Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3878/2025 04.02.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məsimov Fərid Eldar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 manat pulun və 36 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1536 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh Beyləqan rayonunda tanımış və yaxın münasibətləri olmuşdur. Cavabdeh xx.xx.2019-cü il tarixdə yanına gələrək ondan 3300 manat borca pul almışdır və öz xətti ilə bu barədə qəbz yazaraq 5-6 aya qədər qaytaracağına söz vermişdir. Cavabdeh ondan borca aldığı 3300 manatdan indiyənədək müxtəlif vaxtlarda cəmi 1800 manat pul qaytarsada, 1500 manatı qaytarmamışdır. Cavabdeh əvvəllər ondan borca pul götürsədə vaxtında qaytarmışdır. Sonuncu dəfə Cavabdeh xx.xx.2024-cü il tarixində ***-***-**-** nömrəsi ilə ona ***-***-**-** nömrəsinə SMS yazaraq bildirmişdir ki 3 aya borcunu qaytaracaq. Lakin Cavabdeh hər dəfə müxtəlif cür bəhanələr gətirərək, borca aldığı 1500 manat pulu yaxın vaxtlarda qaytaracağını bildirərək onu aldatmışdır. Hazırda Cavabdeh yüksək pensiya alır və borcunu qaytaramağa imkanı var. O, pulunu ala bilmədiyindən məcbur olub hazıkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirdi ki, o hərbiçi olub.O, iddianı qəbul etməyərək iddiaçıya 600 manat borcunun qaldığını bildirdi. Məhkəmə, cavabdehi dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (maddə 739). Hazırkı iş üzrə iddiaçı mülkiyyətinə verdiyi cəmi 1500 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir. Cavabdeh tərəf iddiaçıya müəyyən məbləğlər ödəyəndən sonra 600 manat borcunun qalması etiraf etmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehdən 600 manat pul tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı iddia ərizəsində göstərir ki, cavabdeh onun telefonuna mesaj yazaraq qalan borcunu 3 aya göndərəciyini bildirmişdir.İddiaçı həmin mesajın mətnini, qalan borcun nə qədər olmasına dair sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu əvəzi qismində 30 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 600 (altı yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-3878/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3878/2025
04.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver