Məhkəmə qərarları › İş №2(062)-3304/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3304/2025

14.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3304/2025 14.11.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı, onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, Vəkil və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz şəhərində 14 noyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq cavabdehdən 14000 manat pulun və 140 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək göstərdi ki, o, rayonda kirayədə yaşadığı vaxtlarda, 02 mart 2024-cü il tarixdə dayısı Cavabdeh ona zəng edib bildirmişdir ki, onun bacısı X6 evdə tək qalıb, xəstədir vəziyyəti yaxşı deyil, ona baxan xidmət edən lazımdır. Cavabdeh ondan öz bacısına baxmağı, qulluq etməyi xahiş etmiş və demişdir ki, onun qızı Rəqsanə Rüstəmova sosial yardım alır, əgər ona qulluq etsə qızının sosialı kəsiləcəkdir. Bundan sonra kəndin icra nümayəndəsi Abdiyev Bəxtiyar ona zəng vurub bildirmişdir ki, dayısı onun Lalə Rüstəmovaya baxmağını istəyir və ona söz verir ki, torpaq sahəsi onun adına keçəcəkdir. O, dayısı Cavabdeh və icra nüamyəndəsi Bəxtiyar Abdıyevin sözünə inanaraq, xalası Laləni yaşadığı, kirayədə olduğu evə aparıb, lazım olan ehtiyaclarını ödəmişdir. Bundan başqa 7 ay onun yanında qaldığı vaxtı həkimlərə aparıb müalicə xərclərini və dərmanları təmin eləmişdir. Sonra xalası Lalənin xərcləri artdığı üçün kirayə pulunu verə bilmədiyi üçün, xalası Lalə evi ona verdiyinə görə Tovuz rayonu, Bayramlı kəndinə köçmüşdür. Xalası Lalənin vəziyyəti pisləşmiş, dialezə düşmüşdür. Həmin vaxt xalasını Bakı şəhərinə dializə aparmış, 3 gündən sonra xalası Lalə komaya düşmüş, təcili yardım çağırmışdır. Lakin xalası dünyasını dəyişib vəfat etmişdir. Lakin dayısı ona söz verdiyini etməmiş, onu evdən çıxarmaq istəmişdir. O xalası Lalənin yaşadığı evin təmirinə 9000 (doqquz min) manat pul xərcləmiş, 5000 (beş min) manat müalicə və baxmağa pul xərcləmişdir. O, ümumilikdə 14000 (on dörd min) manatdan artıq pul xərcləmiş, pulu ona görə xərcləmişdir ki, dayısı Cavabdeh ona söz vermişdir ki, xalası Lalənin evi onun olacaq, ancaq dayısı sözünə əməl etməmişdir. Buna görə də o, məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, cavabdehdən 14000 manat pulun və 140 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddianı qəbul etmir. Bacısı Laləyə özü xərc çəkmişdir. Həmin iddia edilən ev onun qızının evidir. Həmin ev nə onun özünün, nə də bacısının evi deyildir. İddiaçı kirayədə qaldığı üçün kirayə pulunu ödəyə bilmədiyinə görə göstərilən evə köçmüşdür. Göstərilən evdə qısa müddətdə qalmış, həmin müddət ərzində yaşadığı yerdə cüzi abadlıq işləri aparmışdır. Onun təmir abadlıq işlərini aparması üçün kimsənin xahişi və ya tapşırığı olmamışdır. Ev qızı Rəqsanəyə məxsusdur və o da hər hansı bir inşaat işinin aparılmasını xahiş etməmişdir. Bacısının müalicə xərclərini isə özü ödəmişdir. Yalnız iddiaçı bir müddət xalası ilə birlikdə qalmışdır. Ona görə də iddianın rədd edilməsini xahiş edir. İşə əlavə olunmuş Tovuz rayon Məhkəməsinin 2(062)-1986/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 məxsus Tovuz rayonu Bayramlı kəndində yerləşən 0,06 ha torpaq sahəsindən və həmin torpaq sahəsində olan yarımçıq tikilidən cavabdehlər İddiaçı və X3 çıxarılması qət olunmuşdur. İşə əlavə olunmuş Tovuz rayon Məhkəməsinin 2(062)-1986/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən, Daşınmaz Əmlakın Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin xx.xx.2017-ci il tarixli RX ******* seriyalı çıxarışı ilə Tovuz rayonu, Bayramlı kəndində yerləşən 0,06 ha olan torpaq sahəsi Tovuz rayon Bayramlı Bələdiyyəsinin mülkiyyətində olmuş, xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi ilə isə Tovuz rayon Bələdiyyəsi tərəfindən Tovuz rayonu, Bayramlı kəndində yerləşən 0,06 ha olan torpaq sahəsini X1 məlum olur. Məhkəmə tərəflərin izahatlarını dinləyib və işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia qanunsuz olduğundan təmin olunmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh 14000 manat, yəni evə çəkdiyi 9000 manat pul və 5000 manat da müalicə xərci barədə iddia qaldırmışdır. Lakin məhkəmə iclasında İddiaçı həmin pul barədə konkret sübut təqdim edə bilməmişdir. İddiaçı da, cavabdeh də öz izahatlarında bildirmişlər ki, İddiaçı evə dair tələb etdiyi xərc başqa bir şəxsin, yəni Rəqsanə Rüstəmovanın gözlənilən mülkiyyətində olan ev üçün çəkilmişdir. Xərc barədə konkret sübut təqdim olunmasa belə, hər iki tərəf evdə cüzi də olsa təmir-tikinti işlərinin aparılmasını təsdiq edir. Lakin cavabdeh nə evin mülkiyyətçisi deyil, nə də ev onun sahibliyində deyil. Belə ki, Tovuz rayon Məhkəməsinin 2(062)- 1986/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 məxsus Tovuz rayonu Bayramlı kəndində yerləşən 0,06 ha torpaq sahəsindən və həmin torpaq sahəsində olan yarımçıq tikilidən cavabdehlər İddiaçı və X3 çıxarılması qət olunmuşdur. Bu da onu deməyə əsas verir ki, şəxs pulu mülkiyyətçidən yaxud sahibdən deyil, başqa birindən tələb edir. Lakin tələb etdiyi iddia ilə bağlı heç bir sübut təqdim edə bilmir. Eyni zamanda iddiaçı xalası Lalənin müalicəsi ilə əlaqədar tələb etdiyi 5000 manat xərci sübut edə bilməmişdir. Bir neçə resept və qəbzlər təqdim etmişdir ki, həmin sənədlərlə iddiaçının cavabdehin bacısına hər hansı xərci sərf etməsi müəyyən olunmur. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MM-nin 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən sübut etmə yükü iddiaçının üzərinə düşür iddiaçı isə iddia ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qanunsuz olduğundan təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı 14000 manat məbləğində pulun və ödənilmiş 140 manat dövlət rüsumunun alınması tələbinə dair iddiası qanunsuz olduğundan təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar