Məhkəmə qərarları › İş №2(062)-349/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-349/2024

12.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-349/2024 12.02.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi , İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10000 ABŞ dollarının alınaraq öna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Cavabdeh ilə hər zaman yaxşı münasibətləri olmuşdur. Belə ki, cavabdeh onun qardaşının qızının əri olmuşdur. Ona görə də yaxın münasibətləri olmuşdur. Cavabdeh 2019-cu ilin aprel ayının 28 ona zəng edərək başqa şəxsə borcunun olduğunu bildirmiş, borcunu verməyəcəyi təqdirdə arvad və uşağının həmin şəxs tərəfindən girov götürüləcəyini bildirmişdir. Bu səbəblə də ondan 10000 ABŞ dolları istəmişdir. O, onun dediklərinə inanmış, qardaşı qızı X2, Nümayəndə yanında 2019-cu ilin aprel ayının 28-i onun yaşadığı evə gələrək onlardan pulu aparmışdır. O, ona pulu o şərtlə vermiş ki, o həmin 10000 ABŞ dollarını 3 gün müddətinə geri qaytaracaqdı. Çunki həmin pul onların öz ehtiyacları üçün lazımdı. Cavabdeh ilə razılaşmış, 3 günə geri qaytarmaq şərti ilə pulu ona vermişdir. Cavabdeh həmin pulu ondan aldadaraq almışdır. Hazırda isə ona vəd etdiyi müddətdən xeyli vaxt keçmişdir. Həmin aldığı pulu ödəməmişdir. Hesab edir ki, verdiyi pulu ona geri vermək fikrində deyildir. Ona görə də, Cavabdeh 10000 ABŞ dollarını alınaraq öna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək bidirdi ki, gəlini xəstə olduğundan müalicə üçün Moskva şəhərində yaşayırdılar. Cavabdehin arvadı onun qaynının qızıdı. Münasibətləri yaxşı olmuşdur. Bir gün gecə saatlarında qaynının qızı zəng vuraraq dedi ki, uşaqları oğurlayılar, onlara pul lazımdı. Onlar da bildirdilər ki, gəlinin müalicə pulunu 3 gün müddətinə borc şəklində verə bilərlər. Sonrdan onlara məlum olmuşdur ki, cavabdeh onu aldadır. Cavabdehin yoldaşı X1 bildirdi ki, ərinin dedikləri yalandır. Ona görə də, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ilə telefon vasitəsi ilə əlaqə saxlanılmış, o telefon danışığı zamanı etiragf etmişdir ki, həqiqətən də o 2019-cu ildə yoldaşı ilə birlikdə 10000 ABŞ dolları pulu iddiaçıdan almışdır. İddiaçıya ayda 500 dollar verməklə öhdəliyi icra edəcək. Ona görə də nəzərə alınmasını xahiş etmişdir. Şahid qismində dindirilən X3 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o cavabdehin arvadıdır. Yoldaşı evə gələrək bildirdi ki, pul lazımdır. Əgər pul çatmasa onun uşağını oğurlayacaqlar. O da məcburiyyət qarşısında əmisindən pul istədi. Sonradan ona məlum oldu ki, əri yalan danışaraq pul əldə etmək istəyir. Əri onun yanında əmisindən 10.000 ABŞ dolları pul götürmüşdür.Pulu götürəndən 4-5 gün sonra ona məlum olmuşdur ki, əli yalan danışır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı 10000 ABŞ dolları pul almışdır. İş materiaalrında olan audio səs yazısından görünür ki, cavabheh Cavabdeh İddiaçı olan borcunu etiraf edir və borcun qaytaracağını bildirmişdir. Göründüyü kimi Cavabdeh İddiaçı cəmi 10000 ABŞ dolları borc pul almış, borcunu qaytarmamış və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış borc müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddiaçıya qeyri-yaşayış binasını satılması cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə tələbin etiraf edilməsini qəbul edir və tələbin mübahisəsiz tələb kimi təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 141 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 10000 ABŞ dolları manat borc və 141 manat dövlət rüsumu pul alınaraq İddiaçı verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh 10000 ABŞ dolları manat pul ödəniş gününün Azərbaycan manatına məzənnəsinə uyğun olaraq hesablanmaqla və 141 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar