Məhkəmə qərarları › İş №2(062)-3400/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3400/2025

19.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3400/2025 19.01.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim İsaqlı Pərvanə Zakir qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Samir Zöhrab oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi: İddia tələbi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2100 manat məbləğində pulun və dövlət hesabına ödənilmiş 41 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, o, şəxsi təsərrüfatla məşğul olur və 0.30 ha xurma bağı var. Cavabdehlə əvvəllər aralarında dostluq münasibətləri olmuşdur. 2024-cü ilin məhsul yığımı vaxtı ona məxsus xurmaları yeşiyi 12 manata cavabdehlə razılaşmışlar. Onun meyvə bağından 613 yeşik xurma yığılmışdır. Aralarında olan razılaşmaya əsasən Cavabdeh ona ümumilikdə 7356 manat pul verməli idi. O, pulu verəcəyi halda meyvələri aparmasına razı olduğunu bildirmişdir. xx.xx.2024-cü ildə o, evdə olmayan vaxt cavabdeh onun oğluna pulu ödəməsi ilə bağlı yalan məlumat verərək xurmaları aparmışdır. O, bununla bağlı polis şöbəsinə də müraciət etmişdir. Cavabdeh bu ərəfədə ona olan borcundan 500 manat, daha sonra 630 manat ödəmişdir. Sonradan yenə ödəniş etmiş, hazırda 2100 manat borcu ödənilməmiş qalmışdır. Cavabdeh qalan borc məbləğini ödəmədiyi üçün o, hazırkı tələblə məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, ərizəsinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlə əvvəlcədən ailəvi münasibətləri olmuşdur, həmişə ona maddi dəstək olmuşdur. Aralarında olan razılaşmaya əsasən xurmanın bir yeşiyini 12 manata satsa da, anasının xahişi ilə ona 2 manat güzəşt etmiş, 10 manata razılaşmışdır. Onun cavabadehə heç bir borcu olmamışdır. Cavabdeh ona yalnız yeşik vermişdir ki, onların da hamısını özünə qaytarmışdır. Cavabdehin ona ümumi borcu 6130 manat olmuşdur. O, borcundan 1130 manat ödəniş etdikdən sonra, ümumi 5000 manat borcu qalmışdır. Cavabdeh ona çatdırması üçün Zöhrab adlı şəxsə 3000 manat vermişdir. Həmin vaxt Zöhrab ona zəng etmiş, o, isə cavabdehin borcu 5000 manat olduğu üçün həmin pulu götürməkdən imtina etmişdir. Zöhrab da pulu cavabdehin özünə qaytarmışdır. Bundan sonra cavabdeh Rusiya Federasiyasına getmiş, qayıdandan sonra qalan puldan 2900 manat ödəniş etmiş, hazırda 2100 manat borcu qalmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh izahat verərək bildirmişdir ki, iddiaçıdan ümumi dəyəri 6130 manat olan 613 ədəd xurma yeşiyi almışdır. Borcundan 500 manat və 630 manat olmaqla, 1130 manat ödəniş etmiş, bundan sonra 5000 manat borcu qalmışdır. İddiaçının özünün ona 2000 manat borcu olduğundan, həmin məbləğdən 2000 manat onun borcuna hesablamışdır. Belə ki, iddiaçıya xurma almaq üçün yeşik və 2500 manat beh pul vermişdir. Lakin Yusif xurmanı yığmamış, yeşikləri geri qaytarmış, ancaq ona verdiyi 2500 manat pulu qaytarmamışdır. Həmin pulun 500 manatını ona güzəşt etmiş, 2000 manat həmin vaxt Yusifin ona borcu qalmışdır. Buna görə də, 5000 manat borcun 2000 manatını iddiaçının həmin borcuna hesablamışdır. Qalan 3000 manat pulun 900 manatını o, 2100 manatını isə Amin adlı şəxs sələm götürərək iddiaçıya geri qaytarmışdır. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan mübahisə mülki xarakter daşıdığından və həmin mübahisədə cinayət hadisəsi olmadığı üçün toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə polis şöbəsində verdiyi izahatında bildirmişdir ki, xx.xx.2024-cü ildə Tovuz rayonu, Köhnəqala kəndində yerləşən Yusifə məxsus xurma bağından 613 yeşik xurma məhsulu yığıb aparmışdır. Bir yeşiyi 10 manata almışdır. Yusifə ümumilikdə 6130 manat pul verməli imiş. xx.xx.2024-cü il tarixdə Yusifə Alakol kəndində 500 manat, xx.xx.2024-cü il tarixdə isə 630 manat pul vermişdir. Yerdə qalan pulun 2500 manatı Yusifin ona olan borcudur. Belə ki, təxminən 3 il əvvəl Yusif ona xurma məhsulu yığılması üçün on min yeşik və 5000 manat pul verməli idi. O, yeşikləri və 2500 manat pulu vermişdir. Pulu Amil adlı şəxsin yanında vermişdir. Yusif vəd etdiyi xurmanı yığmamış, yeşikləri isə geri qaytarmışdır. Bu səbəbdən də ona maddi ziyan vurmuşdur. Həmin vaxtdan Yusifin ona 2500 manat borcu var. Hal-hazırda onun Yusifə 3000 manat borcu vardır. Yusif həmin pulu Tovuz Rayonu, Alakol kəndində yaşayan Zöhrab adlı şəxsə verməyini bildirmişdir. O, xx.xx.2024-cü il tarixdə 3000 manat pulu Zöhrab adlı şəxsə vermişdir. Hal-hazırda onun Yusifə borcu yoxdur. Cavabdeh xx.xx.2024-cü il tarixdə polis şöbəsində verdiyi izahatında bildirmişdir ki, xx.xx.2024-cü ildə Tovuz rayonu, Köhnəqala kəndində yerləşən Yusifə məxsus xurma bağından 613 yeşik xurma məhsulu yığıb aparmışdır. Bir yeşiyi 10 manata almışdır. Yusifə ümumilikdə 6130 manat pul verməli imiş. xx.xx.2024-cü il tarixdə Yusifə Alakol kəndində 500 manat, xx.xx.2024-cü il tarixdə isə 630 manat pul vermişdir. Yerdə qalan pulun 2500 manatı Yusifin ona olan borcudur. Belə ki, təxminən 3 il əvvəl Yusif ona xurma məhsulu yığılması üçün on min yeşik və 5000 manat pul verməli idi. O, yeşikləri və 2500 manat pulu vermişdir. Pulu Amil adlı şəxsin yanında vermişdir. Yusif ona məxsus pulu bügunə kimi qaytarmamışdır. Həmin vaxtdan Yusifin ona 2500 manat borcu vardır. Həmin pulun 500 manatını güzəşt edib, yerdə qalan 2000 manat pulu dəfələrlə tələb etsə də verməmişdir. Buna görə də, Yusifə borclu olduğu 5000 manatdan 2000 manat çıxmış, ona 3000 manat borcu qalmışdır. Qalan 3000 manat pulu Yusifin istəyinə əsasən Tovuz rayonu, Alakol kəndində qəssab işləyən Zöhrab adlı şəxsə vermiş, lakin Yusif 3000 manat pul ilə razılaşmamış və ondan 5000 manat pul istəmişdir. Belə olan halda Zöhraba verdiyi 3000 manat pulu da geri götürmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Maddə 598.4. Əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı ilə cavabdeh X3 arasında şifahi alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı olan İddiaçı 613 ədəd xurma yeşiyini ümumi dəyəri 6130 manata alıcı olan cavabdeh X1. İddiaçı hazırda məhkəməyə müraciət edərək, cavabdehin alqı-satqı müqaviləsi üzrə borcundan 2100 manat pulu ödəmədiyini bildirmişdir. Odur ki, hazırkı tələblə məhkəməyə müarciət etmişdir. Göründüyü kimi, tərəflər arasında xurma alqı-satqısı ilə bağlı şifahi müqavilə bağlanmışdır. Müqavilə üzrə satılmış xurmanının ümumi qiyməti 6130 manat məbləğində olmuşdur. Bu hər iki tərəfin izahatı ilə müəyyən edildiyindən işin mübahisəsiz halıdır. Hazırda iddiaçının mübahisələndirdiyi alınmış malın dəyərindən 2100 manat məbləğin cavabdeh tərəfindən ödənilməməsidir. Cavabdeh əvvəlki məhkəmə iclaslarında verdiyi izahatında bildirmişdir ki, onun iddiaçıya borcu yoxdur. Belə ki, iddiaçıya olan borcundan 500 manat və 630 manat olmaqla, 1130 manat ödəniş etmiş, bundan sonra 5000 manat borcu qalmışdır. İddiaçının özünün ona 2000 manat borcu olduğundan, həmin məbləğdən 2000 manat onun borcuna hesablamışdır. Qalan 3000 manat pulun 900 manatını o, 2100 manatını isə Amin adlı şəxsin sələm götürərək qaytardığını bildirmişdir. Cavabdeh aldığı malın pulunu qaytardığını, bununla bağlı sübutlarını məhkəməyə təqdim edəcəyini bildirsə də, pulun ödənilməsi, eləcə də, iddiaçının özünün ona borcunun olması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Cavabdeh tərəfindən izahatında adını qeyd etdiyi Amin adlı şəxs şahid qismində məhkəməyə dəvət edilməmişdir. Onun həmin şəxsin iddiaçıdan qorxduğu üçün məhkəmədə şahid qismində ifadə verməkdən imtina etməsi ilə bağlı səsləndirdiyi fikri isə məhkəmə tərəfindən səmimi qəbul edilmir. Digər tərəfdən cinayət işinin başlanmasının rədd edilməsinə dair materiallara əlavə edilmiş Amin adlı şəxs verdiyi izahatında Raufun dediklərinin yalan olduğunu, onun yanında Yusifə pul vermədiyini qeyd etmişdir. Zöhrab adlı şəxs isə izahatında 3000 manat pulu Raufun özünə geri qaytardığını bildirmişdir. Həmçinin materiallara əlavə edilmiş cavabdehin özünün polis idarəsində verdiyi xx.xx.2024-cü il tarixli izahatında qalan 3000 manat pulu Zöhrab adlı şəxsə verdiyini, xx.xx.2024-cü il tarixli izahatında isə Zöhrab adlı şəxsin pulu götürmədiyini özünə geri qaytardığını bildirmişdir. Məhkəmə iclaslarında isə cavabdeh qalan pulun sələm götürülərək iddiaçıya qaytarıldığını bildirmişdir. Göründüyü kimi, polis idarəsində verilmiş ifadələrlə də, cavabdehin qalan pulu ödəməsi müəyyən edilmir, cavabdehin özünü pulun ödənilməsi ilə bağlı verdiyi ifadələri isə hər dəfə fərqli şəkildə olmuşdur. Cavabdeh etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Borcun verilməsi yalnız özünün mülahizələrinə söykənmişdir. Bu zaman isə cavabdeh verdiyi izahatında dürüst olmamışdır. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının dəlilləri əsaslı olduğundan iddia tələbi təmin edilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, müqavilə üzrə ödənilməmiş məbləğ cavabdehdən alınmaqla yanaşı eyni zamanda, iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödədiyi 41 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia təmin edilməli, Cavabdeh 2100 (iki min yüz) manat pul və ödənilmiş 41 (qırx bir) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2100 (iki min yüz) manat məbləğində pul və ödənilmiş 41 (qırx bir) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verdiliyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə İsaqlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar