə əsasında oğlu Elvin Abbasov idarə edərkən avtomobilə ziyan dəymişdir. Belə olan halda onun avtomobilinə dəymiş ziyanı cavabdeh şəxsdən tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu irəli sürdüyü (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. İş materiallarından görünür ki, “X5” minik markalı, ** AM *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh idarə etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mülki məsluiyyət onun üzərində olduğuna görə hazırki işdə iddiaya cavab verən şəxs Cavabdehdur. Ona görə də iddianın ona qarşı irəli sürülməsi qanunidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədlərə qiymət verərək hesab edir ki, vurulmuş ziyanla bağlı Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin zədələnməsi ilə əlaqədar dəymiş maddi zərər qismində 5861 manat dəyərində avtomobilə dəymiş zərərin əvəzi, 59 manat qiymətləndirmə ödənişi və 79,2 manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 5861 manat, 59 manat qiymətləndirmə ödənişi və 79,2 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar