Məhkəmə qərarları › İş №2(062)-406/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-406/2025

18.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-406/2025 18.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6000 ABŞ dolları məbləğində pulun və 121 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh əvvəllər Abubəyli bələdiyyəsinin sədri olmuş, Abulbəyli kəndində onunla qonşuluqda yaşayıb. Cavabdeh ona guya Abulbəyli bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsini satdığını bildirmiş və göstərdiyi 0,60 ha torpaq sahəsini aralarında razılıq əsasında ondan 6000 ABŞ dolları alaraq həmin torpaq sahəsinin ona satılması ilə bağlı Abulbəyli bələdiyyəsinin 24 avqust 2006-cı il tarixli qərarını anası X4 adına sənədləşdirilmişdir. Həmin vaxtdan torpaq sahəsi onların sahibliyində və istifadələrində olsa da, həmin torpaq sahəsinin sənədləşdirilməsi, çıxarış alınması ilə bağlı iş görməmişdir. Anası vəfat etdikdən sonra vərəsəlik məsələrini həll edən zaman Abulbəyli bələdiyyəsinin 24 avqust 2006-cı il tarixli qərarına əsasən mərhum anası X5 verilmiş torpaq sahəsinə də çıxarış alınıb vərəsəlik qaydasında sənədləşdirmə işləri aparmaq istəmişdir. Həmin zaman Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsindən ona rəsmi olaraq bildirilmişdir ki, Abulbəyli bələdiyyəsinin 24 avqust 2006-cı il tarixli qərarına əsasən X5 verilmiş torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğuna görə həmin torpaq sahəsinə çıxarışın verilməsi mümkün deyil. O, həmin orqanın torpaq sahəsinə qanunsuz olaraq çıxarış vermədiyini düşünərək, bununla bağlı Gəncə İnzibati Məhkəməsində iddia qaldırmışdır. Gəncə İnzibati Məhkəməsində 15 mart 2023-cü il tarixdə onun iddia tələbinə baxılmış və iddia təmin edilməmişdir. Həmin qərarda da Abulbəyli bələdiyyəsinin 24 avqust 2006-cı il tarixli qərarına əsasən anası X5 verilmiş torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğuna görə, həmin torpaq sahəsinə çıxarışın verilmədiyi öz əksini tapmışdır. Həmin qərarda qeyd edilmişdir ki, Abulbəyli bələdiyyəsinin 24 avqust 2006-cı il tarixli qərarı əsasında mərhum anası X2 torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olduğundan bələdiyyə tərəfindən yalnız icarəyə verilə bildiyi halda qanunsuz olaraq satılmışdır. Belə olan halda Cavabdeh öz qulluq mövqeyindən istifadə edərək, əvvəlcədən məlumatlı olduğu halda bilə-bilə onu aldatdığını və özgəninkiləşdirilməsi mümkün olmayan kənd təsərrüfatı” təyinatlı torpaq sahəsini sataraq ona qarşı dələduzluq etmişdir. Onun şikayəti əsasında Tovuz RPŞ-nin TB-də aparılan araşdırma zamanı Cavabdeh verdiyi izahatında, guya Torpaq sahəsinin alqı-satqısının keçmiş DT və XK-sı həyata keçirdiyini bildirir. Amma 24 avqust 2006-cı il tarixli qərar məhz Cavabdeh tərəfindən imzalanmışdır. Həmin qərarla mərhum anası X5 Abulbəyli bələdiyyəsi ərazisində “Geneqobu” adlanan ərazidən 0,60 ha torpaq sahəsi satılması qeyd edilmişdir. Bunununla da Cavabdeh şəxsi maraqlarına əsasən onu aldadaraq, etibarından sui istifadə edib ondan aldığı 6000 ABŞ dolları məbləğində pulun müqabilində ona satılması mümkün olmayan torpaq sahəsini sataraq mərhum anasının adına sənədləşdirmişdir. Hazırda həmin torpaq sahəsinin sənədləşdirilməsi mümkün olmadığına görə Cavabdeh tərəfindən ondan alınmış 6000 ABŞ dolları məbləğində pul alınaraq ona verilməlidir. Cavabdeh qeyd etdiyi qanunsuz əməllərinə hüquqi qiymət verilməsi üçün Tovuz rayon Polis Şöbəsinə şikayət ərizəsi vermişdir. Tovuz rayon PŞ-nin Təhqiqaq Bölməsinin təhqiqatçısı polis kapitanı X6 03 fevral 2024-cü il tarixli, 31 mart 2024-cü il tarixli və 12 iyul 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarları ilə şikayət əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilib və ona tələbi ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Buna görə də o, məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək, tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.Məhkəmə iclasında cavabdehlə əlaqə saxlanılmış, o işləri olduğu üçün məhkəmə iclasına gələ bilməyəcəyini qeyd etmişdir. Məhkəmə iddiaçını dinləyərək, iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-138/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmfakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Abulbəyli Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 08 nömrəli qərarının surətindən görünür ki, Tovuz şəhəri, İ.Mürşüdov 21 saylı evin sakini X5 Abulbəyli bələdiyyəsi ərazisində, “Geneqobu” adlanan ərazidən 0,60 ha torpaq sahəsinin satılmasını və həmin sahədə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədi ilə binalar inşa etdirməyə icazə verilməsi barədə DT və XK-si Tovuz rayon şöbəsinin və Tovuz RİH memarlıq və tikinti şöbəsinin hazırladığı sənədlər (yerquruluşu baş planından çıxarış, memar rəyi və sxematik plan, tikinti altına yerseçmə aktı) nəzərə alınması; Tovuz şəhəri, İ.Mürşüdov 21 saylı evin sakini X5 Abulbəyli bələdiyyəsi ərazisində, “Geneqobu” adlanan ərazidən 0,60 ha torpaq sahəsinin satılması; X2 torpaq sahəsində kənd təsərrüfatı məhsullarının istehsalına və emalı məqsədi ilə binalar tikintisinə icazə verilməsi; X5 tapşırılsın ki, normativ qiymətdən az olmamaq şərti ilə torpağın dəyərini Abulbəyli bələdiyyəsinin X17 filialındakı ********** saylı hesablaşma hesabına ödəməsi və ödəmə barədə qəbzi DT və XK-nin Tovuz rayon şöbəsinə və Abulbəyli bələdiyyəsinə təqdim etməsi; DT və XK-nin Tovuz rayon şöbəsindən xahiş edilsin ki, satılan torpağın dəyəri ödənildikdən sonra "Torpaqların alqı-satqı qaydalarına əlavə"də göstərilən nümunə əsasında "Torpaqların alqı-satqısı"na dair 3 nüsxədən ibarət akt tərtib etməsi və onu qeydiyyata alması; X2 torpaq sahəsinə mülkiyyət hüququna dair müvafiq hüquqi sənəd hazırlanıb verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Tovuz rayon Ərazi İdarəsindən xahiş edilməsi; Bu qərarın icrasına nəzarət Abulbəyli bələdiyyəsinin sədr müavininə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Torpaqların alqı-satqısına dair AKT-ın surətindən görünür ki, X5 Abulbəyli bələdiyyəsi ərazisində 0,60 ha torpaq sahəsinin satılması barədə xx.xx.2006cı il tarixli 08 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində X9 tərəfindən Abulbəyli bələdiyyəsinin X16 filialındakı hesablaşma hesabına əvvəlcədən 500 manat haqq ödənilmişdir. İş materiallarında olan xx.xx.2006-cı il tarixli Tikinti altına Yerseçmə aktının surətindən görünür ki, Tovuz RİH Memarlıq və Tikinti şöbəsinin müdiri, DT və XK-sinin Tovuz rayon şöbəsinin müdiri, Tovuz rayon X10 Xidmətinin rəisi, Tovuz rayon Sanitar- Epidemioloii mərkəzinin baş həkimi, 22 saylı Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi, Sahibkar, Abulbəyli kənd sakini həmin aktı tərtib etmişlər ondan ötrü ki, Tovuz rayonu Abulbəyli kənd sakini, X4 ərizəsi ilə əlaqədar həmin bələdiyyənin Tovuz rayon İcra Hakimiyyətinə ünvanlanan 69 nömrəli 17 avqust 2006-cı il tarixli məktubuna əsasən, Abulbəyli bələdiyyəsinin ərazisində vət.Z.Məmmədovanın inşa etdirəcəyi kənd təsərrüfat məhsulları istehsalı və emalı obyektlərinin tikintisi altına ayrılacaq torpaq sahəsinə yerində baxış keçirdik. Həmir-maqsəd üçün “Genqobu” adlanan sahədən 0,60 ha torpaq sahəsi ayrılmasını məqsədəmüvafiq hesab etmişlər. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə komitəsi Tovuz rayon şöbəsinin xx.xx.2006-cı il tarixli 489 nömrəli rəyinin surətindən görünür ki, Dövlət "Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsi bildirir ki, X1 nəzərdə tutan torpaq sahəsi 0.60 ha olmaqla, Abulbəyli bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Nəzərdə tutulan torpaq sahəsi kənt təsərrüfatına yararlı olmaqla həmin məqsəd üçün satılması qanuna müvafiqdir. Həmin ərazi Gəncə-Qazax rayonunun zona bölgüsünda düzən zonaya aiddir. İş materiallarında olan Abulbəyli bələdiyyəsinin Memar rəyinin surətindən görünür ki, Abulbəyli kənd sakini X3 ərizəsi ilə əlaqədar Abulbəyli bələdiyyəsinin rayon icra hakimiyyətinə ünvanlanan 69 saylı 17 avqust 2006-cı il tarixli məktubunu, tikinti altına yerseçmə aktını və digər zəruri sənədləri nəzərə alaraq vət. Z.Məmmədovanın sahibkarlıq məqsədi ilə Abulbəyli bələdiyyəsinin “Genqobu” adlanan ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı müəssisəsinin binalarını rəyə əlavə edilmiş sxematik planda göstərildiyi şəkildə 0,60 ha sahədə yerləşdirmək olar. Sahibkarlıq məqsədi ilə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı müəssisəsinin binaları memarla razılaşdırılmış layihə smeta sənədləri əsasında inşa edilməli, müasir, memarlıq tələblərinə, inşaat norma və qaydalarına əməl edilərək, sanitariya və yanğından mühafizə qaydaları ciddi gözlənilməsi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarların surətlərindən görünür ki, İddiaçı şikayət ərizəsi üzrə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və tələb ilə bağlı mülki iddia qaydasında məhkəmə orqanlarına müraciət etmək hüququnun olunması izah edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 göstərdi ki, o Ədaləti şəxsən tanıyır, iddiaçı ilə dostdur. Azpetrolun yanında 20 ilə yaxındır ki, torpaq sahəsi var idi. O, Azadla gedib torpağa baxmış, Ədalətə beh vermişdir. O, iddaçıdan Ədalətə zərfəd nə verdiyini soruşduqda Azad torpağın pulu kimi 6000 ABŞ dolları pul verdiyini söyləmişdir. Sonra məlum olmuşdur ki, həmin torpağın sənədləri düzgün deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirdi ki, o, Azadı qonşu kimi tanıyır və onlarda işləmişdir. O Azad gildə olduğu vaxt Ədalət həmin yerə gəmiş, Azad torpaq sahəsinə görə Ədalətə pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Həsən oğlu bildirdi ki, o Ədaləti tanımır. O, Azad gildə olarkən Azad Ədalətə zərfdə pul verdiyinin şahidi olmuşdur. Pulun nə qədər olduğunu bilməsə də, sonradan ona məlum olmuşdur ki, Azad 60 sot torpaq sahəsinə görə 6000 ABŞ doları pulu Ədalətə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Hazırkı iş üzrə iddiaçı torpaq sahəsinin alqı-satqısı və rəsmilşdirilməsi üçün cavabdehə verdiyini bildirdiyi 6000 ABŞ dolları pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçının tələbini sübut etmək üçün məhkəməyə təqdim etdiyi şahid ifadələri ilə müəyyən olunur ki, torpaq sahəsinin əldə edilməsi üçün 6000 ABŞ dolları pulu o Ədalətə vermişdir. Lakin tərəflər arasında barəsində razılaşdırılmış torpaq sahəsinə dair hüquq müəyyen edici sənədlərin əldə edilməsi mümkün olmamışdır. Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarlar qəbul edildikdən sonra iddiaçı hüquqlarının pozulmuş olduğunu bilmişdir. Belə olan halda, həyata keçirilməmiş əsasa görə pul, yəni məhrum olan iddiaçının hesabına əmlak əldə etmiş və əsassız varlanmış cavabdehdən pulun tutulması barədə iddia sübuta yetirilmişdir. Belə ki, varlanmış şəxs cavabdehin əməli gözlənilən məqsədə uyğun olmadığından – torpaq sahəsini adına rəsmildirilmədiyindən məhrum olan iddiaçı verdiyi pulu geri tələb etməkdə haqlıdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Beləliklə, cavabdehdən 6000 ABŞ dolları (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 121 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 6000 (altı min) ABŞ dolları (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 121 (yüz iyirmi bir) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar