Məhkəmə qərarları › İş №2(062)-4043/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-4043/2025

12.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-4043/2025 12.01.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hьnmətov Zaur Adil oрlunun sədrliyi, Məsimov Fərid Eldar oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun "Opel Astra" minik markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomaşınına dəyən 1400 manat dəyərində zərərin və 34 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ona məxsus "Opel Astra" minik markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomaşınını idarə edir. Cavabdeh xx.xx.2025-ci il tarixdə saat 21:30 radələrində sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə etdiyi "VAZ- 2106" minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Əlimərdanlı kəndi ərazisində hadisə törədərək ona məxsus "Opel Astra" minik markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Toqquşma zamanı onun maşınına ciddi ziyan dəymişdir. Hadisə zamanı Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları gəlmiş, araşdırma aparılarkən məlum olmuşdur ki, hadisəyə səbəb Cavabdeh hərəkətləri olmuşdur. Cavabdeh barəsində inzibati protokol tərtib olunaraq iş baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Tovuz Rayon Məhkəməsinin 24 oktyabr 2025-ci il tarixli 3(062)-793/2025 nömrəli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2, 327.6, 334.1 va 334.3-cü maddəsi ilə təqsirli bilinib 01 ay 01 ay müddətə inzibati qaydada həbs edilmişdir. Avtomaşınlara dəyən ziyanın miqdarı barədə zərər aktı hazırlanmış, avtomaşına dəyən zərərin miqdarı cəmi 1400 manat hesablanmışdır. Hadisə zamanı Cavabdeh sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə olduğuna görə ona sığorta ödənişindən imtina edilmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xagiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin 24 oktyabr 2025-ci il tarixli 3(062)-793/2025 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 01 ay müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan “Nur Avtoservis” tərəfindən tərtib edilmiş arayışdan görünür ki, yol nəqliyyat hadisəsi zamanı "Opel Astra" minik markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəyən zərər cəmi 1400 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin цdənilməsini tələb etmək hьququna malik olan єəxs ona vurulmuє zərərin əvəzinin tam цdənilməsini tələb edə bilər, bu єərtlə ki, qanunda və ya mьqavilədə zərərin əvəzinin daha az miqdarda цdənilməsi nəzərdə tutulmasэn. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hьququ pozulmuє єəxsin pozulmuє hьququnu bərpa etmək ьзьn зəkdiyi və ya зəkməli olduрu xərclər, əmlakэndan məhrum olmasэ və ya əmlakэnэn zədələnməsi (real zərər), habelə hьququ pozulmasaydэ, həmin єəxsin adi mьlki dцvriyyə єəraitində əldə edəcəyi gəlirlər (əldən зэxmэю fayda) baюa dьюьlьr. 1096-cэ maddəsinə gцrə, mьlki hьquq pozuntusu (delikt) hьquqla və ya qanunla mьdafiə edilən baєqa єəxsə (zərərзəkənə) birbaєa ziyan və ya zərər vurulmasэna gətirib зэxaran təqsirli, hьquqa zidd (mьlki qanunvericiliyin normalarэnэ pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt tцrətmiє єəxs mьlki hьquq məsuliyyəti daюэyэr. 1097.1-ci maddəsinə əsasən, mьlki hьquq pozuntusu (delikt) nəticəsində fiziki єəxsin єəxsiyyətinə və ya əmlakэna vurulmuю zərərin, habelə hьquqi єəxsin əmlakэna və iєgьzar nьfuzuna vurulmuє zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə цdənilməlidir. Mülki işin tədqiq edilmiş halları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə saat 21:30 radələrində sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə etdiyi "VAZ-2106" minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Əlimərdanlı kəndi ərazisində hadisə törədərək iddiaçıya məxsus "Opel Astra" minik markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Tovuz Rayon Məhkəməsinin 24 oktyabr 2025ci il tarixli 3(062)-793/2025 nömrəli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2, 327.6, 334.1 va 334.3-cü maddəsi ilə təqsirli bilinib 01 ay 01 ay müddətə inzibati qaydada həbs edilmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilərək cavabdehdən 1400 manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu əvəzi qismində 34 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1400 (bir min dörd yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34 (otuz dörd) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar