Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3538/2025 16.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məsimov Fərid Eldar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Nurəddin oğlunun Cavabdeh qarşı “beh müqaviləsinə xitam verilməsi və qeyri-yaşayış binasının əvvəlki vəziyyətinə bərpa olunması üçün çəkiləcək xərclərin ödənilməsi” barədə ilk, Cavabdeh İddiaçı Nurəddin oğluna qarşı “beh kimi verdiyi 16000 manat pulun indeksasiya edilməklə 3 il üçün 2400 manat, cəmi 18.400 manat pulun, həmçinin obyektin bir neçə metrliyindən keçən yüksək gərginlikli elektrik xəttinə və əlavə çəkilən 10.000 manat xərcin, cəmi 28.400 manat pulun alınması” barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Nurəddin oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Nurəddin oğlu ilə Cavabdeh arasında bağlanmış beh müqaviləsinə xitam verilməsinə Tovuz Rayonu Qovlar şəhərində, Şəhriyar küçəsində İstirahət parkına bitişik 25 kv.m mətbəxt, 36kv.m xidmət otaqlarından ibarət "Fəhlə Yeməkxanasının" əvvəlki vəziyyətinə bərpa olunması üçün çəkiləcək 13000 manat xərcin və əldən çıxmış 3000 manat faydanın cavabdehdən alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, M.B. Qasımov adına Üzüm İstehsalı və Emalı müəssisəsinin X9 komissiyasının 20 aprel 1999-cu il tarixli qərarı ilə islahatın balansında olan Tovuz Rayonu Qovlar şəhərində, Şəhriyar küçəsində İstirahət parkına bitişik 25 kv.m mətbəxt, 36kv.m xidmət otaqlarından ibarət Fəhlə X1 verilmiş, o da ona vermişdir. Həmin qeyri-yaşayış binası istismara hazır vəziyyətdə ona təhvil verilmiş və o 1999-cu ildən 2024-cü ilin iyul ayına kimi həmin binadan təyinatına görə istifadə etmişdir. Binanın ümümi sahəsi 61.97 kv.m-dir. M.B. Qasımov adına Üzüm İstehsalı və Emalı müəssəsinin X11 komisiyasının 20 aprel 1999-cu il tarixli qərarı qaniniqüvvəsindədir və həmin inzibati akt mənə elan edilən gündən qüvvəsindədir. Həmin binanın texniki göstəriciləri tərtib olunmuşdur və binanın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üşün müraciət etmişdir. Qeyri yaşayış binası üzərində istifadə və sahiblik hüququ qeyd etdiyi inzibati akt əsasında yaranmışdır. Sərəncam hüququnun yaranması üçün müvafiq orqana müraciət olunub. Hazırkı vəziyyətdə həmin bina dövlət reyestrində qeydiyyata alınmasa da onun gözlənilən mülkiyyətidir. Cavabdeh ilə aralarında Tovuz Rayonu Qovlar şəhərində, Şəhriyar küçəsində İstirahət parkına bitişik 25 kv.m mətbəxt, 36kv.m xidmət otaqlarından ibarət Fəhlə Yeməkxanasının alqı-satqısı ilə bağlı qarşılıqlı razılaşmaları olmuşdur. Razılşmaya əsasən Vaqif həmin qeyri yaşayış binasının hər kv.m-nə 1000 manat vermək şərti ilə ondan almalı idi. Bundan başqa həmin binanın sənədləşmə xərclərini Vaqif öz üzərinə götürmüşdür. O, vəd etmişdir ki, 4 ay ərzində binanın çıxarışını alacaq və aralarında notarial qaydada alqı-satqı müqaviləsi bağlayacaq. Cavabdeh verdiyi təkliflə razılaşmış. Cavabdeh ona beh kimi 10000 manat pul vermişdir. Onlar aralarında xx.xx.2023- cü il tarixdə yazılı akt bağlamışlar. Həmin aktda qeyd olunmuşdur ki, Vaqif ona 10000 manat pul veririb. O 10000 manat pulu almişdır. Tərtib etdikləri sənədə akt adı qeyd edilsə də, mahiyyəti üzrə yazılı müqavilədir. Belə ki, həmin yazılı sənəddə tərəflərin müqavilə ödəliyi, hüquq və vəzifələri aşkar surətdə qeyd edilmişdir. Bundan başqa tərəflər arasında hüquq münasibətləri ya müqavilədə, yada da ǝqdlərdə qeyd edilir. Tərəflərin hüquq və vəzifələrini müəyyən edən akt adlı sənəd MMC-də nəzərdə tutlmamışdır. Ona görə həmin sənəd mahiyyəti üzrə müqavilə hesab olunur. Müqavilənin digər şərtinə əsasən qalan 38000 manat pulu Vaqif sənədləşməni başa çatdırdıqdan sonra verəcək. Sənədləşməni Vaqif 4 ay müddətində başa çatdırmağı öhdəsinə götürmüşdür. Cavabdeh 2024-cü ilin fevralın sonuna kimi sənədləşməni aparmadı. Müqvilənin 2 vǝ 3-cü bəndləri tam müqavilə öhdəliyidir və müqaviləyə əsasən müqaviləni kim tərəfindən pozularsa onun məsuliyyəti açıq aydın şəkildə həmin tərəfin üzərində düşdüyü qeyd olunur. Göründüyü kimi, verilən məbləğ behdir və aralarında olan yazılı razılaşma da beh müqaviləsidir. Beh nüqaviləsinin şərtinə əsasən cavabdeh binanı sənədləşdirməli, sonra onunla alqı-satqı müqaviləsi bağlamlı və qalan 38000 manat pul ona verilməli idi. Cavabdeh müqavilənin şərtlərini pozmuş və üzərinə götürdüyü öhdəliyin şərtlərini yerinə yetirməmişdir. Ona verilən beh gələcəkdə bağlanan alqı-satqı müqaviləsinin təminatı kimi nəzərdə tutlmuşdur. Cavabdeh nə binanı sənədləşdirmiş, nə də qalan 38000 manat pulu vermişdir .Bu səbəbdən dǝ, onların alqı-satqı müqaviləsi baş tutmamışdır. Belə olan halda beh müqviləsində nəzərdə tutulan 10000 manat pul cavadehǝ qaytarılmır. 2024-cü ilin iyul ayında mübahisə olunan qeyri-yaşayiş binasının dam örtüyünü və 7m 10 sm uzunluğunda olan binanın bir hissəsini vǝ mətbəxi Vaqif sökdürmüşdür. Yeməkxana binası tam yararsız vəziyyətdədir. Vaqif nə binanı sənədləşdirmir, nə pulu tam vermir, nə də binanı əvvəlki vəziyyətə qaytarmır. Binanın konstruksiyası dağıldığından DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi rəsmi olaraq ona bildirmişdir ki, bina əvvəlki vəziyyətə qayıtdıqdan sonra binaya çıxarış verilə bilər. Vaqiflə dəfələrlə aralarında söhbət olsa da, əvvəlki razılaşmanın icra olunması mümkün deyil. Ondan razılaşmanın icra olunmasını tələb etsə də, Vaqif həmin binanın üzərindən keçən 10 minlik elekrtik naqilinin dəyişdirilməsi üçün xeyli xərc çəkdiyini və hətta ondan 26000 manat pul tələb edir və gələcəkdə həmin binanın üzərinə həbs qoyduraçağını bildirir. Binanın əvvəlki vəziyyətinə qaytarılması üçün xeyli xərc tələb olunur və onun yeməkxana binasını yeməkxana kimi işlətdiyi hər gün üçün 40-50 manat qazancı olub. Qeyri-yaşayış binasını cavabdeh qanunsuz olaraq sökdürdüyündən bina yarasız vəziyyətə düşmüş və yeməkxana binası kimi istifadə olunması qeyri-mümkün olmuşdur. Hesab edir ki, binanın əvvəlki vəziyyətinə qaytarılması üçün 13000 manat xərc lazımdır və binanı da cavadeh qanunsuz olaraq sökdürdüyündən və beh müqaviləsinin şərtləri Vaqif tərəfindən pozulduğundan 13000 manat pul və gündəlik qazanacağı 40-50 manat pul cavadehdən alınıb ona verilməlidir. Cavabdeh İddiaçı Nurəddin oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı beh kimi verdiyi 16.000 manat pulun indeksasiya edilməklə 3 il üçün 2.400 manat, cəmi 18.400 manat pulun, həmçinin obyektin bir neçə metrliyindən keçən yüksək gərginlikli elektrik xəttinə və əlavə çəkilən 10.000 manat xərcin, cəmi 28.400 manat pulun və 162 manat rüsumun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı 2024-cü ilin sentyabr ayında "Beh müqaviləsinə xitam verilməsi və qeyri-yaşayış binasının əvvəlki vəziyyətinə bərpa olunması üçün çəkiləcək 13.000 manat xərclərin ödənilməsi, 3.000 manat əldən çıxmış gəlirin, cəmi 16.000 manatın ondan alınaraq ona verilməsi" tələbinə dair Tovuz rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və icraata qəbul edilmişdir. Məhkəmənin gedişində İddiaçı özü etiraf etmişdir ki, o ona 16.000 manat vermiş, məhkəmənin hüzurunda AKT-a əsasən müqaviləni pozduğunu, ona 26.000 manat qaytaracağını bildirmişdir. Məhkəmə davam etdiyi dövrdə o, Qəzənfər pulu qaytaracağını gözləmiş, amma o, bu etirafdan bir müddət sonra məqsədli şəkildə, bilərəkdən iddiasını geri götürmüşdür. Bu iddiasını da məqsədli şəkildə bilərəkdən geri götürmüşdür. Məqsəd vaxt uzatmaq, bu vaxt ərzində "obyekti" başqa birinə satmaqdır. Hal-hazırda təkrarən 3-cü dəfə eyni iddia verməklə gözdən pərdə asmaq istəyirlər. O, məlumat almışdır ki, Qovlar şəhər sakini İddiaçı Qovlar şəhərinin mərkəzində Şəhriyar küçəsində yerləşən özünə məxsus "yeməkxananı" satır. Almaq məqsədi ilə o, bir neçə dəfə İddiaçı ilə görüşüb söhbət etmişdir. 3-cü görüşdən sonra o, bildirdi ki, mənim qeyri yaşayış binası olan yeməkxananın qanuni sənədi, yəni Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarışı yoxdur. Qəzənfər ona M.B.Qasımov adına Üİ və EM-nin X9 Komisiyyasının 18 aprel 1999-cu il tarixli 05 saylı protokolunu və aktını təqdim etmişdir. Həmin protokolda qeyd olunur ki, "Şəhriyar küçəsində Qovlar istirahət parkına bitişik 25 kv.m mətbəx və 36 kv.m xidmət otağı, cəmi 61 kv.m fəhlə yeməkxanası İddiaçı satılsın". Qəzənfər ona təqdim olunan sənədlərə, binanın sxemini əlavə etmədi, bilərəkdən, məqsədli şəkildə hansı səbəbdənsə gizlətdi. Bu bina sxemsiz satıla bilməz. Bu söhbətdən sonra o, İddiaçı məxsus qeyriyaşayış binası ilə tanış olmuşdur. Təqdm olunmuş protokolda mətbəxin sahəsi 25 kv.m göstərilsə də, mətbəxin sahəsi 18 kv.m olduğunun şahidi olmuşdur. Əsaslı tikinti ilə tikilməyib. 5 sm-lik taxtalarla inşa edilib və üzərinə nazik 0.3 mm dəmir örtüklər çəkilib. Protokolda 36 kv.m sahə yeməkxananın xidmət otağı göstərilsə də faktiki olaraq 32.9 kv.m mövcuddur. Protokol və aktda 61 kv.m göstərilsə də faktiki olaraq, yarımçıq tikili ilə birlikdə 51 kv.m olduğunun şahidi olmuşdur. Araşdırmaların nəticəsində məlum olmuşdur ki, İddiaçı məxsus qeyri-yaşayış binasının altına düşən torpaq sahəsi X8 aiddir. İddiaçı məxsus qeyri-yaşayış binasının önü X6 məxsusdur. Arxa tərəfi X4 torpağıdır. Üçüncü tərəf Şahmar Məmmədova, dördüncü tərəf isə Səhli Qələndər oğluna məxsusdur. İddiaçı məxsus qeyri-yaşayış binası, yeməkxananı heç bir tərəfə 10 sm belə böyütməsi mümkün deyildir, yəni 51 kv.m sahə olaraq qalır. Elektrik xətti ilə bağlı X10 Xidmət Mərkəzinə müraciət etmiş, Asan Xidmət Mərkəzi yüksək gərginlikli elektrik xəttinin yeraltı xəttlə əvəz olunması üçün Qəzənfərə dəyəri 8.500 manatlıq layihə smeta təqdim etmişdir. Həmin xətti o, öz vəsaiti hesabına həll etmişdir. Qovlarda bütün sənədləri qaydasında olan, çıxarışı olan qeyri yaşayış binalarının hər bir kv.m satış qiyməti orta hesabla 1000 manatdır. Qeyd edilən nöqsanları aradan qaldırmaq üçün İddiaçı və onun ailəsinə bildirmişdir ki, yüksək gərginlikli elektrik xəttini yeraltı kabellə əvəz olunması (həmin xətti o öz vəsaitim hesabına yeraltı xəttlə əvəz etmişdir) və binanın altına düşən torpağı X7 satın almağı öz üzərinə götürmüşdür. Onlarla 51 kv.m qeyri-yaşayış binası üçün 48.000 manat pul verməyi öhdəsinə götürmüşdür. Bu razılıqdan sonra o, bir neçə nəfərin və onun ailəsinin iştirakı ilə ona 10.000 manat pul vermişdir. Onların tələbinə əsasən bir neçə gündən sonra əlavə olaraq 6.000 manat da bir vermişdir. Məhkəmənin birinci gedişində İddiaçı özü etiraf etmişdir ki, ona 16.000 manat vermiş, məhkəmənin hüzurunda müqaviləni pozduğunu, ona 26.000 manat qaytaracağını bildirmişdir. Qəzənfər və ya oğlu Asif bu günə kimi bir dəfə də olsa onu axtarmayıb. Qəzənfər satış üçün çıxarış ala bilmədiyi üçün, dəfələrlə onunla razılığa gəlmişlər ki, həmin bina sökülməlidir, binanın içindən əlavə hörük hörülməlidir, bundan sonra xüsusi olaraq şəxsi dam örtüyü vurulmalıdır, çixarış almaq mümkün olardı. O, aldadıldığını çox gec başa düşmüşdür. Belə ki, verdiyi 16.000 manatı, verəcəyi 32.000 manatı, elektrik xətti və s. üçün çəkdiyi, bundan sonra çəkəcəyi xərcləri, xx.xx.2023-cü ildən 20.000 manatdan çox pul vəsaiti ölü kapitala çevrilməsi onu deməyə əsas verir ki, o qalacaq sahəsi 46 kv.m olan yeməkxananın hər bir kv.m sahəsi üçün təxmini 1.500 manat xərc çəkməlidir. O, öz öhdəsinə götürmüşdür ki, yüksək gərginlikli elektrik xəttini öz vəsaiti hesabına yeraltı kabellə əvəz edilməsi (etmişdir) və binanın altına düşən torpaq sahəsini öz vəsaiti hesabına satın almaq, İddiaçıla satış üçün razılaşdığı 48.000 manat pulun bir hissəsini (16.000 AZN) əvvəlcədən onlara ödəmək. Ödənildikdən sonra yerdə qalan (48.000-16.000-) 32.000 manat pulu alqı-satqı müqaviləsi olan zaman ödəmək olacaqdı. İddiaçı özunə məxsus qeyri-yaşayış binasında dəyişiklik edilməsi, yenidən qurulması üçün Tovuz rayon İcra Hakimiyyətindən icazə almalı, (tikintinı o öz hesabına aparmalı idi) tikinti inşa edildikdən sonra çıxarış almalı, sonra ona satmalı, satdığı vaxt ona qalmış 32.000 borcu almalı idi. O, bir neçə nəfərin şahidliyi ilə Qəzənfərə və onun oğlu Asifə söz vermişdir ki, Tovuz rayon İcra Hakimiyyətindən icazə alındığı gündən 30 gün müddətinə tikintini başa çatdıracaq, Çıxarış alıb notariusa gedəcəklər və pulu ödəyəcək. İddiaçı və onun ailəsi öz öhdəsinə düşən öhtəliklərin heç birinə əməl etməmişdir. Belə ki, bir müddət keçdikdən sonra ondan aldıqları pulu xərcləyib qurtardıqdan sonra ondan sənəddə göstərilən (61 kv.m) pulunu 61.000 manat tələb etməyə başladılar. Alqı-satqı müqaviləsi olmadan yerdə qalan 32.000 manatın hamısını tələb etməyə başlamışlar. Bilərəkdən, qərəzli şəkildə Tovuz rayon İcra Hakimiyyətindən icazə almadılar, heç müraciət də etmədilər. Müxtəlif bəhanələrlə bu sövdələşməyə əngəl törətmək istəyirlər. Hal-hazırda İddiaçı və onun ailəsi onlara məxsus olan həmin obyekti gizlin şəkildə başqa bir şəxsə satmaq üzrədirlər. Həmin "obyektdə" tikintiyə başlayıblar. Sənədləşdirmənin aparılması üçün Tovuz Asan Xidmət Mərkəzinə və Daşınmaz Əmlakın Dövlət reyestr Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciətlər ediblər. Bu səbəbdən də, məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək behin 2 misli miqdarında pulun tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ilk iddianın rədd edilərək, qarşılıqlı iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dəfələrlə İddiaçı ilə telefon əlaqəsi saxlanılmış, telefonları özünü onun oğlu kimi təqdim edən şəxs cavab vermiş, məhkəmənin yaxınlığında olduqlarını, tezliklə məhkəmə iclaslarında iştirak üçün məhkəmənin inzibati binasına daxil olduqlarını desələr də məhkəmə iclaslarında iştirak etməmişlər. İddiaçı oğlu Cavabdeh ümumilkdə 16.000 manat beh alındığını etiraf etmişdir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək, hesab edir ki, ilk iddia rədd, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı məhkəmə iclaslarında iştirak etməyərək çəkilmiş xərclərin nədən ibarət olmasına dair sübutlar təqdim etməmiş, eyni zamanda iddia ərizəsinə də belə sübutlar əlavə etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, onun iddiası çəkilmiş xərcə aid hissədə rədd edilməlidir. Məhkəmə beh müqaaviləsinə xitam verilməsinə dair iddiaya münasibətdə onu qeyd edir ki, qarşılıqlı iddia beh kimi verilmiş pul tələbindən ibarət olduğundan hər iki iddia ilə birlikdə beh müqaviləsinə dair hüquqi dəyərləndirilmə aparılmalıdır. İşin hallarından və işdə olan aktdan görünür ki, beh verən tərəf Vaqif, əmlakın sənədləşdirilərək təhvil verməli olan şəxs isə Qəzənfər Kərimov olmuşdur. Qəzənfər Kərimov razılaşdırılmış qaydada və müddətlərdə əmlakı sənədləşdirərək Vaqifə təhvil verməsini və yaxud Vaqifin təqsirli hərəkətləri nəticəsində əmlakın Vaqifə verilməsinin mümkün olmadığına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, beh öhdəliyin icrasını stimullaşdıran müqavilə olmasına baxmayaraq behi əldə etmiş şəxs öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beh müqaviləsindən də görünür ki, öhdəliyin İddiaçı tərəfindən pozulduğu halda beh məbləğinin iki qatı Cavabdeh qaytarılacaqdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddənin mətnindən və mahiyyətindən göründüyü kimi, öhdəliyin predmetini pulun ödənilməsi, əmlakın verilməsi, işin görülməsi, xidmətlərin göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik təşkil edir. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, yəni borclunun kreditor qarşısında olan öhdəliyi müqavilə ilə müəyyən edilməlidir. Müqavilənin anlayışı Mülki Məcəllənin 389.1-ci maddəsində verilmişdir. Həmin maddəyə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddənin məzmunundan göründüyü kimi, müqavilə hər şeydən əvvəl ikitərəfli və ya çoxtərəfli əqddir. Məhz buna görə də Mülki Məcəllənin 389.2-ci maddəsində müəyyən edilmişdir ki, müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Beləliklə, müqavilə yalnız tərəflərin iradə sərbəstliyinə əsaslana bilər. İddiaçı iddia ərizəsində göstərdiyi dəlillər müqavilənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası MM-nin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədi ilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. 491.3-ci maddəsinə əssən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda o cümlədən bu Məcəllənin 419.2-ci maddəsinə nəzərdə müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilmirsə, avans kimi ödənilmiş sayılır. -492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf əgər müqavilədə ayra qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Mülki Qanunvericilyin qeyd olunan normalarının mənasından göründüyü kimi beh qanunun tələblərinə riayət etməklə həqiqətən bağlandığını təsdiq edən faktdır. Beh müqaviləsinin predmetini razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləği təşkil edir. Beh müqaviləsi daşınar və ya daşınmaz əşyalarla bağlı olmasından asılı olmayaraq tərəflər arasında bağlanacaq müqavilədə öhdəliklərinin icrasını təmin etmək üçün bağlanan müqavilədir. Məhkəmə belə hesab edir ki, öhdəliyə İddiaçı tərəfindən riayət edilmədiyindən Cavabdeh müqavilə üzrə verdiyi beh məbləğinin iki mislini geri istəməkdə haqlıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, 16.000 manat məbləğində beh verilmişdir. Odur ki, müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıdığından 32.000 manat məbləğində pul İddiaçı alınaraq Cavabdeh verilməlidir. Cavabdeh tərəfindən qarşılıəqlı iddiada göstərilən digər dəlillərə münasibətdə sübut təqdim edilmədiyindən iddia həmin hissələrdə təmin edilməməlidir. İddiaçı ödədiyi dövlət rüsumu onun özünə aid edilməli, Cavabdeh tərəfindən ödənilmiş 162 manat məbləğində dövlət rüsumu İddiaçı alınaraq Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İlk iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ilk iddiaya aid hissədə İddiaçı Nurəddin oğluna aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı Nurəddin oğlundan 32.000 (otuz iki min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 162 manat alınaraq Cavabdeh verilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-3538/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3538/2025
16.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver