Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3380/2025 26.11.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 5945.48 manat borc pulun və dövlət rüsumu hesabına ödədiyi 80 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh özünün qohumu, yəni qardaşı oğludur. 23 avqust 2022-ci il tarixdə cavabdeh ona kredit müqaviləsi üçün zamin olmağını, pulu isə tezliklə ödəyəcəyini bildirmişdir. 23 avqust 202-ci il tarixdə TuranBank ASC ilə Cavabdeh arasında İK-029303/22 saylı kredit müqaviləsi bağlanmış və cavabdehə 8000 manat pul verilmişdir. Həmin kredit müqaviləsinə kreditin təminatı kimi onunla zaminlik müqaviləsi də bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə olan borc puldan cavabdeh bir neçə ay ödəsə də, sonradan heç bir ödəmə etməmişdir. Belə ki, kredit müqaviləsi üzrə borcun 5945,48 (beş min doqquz yüz qırx beş manat qırx səkkiz qəpik) manat hissəsi tamamilə onun tərəfindən ödənilmişdir. Cavabdehdən dəfələrlə pulunu qaytarmağını tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən yayınır. O, isə məcbur qalıb Tovuz Rayon Məhkəməsinə müraciət etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəmə ərizə ilə mraciət edərək işə onun iştirakı olmadan baxılmaqla iddiasının təmin edilməsini xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəblərini bildirməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdetmişdir. İş materialına əlavə edilmiş sənədlər "xxxx" ASC Tovuz filialının xx.xx.2025-ci il tarixli 309 nömrəli arayışına əsasən borcalan fiziki şəxs Cavabdeh ilə TuranBank ASC Tovuz filialı arasında bağlanmış xx.xx.2022 -ci il tarixli İK-029303/22 - saylı kredit müqaviləsinə əsasən 8000 (səkkiz min) AZN məbləğində kredit verilmişdir.Həmin kreditin təminatı olaraq İddiaçı zamin qismində çıxış etmişdir. Kredit məhkəmənin qətnaməsinə əsasən İddiaçı 5945.48 AZN tutularaq ödənilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 80 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, "xxxx" ASC-nin Tovuz filialı ilə borclu Cavabdeh arasında arasında İK-029303/22 saylı kredit müqaviləsi bağlanmış və cavabdehə 8000 manat pul verilmişdir. "xxxx" ASC-nin Tovuz filialından Cavabdehnın götürdüyü kreditin təminatı kimi İddiaçı ilə zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə görə, kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuş, lakin borclu müqavilənin şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. "xxxx" ASC Tovuz filialının xx.xx.2025-ci il tarixli 309 nömrəli arayışına əsasən borcalan fiziki şəxs Cavabdeh ilə TuranBank ASC Tovuz filialı arasında bağlanmış xx.xx.2022 -ci il tarixli İK-029303/22 - saylı kredit müqaviləsinə əsasən 8000 (səkkiz min) AZN məbləğində kredit verilmişdir.Həmin kreditin təminatı olaraq İddiaçı zamin qismində çıxış etmişdir. Kredit məhkəmənin qətnaməsinə əsasən İddiaçı 5945.48 AZN tutularaq ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Belə olan halda İddiaçı Cavabdeh ödədiyi məbləği geri tələb etməkdə haqlı olmuşdur. Qeyd edilənləri nəzərə alaraq iddia təmin edilməli, Cavabdeh 5945.48 (beş min doqquz yüz qırx beş manat qırx səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 191, 214, 216-220, 233, 357 və 1280-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5945.48 manat (beş min doqquz yüz qırx beş manat qırx səkkiz qəpik) məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 80 (səksən) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №2(062)-3380/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3380/2025
26.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver