Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3446/2025 21.01.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məsimov Fərid Eldar oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 manat pulun və 50 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Ağcəbədi şəhərində yaşayır. Cavabdeh bir insan kimi hörməti olmuşdur. Cavabdeh vacib lazım olduğu üçün ondan 3000 manat borc pul istəmişdir. O, ona inanıb həmin məbləğdə pulu ona borc olaraq vermişdir. Cavabdeh ondan pul alması ilə bağlı qəbz yazıb vermiş və həmin pulu 2 ay müddətə qaytaracağına söz vermiş, lakin Cavabdeh razılaşmaya əməl etməmişdir. Pulu vaxtında qaytarmadığı üçün Cavabdeh verdiyi borc pulu istəsə də, o sonra verəcəyini bildirmişdir. Onunla əlaqə saxlamaq istədikdə Cavabdeh onunla danışmaq istəməmişdir. O, Cavabdeh xəbərdarlıq etmişdir ki, pulu verməsə onu məhkəməyə verəcək. O, pulunu ala bilmədiyindən məcbur olub hazıkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı, iddia tələbini müdafiə edərək bildirdi ki, o, cavabdehi N nömrəli hərbi hissədən tanıyır. O, dönərxana işlədirdi. Cavabdehə 3000 manat pul vermişdir. 2022-ci ildə maşında ona pulu verib qəbzə qol çəkdirmişdir. O, həmin pulu 2 aya qaytaracağını bildirmişdir. Pulu verəndə anası Adilə də yanında olmuşdur.Sonda o, iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, iddiaçı yalan danışır, nə o onu nədə qardaşını tanımır. X1 anasından pul almışdır. Muxtar məhkəmə zalında elə zənn etdi ki, məhkəmədə iştirak edən şəxs Elvinin özüdür. Çünki o Elvinin üzünü belə görməmişdir. 1400 manat qalıq borcu vardır onu da ödəməyə razıdır.Onun qardaşı ilə Muxtarın anası arasında olan telefon danışığından da müəyyən edilir ki, onun Muxtargilə 1400 manat borcu qalmışdır. Məhkəmə, tərəfləri dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (maddə 739). Hazırkı iş üzrə iddiaçı cavabdehə verdiyi 3000 manat pulun cavabdehdən tutulması xahiş etmişdir. Cavabdeh isə etirazının əsası kimi telefon danışığına istinad edir və sübut edir ki, onun bu öhdəlik üzrə 1400 manat borcu qalmışdır. Məhkəmə iclasında səs yazısı tədqiq edilmiş və həqiqətən də müəyyən edilmişdir ki, iddiaçının anası Elvinin ona 1400 manat borcunun qaldığını etiraf etmişdir. Bu səsin və bu danışğın həqiqətən də iddiaçının anasına məxsus olmasını müəyyən etmək üçün məhkəmə iclas zalında telefonun ucadan səs oxuducu funksiyası vasitəsilə iddiaçının anası Adilə ilə telefon danışığı aparılmışdır. O oğlunun yolda olduğunu, bir azdan məhkəmə iclasına gəlib çatacağını qeyd etmiş və hakimin səs yazısında Elvinin Muxtara 1400 manat borcu qaldığını bildirməsi ilə bağlı məsələyə münasibət bildirilməsi təklif ediləndə o göstərmişdir ki, “o çox söz deyə bilər.onun mənə də borcu var.Zamanı gələcək mən də onu məhkəməyə verəcəm.Muxtar indi məhkəməyə gəlib hər şeyi danışacaq.Mən ona 1400 manat borc verəndə nəyə imza etdirdiyimi mən özüm bilərəm.” Məhkəmə iclasında iştirtak edən cavabdehin nümayəndəsi bildiridi ki, iddiaçı məhkəmə iclasına gecikir. Əgər o məhkəmə zalına daxil olarsa Muxtar onu tanımayacaq. Elə zənn edəcək ki, o Elvinin özüdür. Həqiqətən də iddiaçının məhkəmə iclasında iştirakının təmin edilməsi baxımından fasilə edlan edilmiş, iddiaçı məhkəməyə gəldikdən sonra məhkəmə iclası davam etdirilmişdir. Məhkəmə iclas zalına daxil olan Muxtar Elvinin qardaşı, həm də nümayəndəsi Nurlanı Elvinin özü zənn etmiş və üzünü Nurlana tutaraq ”Elvin məni tanımırsan?” sualını vermişdir. Məhkəmə qeyd edir ki, bu davranışın özündən də sezilirki, iddiaçı verdiyi izahatlarında səmimi olmamaqla vicdanlılığın tələb etdiyi tərzdə mülki hüquq münasibətinə daxil olmamışdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Məhkəmə hesab edir ki, tərəflərin rəftarından, o cümlədən məhkəmə iclasında tərəfləri şübhə doğurmayan səs yazılarından müəyyən edilir ki, həqiqətən də cavabdehin 1400 manat məbləğində iddiaçı qarşısında icra edilməmiş öhdəliyi qalmışdır. İddiaçı onun anası ilə danışıqdakı öhdəliyin əslində başqa öhdəlik olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edə bilməmiş, əksinə Elvinin uzun müddətdir tanıdığı biri olmasını qeyd etsə də, məhkəmə iclasında Elvinin qardaşı Nuralı Elvinin özü zənn etmişdir. Halbuki Elvinin və qardaşı Nurlanın şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Elvin 1 metr 84 sm boya, qardaşı Nurlan isə 1 metr 67 sm boya malik olmaqla istər zahiri görünüş cəhətdən, istərsə də boyları baxımından kəskin fərqlənirlər ki, onları ayırd etməmək ağlabatan mühakimə əsasında mümkün deyildir. Mülki Məcəllənin 529.2-ci maddəsinə əsasən öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1400(min dörd yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34 (otuz dörd) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-3446/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3446/2025
21.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver