Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3691/2025 06.01.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı əmlakın geri qaytarılması tələbinə dаir mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh qarşı əmlakın geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddia ərizəsində adları qeyd edilmiş əşyaların özlərinin və ya dəyərlərinin, dövlət rüsumu üçün ödənilmiş 67.45 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh məxsus evdə kirayədə yaşamışdır. O, X1 iştirakı ilə onun evinə özünə məxsus əşyaları aparmışdır və vaxtıvaxtında kirayə haqqını ödəməyinə baxmayaraq cavabdeh vaxtından onu 20 gün əvvəl dava-dalaş salaraq evdən çıxarmışdır. Hətta ona məxsus əşyaları mənimsəyərək ona verməmiş, həmin əşyaların güya ona məxsus olmasını iddia etmişdir. Cavabdehə məxsus evdə olan ona məxsus əşyalar bunlardır: Soyuducu – 1000 manat, stol – 100 manat, stullar – 80 manat, iki nəfərlik çarpayı – 120 manat, çarpayı – 80 manat, ətçəkən maşın – 120 manat, sac – 80 manat, dxovka – 200 manat, qaz plitəsi – 40 manat, vintelyator (sərinkeş) – 40 manat, saç feni – 30 manat, 10 ədəd toyuq – 150 manat, mürəbbə, turşu, kompot, bəkməz bankaları – 250 manat, qazan və qablar – 100 manat, ərzaq – 150 manat, meyvə turşusu – 60 manat, uşaq velosipedi – 50 manat, ayaqqabılar – 120 manat, paltarlar – 1000 manat, 2 ədəd döşək – 100 manat, 3 ədəd yorğan – 100 manat, 3 ədəd balınc – 40 manat, 6 ədəd odeyal – 150 manat, palaz – 40 manat, elektrik plitəsi – 15 manat, banka bağlayan maşın – 20 manat, pastel üzü – 60 manat, çamadan, uşağına və özünə məxsus 300 manatlıq və 150 manatlıq 2 ədəd telefon, bütün sənədləri, torpağın çıxarışı, boş bankalar, vanna, vedrə. Cavabdeh ona məxsus yuxarıda adları qeyd edilmiş əşyalarını könüllü qaytarmır. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, aralarında olan şifahi razılaşmaya əsasən cavabdehin evində 4 ay müddətində kirayədə yaşamışdır. Hər ay 90 manat kirayə haqqı vermişdir. Bir gün həmin evə gələrkən evin qapısının kilidinin dəyişdirildiyini müəyyən etmiş və evə daxil ola bilməmişdir. Cavabdehlə görüşüb bnuun səbəbini soruşduqda aralarında mübahisə yaranmışdır. Beləliklə iddia ərizəsində göstərdiyi əmlakı cavabdehin evində qalmış və geri qaytarılmamışdır. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, 2025-ci ilin iyul ayında Rasim adlı tanışının xahişi ilə iddiaçını özünə məxsus olan evdə yaşamasına razı olmuşdur. Bunu xeyirxahlıq niyyətilə etmiş və iddiaçıdan pul almamışdır. İddiaçı onun evinə gələrkən heç bir əşya gətirməmiş, əlində içərisində paltarlar ola 2 torba olmuşdur. Bir neçə gündən sonra qonşular iddaçıdan şikayət etməyə başlamışlar. Qonşulardan biri iddiaçının onun həyətindən oğurluq etdiyini, digəri evə çarşablı şəxslərin girib-çıxdığını bildirmişdir. Buna görə də iddiaçıdan 10 gün ərzində onun evindən çıxamasını tələb etmişdir. Lakin həmin müddətdən sonra iddiaçı evdən çıxmadığı üçün həmin evə getmiş, iddiaçıdan çıxamasını tələb etmiş, bundan sonra iddiaçı əşyalarını 3 torbada götürərək getmişdir. Gedərkən bir ədəd torbada əşyası qalmış, həmin torbanı sonra götürəcəyini bildirmişdir. Sonradan idiaçıya dəfələrlə zəng etsə də gəlib həmin torbanı götürməmişdir. İddia ərizəsində göstərilən əşyaların heç birini iddiaçı özü ilə gətirməmişdir. İddia tam əsassızdır. Şahid ifadələri Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, uzun müddət məktəb direktoru vəzifəsində çalışmışdır. Hazırda təqaüddədir. İddiaçının uzun müddətdir tanıyır. İddiaçının maddi imkanı aşağı olduğu üçün daim ona kömək edir. İddiaçının rəsmi iş yeri olmadığı üçün kredit götürə bilməmiş, buna görə də onun övladının adına “İrshad” adlı mağazadan 1000 manat dəyirində soyuducu götürməsinə yardım etmiş, həmin soyuducunun pulunu iddiaçı aybaay ödəyərək başa çatdırmışdır. İddiaçının yaşadığı evlərdə, o cümlədən hazırda sözügedən evdə bir neçə dəfə olmuş və iddiaçının digər məişət əşyalarını orada görmüşdür. İddiaçının stolu, stulları, soyuducusu, qabqacağı, paltarları, yorğan-döşəyi və digər əşyalarını onun yaşadığı evlərdə, o cümlədən cavabdehin evində şəxsən görmüşdür. Həmçinin iddiaçının ev quşları da olmuşdur ki, dəfələrlə ondan yumurta almışdır. Sonradan iddiaçının deməsinə görə ona məlum olmuşdur ki, həmin evin sahibi kilidi dəyişərək iddiaçını evə buraxmamış və bütün əşyaları, paltarları və sənədləri həmin evdə qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, “Qazel” markalı yük avtomobili vardır. Xatırlamadığı tarixdə iddiaçı ona yaxınlaşaraq əşyalarını yeni köçəcəyi evə aparmasını xahiş etmişdir. Razılaşmış və iddiaçının stolu, stulları, soyuducusu, qabqacağı, paltarları, çarpayıları, yorğan-döşəyi, kompot və turşuları, toyuq-cücəsi, müxtəlif kiçik ölçülü məişət cihazlarını, üzəri bağlı olduğu üçün görmədiyi digər əşyaları yanında olan fəhlə ilə özünə məxsus olan yük avtomobilinə yükləyib hazırda sözügedən evə aparmış və oraya boşaltmışdır. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar İddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdə (3 ədəd) çarpayı, stul və soyuducu təsvir edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 67.40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi 52.2 Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1 İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3 Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçıni dinləyib iddia ərizəsini, işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İddia tələbinin maddi-hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır, əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının mülkiyyətindəki adları qeyd olunan əmlakı cavabdehin evinə aparması və yaşadığı müddətdə orada olması şahid qismində dindirilmiş X2 və X3 ifadələri ilə təsdiq olunmuşdur. Şahidlər gördüklərini mahiyyətinə uyğun, aydın və məntiqi ardıcıllıqla təsvir etdiyindən ifadə verən zaman onlara kənar motivlərin təsir etdiyini ehtimal etmək mümkün deyil. Buna görə də məhkəmə onların ifadələrini kifayət qədər inandırıcı və həlledici hesab edir. Cavabdeh izahatında iddiaçının onun evini tərk edərkən özü ilə cəmi 3 torba götürməsini bildirməklə iddiaçının əmlakının həmin evdə qalmasını dolayı yolla təsdiqləmişdir. Cavabdeh iddia tələbinə etirazında iddiaçının onun evinə köçərkən paltardan başqa heç nə gətirmədiyini, iddiaçının heç bir əşyasının onda olmamasını bildirsə də bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Beləliklə məhkəmə iddiaçının adları qeyd edilən əşyalarının cavabdehin sahibliyində olmasını sübut olunmuş hesab edir. Bununla yanaşı iddiaçının həmin əmlakının cavabdehin sahibliyində olmasına heç bir hüquqi əsas müəyyən etməmişdir. Bu səbəbdən məhkəmə iddiaçının əmlakın geri qaytarılması ilə bağlı tələbinin əsaslı olduğunu hesab edir və iddianın təmin edilməsi qənaətinə gəlir. Həmçinin tələb olunan əşyaların iddia ərizəsində göstərilmiş dəyəri cavabdeh tərəfindən mübahisələdirilmədiyindən məhkəmə yekun qərara gələrkən həmin məbləğləri nəzərə alır. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödədiyindən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə uyğun olaraq çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilmişdir. İddia təmin edildiyindən iş üzrə ödənilmiş 67.40 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh aşağıda adları göstərilən əşyalar özləri, naturada mövcud olmadıqda isə dəyərləri alınaraq İddiaçı verilsin: - dəyəri 1000 manat olan soyuducu - dəyəri 100 manat olan stol - dəyəri 80 manat olan stullar - dəyəri 120 manat olan ikinəfərlik çarpayı - dəyəri 80 manat olan təknəfərlik çarpayı - dəyəri 120 manat olan ətçəkən maşın - dəyəri 80 manat olan sac - dəyəri 200 manat olan elektrik sobası - dəyəri 40 manat olan qaz sobası - dəyəri 40 manat olan sərinkeş - dəyəri 30 manat olan saç feni - dəyəri 150 manat olan 10 ədəd toyuq - dəyəri 250 manat olan mürəbbə, turşu kampot, bəkməz bankaları - dəyəri 100 manat olan qazan - dəyəri 150 manat olan ərzaq məhsulu - dəyəri 60 manat olan meyvə turşusu - dəyəri 50 manat olan uşaq velosipedi - dəyəri 120 manat olan ayaqqabılar - dəyəri 1000 manat olan paltarlar - dəyəri 100 manat olan 2 ədəd döşək - dəyəri 100 manat olan 3 ədəd yorğan - dəyəri 40 manat olan 3 ədəd balınc - dəyəri 150 manat olan 6 ədəd odeyal - dəyəri 40 manat olan palaz - dəyəri 15 manat olan elektrik plitəsi - dəyəri 20 manat olan banka bağlayan maşın - dəyəri 60 manat olan yataq üzü - dəyəri 300 manat olan mobil telefon - dəyəri 150 manat olan mobil telefon - şəxsi sənədlər İş üzrə ödənilmiş 67.40 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verdiliyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №2(062)-3691/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3691/2025
06.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver