Məhkəmə qərarları › İş №2(062)-345/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-345/2025

12.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-345/2025 12.03.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «qeyri-yaşayış sahəsindən çıxarılma» tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «qeyri-yaşayış sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-yə məxsus ünvan 1 5 (köhnə R. Məmmədov) küçəsi ünvanında yerləşən qeyri-yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması, həmin qeyri-yaşayış sahələrinin iddiaçıya təhvil verilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında (köhnə R. Məmmədov küçəsi) yerləşən qeyri-yaşayış sahəsi iddiaçı "Tovuz Məişət” ASCnin mülkiyyətindədir (daşınmaz əmlak reyestr nömrəsi **********14-12301, qeydiyyat nömrəsi **********). Həmin qeyri-yaşayış sahəsini Cavabdeh qeyri-qanuni zəbt etmişdir. Beş ilə yaxındır ki, ASC-nin rəhbərliyi dəyişmiş və hazırda onun rəhbəri X3r. Bu müddət ərzində, cavabdeh həmin ASC-yə məxsus qeyri-yaşayış sahəsində təhlükəli şəraitdə işləyir və çıxmaqdan imtina edərək ASC-yə qanuni hüquqlarını həyata keçirməyə maneə törədir. Dəfələrlə həmin vətəndaşın çıxması tələb edilsə də çıxmaqdan imtina edir. Həmçinin həmin qeyri-yaşayış sahəsində təmir-bərpa işləri aparılmalıdır, lakin həmin vətəndaş müxtəlif maneə törədir, ASC-yə məxsus qeyri-yaşayış sahəsinə daxil olmağa və təmir işlərinin aparılmasına qəsdən imkan vermir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni təmsilçisi X5 iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş, iddiasının təmin edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, cavabdehin həyat yoldaşı X4 ASC-də səhmdar kimi səhmə sahib olsa da mülkiyyət hüququna malik deyildir. Cavabdehlə ASC arasında bağlanmış icarə müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə başa çatmış, yeni icarə müqaviləsi bağlanmamışdır. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, müharibə veteranıdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. Sözügedən obyektdə 1997-ci ildən çalışır və maqnitofon təmiri ilə məşğul olur. Həmin bina əvvəl dövlət müəssisəsinə aid olmuş, sonradan iddiaçı tərəfindən özəlləşdirilmişdir. Həyat yoldaşı X4 "xxxx" ASC-də səhmdardır. Həmçinin "xxxx" ASC ilə aralarında icarə müqaviləsi olmuş, həmin müqaviləyə əsasən çalışdığı obyektə hər ay icarə haqqı ödəmişdir. İddiaçı ona məxsus səhmin dəyərinin 100 manat olduğunu deyib əsassız olaraq ondan obyektdən çıxmağı tələb edir. Hesab edir ki, müəssisənin iddiaçının mülkiyyətinə verilməsi səhmdarların və icarəçilərin hüquqlarını pozmuşdur. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış sənədinə əsasən Tovuz şəhəri R. Məmmədov küçəsi ünvanında yerləşən sahəsinin ölçüsü 272.6 m2 olan reyestr nömrəsi **********14-12301 olan əmlak kompleksi kimi müəssisə "xxxx" ASC adına rəsmiləşdirilmiş, hüquq sahibi kimi "xxxx" ASC, mülkiyyət növü – xüsusi göstərilmişdir. Daşınmaz əmlak dövlət reyestrində 1 nömrəli reyestr kitabının 193 nömrəli vərəqində qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsindən verilmiş texniki pasporta əsasən reyestr nömrəsi **********14-12301 olan əmlak kompleksinin (adı: qeyri-yaşayış binası (2 saylı Məişət evi)) (ünvan: ünvan 4entar nömrəsi: 503-1/3640) hüquq subyekti "xxxx" ASC göstərilmişdir. 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışa əsasən "xxxx" ASC xx.xx.1997-ci il tarixdə açıq səhmdar cəmiyyəti kimi qeydiyyata alınmış, VÖEN **********, hüquqi ünvanı Tovuz şəhəri R. Məmmədov küçəsi ev 14, qanuni təmsilçisi X5 göstərilmişdir. Tovuz rayonu Əhaliyə Məişət Xidməti İstehsalat Birliyindən verilmiş xx.xx.1997-ci il tarixli qəbzə əsasən X4 "xxxx" ASC-də qapalı abunə yazılışında iştirak etmək üçün verilən sifarişi qəbul edilmişdir. Azərbaycan Respublikası Milli Depozit Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “qiymətli kağız mülkiyyətçilərinin reyestri” sənədinə əsasən emitent "xxxx" ASC nominal dəyəri 2 AZN, ümumi miqdarı 55222 olan qiymətli kağız - səhm buraxmışdır. Səhmdarların siyahısının 70-ci qrafasında X4 qiymətli kağız mülkiyyətçisi, qiymətli kağızların ümumi miqdarı “58”, faiz nisbəti 0,1050% göstərilmişdir. xx.xx.1997-ci il tarixli 442480 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən Cavabdeh və X4 arasında nikah xx.xx.1997-ci il tarixdə 7 nömrəli akt qeyd ilə qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli “şəxsi əmlakın (qeyri-yaşayış sahəsinin) icarə müqaviləsinə əsasən "xxxx" ASC-yə məxsus Tovuz şəhəri R. Məmmədov küçəsindəki binanın 12 m2 hissəsi 1 il müddətinə (xx.xx.2023-cü il tarixədək) Cavabdeh icarəyə verilmişdir. xx.xx.2024-cü il tarixli “şəxsi əmlakın (qeyri-yaşayış sahəsinin) icarə müqaviləsinə əsasən "xxxx" ASC-yə məxsus Tovuz şəhəri R. Məmmədov küçəsindəki binanın 12 m2 hissəsi 1 il müddətinə (xx.xx.2024-cü il tarixədək) Cavabdeh icarəyə verilmişdir. "xxxx" ASC-yə aid xx.xx.2018, xx.xx.2019, xx.xx.2020, xx.xx.2021-ci il tarixli “kassa mədaxil orderinin qəbzləri”nin surətlərinə əsasən aylıq 20 manat, xx.xx.2023, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixli kassa mədaxil orderinin qəbzlərinin surətlərinə əsasən aylıq 30 manat Cavabdeh tərəfindən icarə pulu kimi ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 689. Kirayə müddəti 689.1. Kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. Maddə 697. Kirayə hüquq münasibətlərinə xitam verilməsinin nəticələri 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat... Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixli “şəxsi əmlakın (qeyri-yaşayış sahəsinin) icarə müqaviləsi”nə əsasən "xxxx" ASC-yə məxsus Tovuz şəhəri R. Məmmədov küçəsindəki binanın 12 m2 hissəsi 1 il müddətinə (xx.xx.2024cü il tarixədək) Cavabdeh icarəyə verilmişdir. Yəni tərəflər arasında icarə müqaviləsindən irəli gələn hüquq münasibətləri mövcuddur. Buna görə də mülki mübahisənin həll edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin icarə hüquq münasibətlərini tənzimləyən normaları tətbiq edilməlidir. Göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin müddəti hazırda bitmiş, tərəflər arasında yeni icarə müqaviləsi bağlanmamış və bu səbəbdən icarə müqaviləsi üzrə hüquq münasibətlərinə xitam verilmişdir. Buna görə də Mülki Məcəllənin 697.1-ci maddəsinə əsasən icarəçi Cavabdeh icarəyə götürdüyü əmlakı icarəyə verən "xxxx" ASC-yə qaytarmağa borcludur. Cavabdehin həyat yoldaşı X1 "xxxx" ASC-yə məxsus əmlakda səhmdar olmasından irəli gələn mülkiyyət hüququna istinad edərək obyektdən çıxarılma tələbinin əsassız olması ilə bağlı mövqeyinə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1077.1-ci maddəsinə əsasən səhm mülkiyyətçisinin həmin səhmin nominal dəyərinə mütənasib surətdə səhmi buraxmış səhmdar cəmiyyətinin nizamnamə kapitalında iştirakını, mənfəətindən dividendlər, ləğvindən sonra isə qalan əmlakının hissəsini almaq hüququnu, həmçinin səhmdar cəmiyyətinin idarə olunmasında iştirak etmək hüququnu təsdiqləyən investisiya qiymətli kağızıdır. Səhmdar cəmiyyətinin səhmdarlarının hüquqları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1-ci maddəsində göstərilmişdir. Qeyd olunan mülki hüquq normalarında səhmdarların hüquqi şəxsin əmlakına mülkiyyət hüququ və ya müstəsna istifadə hüququ nəzərdə tutulmamışdır. Bu baxımdan cavabdehin həmin hala istinad edərək "xxxx" ASC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadə etməsi üçün heç bir hüquqi əsas mövcud deyildir. Məhkəmənin gəldiyi nəticə Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, Cavabdeh "xxxx" ASC-yə məxsus ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmalı və həmin qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilməlidir. Həmçinin, ödənilmiş 100 manat dəyərində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-yə məxsus ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılsın və həmin qeyri-yaşayış sahəsi "xxxx" ASC-yə təhvil verilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar