Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3449/2025 05.01.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 6000 (altı min) manat, dəymiş maddi zərər hesabına 1800 (bir min səkkiz yüz) manat və dövlət rüsumu hesabına ödədiyi 98 (doxsan səkkiz) manat cəmi 7898 (yeddi min səkkiz yüz doxsan səkkiz) manatın alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X2 onun ilə həmkəndlisidir. Cavabdeh X1 Gömrük Xidmətinin əməkdaşıdır. Ona mobil telefonların ölkə sərhəddindən keçirilməsində və həmin telefonların qeydiyyat rüsumlarında kömək göstərə biləcəyini və bunun müqavilində əvvəlcədən 6000 (altı min) manat pul ödəməli olduğunu bildirmişdir. O telefon alqı-satqısı ilə məşğul olan tanışlardan maraqlananda onlar rüsumda güzəşt olunarsa yaxşı qazanc əldə edə biləcəyini bildirmişlər. Ona görə də o, 2023-cü ilin dekabr ayında Tovuz rayonu Cəlilli kəndində 6000 (altı min) manat pulu Cavabdeh vermişdir. Lakin təxminən 1 həftə sonra Qalib söz verdiyi işin alınmadığını bildirmişdir. Həmin vaxtdan bu günədək o, Cavabdeh pulunu tələb etsə də müxtəlif bəhanələr və vədlər verərək onun pulunu qaytarmaqdan boyun qaçırmışdır. Ona görə də hesab edir ki, Cavabdeh ondan aldığı 6000 (altı min) manatı könüllü olaraq qaytarmadığına görə, həmin pulun ondan alınması məhkəmə qətnaməsi əsasında mümkündür. Eyni zamanda Cavabdeh ondan aldığı pulu vaxtında ödəmədiyinə görə ona maddi ziyan dəymişdir. Ona görə də hesab edir ki, Cavabdeh ona dəymiş zərərin əvəzi olaraq iddia tələbinin 30%-i miqdarında 1800 (bir min səkkiz yüz) manat məbləğində əlavə vəsait ödəməlidir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsində göstərilənləri bir daha təsdiqləmiş, iddia tələbini müdafiə edib, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh X2 məhkəmə baxış iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin hazırlıq iclasında cavabdeh X2 bildirmişdir ki, tələb olunan 6000 manat pulu iddiaçıdan iddia ərizəsində göstərilən adla deyil, borc olaraq səİəmə almışdır. Həmin məbləğin 100 manatını qaytarsa da qalan hissəsi qalmışdır. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Tovuz Rayon Prokuroluğunda İddiaçı eyni məzmunlu müraciəti əsasında aparılmış araşdırma üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 25 may 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, İddiaçı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək izah edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, araşdırma zamanı X2 tələb olunan 6000 manat pulu iddiaçıdan iddia ərizəsində göstərilən adla deyil, borc olaraq səİəmə aldığını, həmin məbləğin 100 manatını qaytarsa da qalan hissəsi qaldığını bildirmişdir. İddiaçı tərəfindən məhkəməyə cavabdehlə oxşar məzmunda danışığının əks olunduğu mesaj mətnləri olan fotoşəkillər, səsli mesajların olduğu disk təqdim edilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli bank qəbzinə əsasən İddiaçı 98 manat məbləğdə dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerlazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməli Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məkəmənin mövqeyi Cavabdehin iddiaçıdan 6000 manat məbləğdə pul alması işin mübahisəsiz halıdır. İddiaçı həmin məbləği cavabdehə xaricdən aldığı mobil telefonların ölkə ərazisinə aşağı gömrük xərcləri ilə daxil edilməsini təşkil etməsi üçün verdiyini, lakin cavabdehin bununla bağlı öhdəliyini icra etmədiyini və həmin məbləği qaytarmadığını bildirmişdir. Bunu təsdiq etmək üçün məhkəməyə Tovuz Rayon Prokurorluğunda faktla bağlı araşdırmanın nəticəsi üzrə qərarı, səs yazıları və mesaj mətnlərini təqdim etmişdir. Cavabdeh isə 6000 manat məbləğdə pul vəsaitini iddiaçıdan göstərilən məqsədlə deyil borc kimi əlavə faiz ödəmək şərtilə aldığını və 1200 manatını qaytardığını bildirərək iddia tələbinə etiraz etsə də MPM-nin 77.1-ci maddəsinə əsasən öz tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan təqdirdə məhkəmə cavabdehin iddiaçıdan 6000 manat məbləğdə vəsaiti mobil telefonların ölkə ərazisinə aşağı gömrük xərcləri ilə daxil edilməsini təşkil etməsi üçün aldığını və həmin məbləğin cavabdehdə olmasını təsdiq olunmuş hesab edir. Göründüyü kimi tərəflər arasında Mülki Məcəllənin 777-ci maddəsində göstərilmiş şifahi formada bağlanan tapşırıq müqaviləsindən irəli gələn hüquq münasibəti mövcuddur. Cavabdeh xaricdən gətirilən mobil telefonların ölkə ərazisinə aşağı gömrük xərcləri ilə daxil edilməsini təşkil etməyi öhdəsinə götürmüş, bunun müqabilində iddiaçıdan 6000 manat vəsait almışdır. Lakin cavabdeh öhdəliyini icra etməyərək müqaviləni pozmuşdur. Buna görə də iddiaçı cavabdehə verdiyi 6000 manat məbləği tələb etməkdə haqlıdır. İddiaçı əlavə olaraq ona vurulmuş maddi zərərə görə 1800 manat tələb etsə də həmin tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə iddianı həmin hissədə əsaslı hesab etmir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 98 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilmiş tələbin məbləğinə münasib olan hissəsi, yəni 80 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 6000 manat və dövlət rüsumunun ödənilmiş tələbin məbləğinə münasib olan hissəsi, yəni 80 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 191, 214, 216-220, 233, 357 və 1280-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6000 (altı min) manat və dövlət rüsumunun ödənilmiş tələbin məbləğinə münasib olan hissəsi, yəni 80 (səksən) manat məbləğdə pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №2(062)-3449/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3449/2025
05.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver