Məhkəmə qərarları › İş №2(062)-408/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-408/2025

28.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-408/2025 28.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Samirt Zöhrab oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının tələbi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Tovuz Rayonu Qovlar şəhərində yerləşən **********28 saylı çıxarışda göstərilən 0,0677 ha torpaq sahəsinə cavabdeh tərəfindən ölçmə işlərinin aparılmasına qanunsuz müdaxilələrin son qoyulmasına və həmin torpaq sahəsində inşa olunan tikililərin ölçülməsinə manelərin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə oğlu X7 xx.xx.2011-ci ildə rəsmi qaydada evlənib ailə qurmuşlar. Cavabdeh oğlu ilə evlənən gündən Tovuz rayonu Qovlar şəhəri S.Vurğun küçəsi ev 5-də yerləşən evə gəlin köçmüşdür. Oğlu ilə Təranənin birgə nikahlarından xx.xx.2022-ci il tarixdə Ləman, xx.xx.2012-ci il tarixdə Leyla adlı uşaqları onun yaşadığı evdə anadan olmuş və oğlu ilə ayrıldıqları günə kimi həmin evdə birgə təsərrüfatda yaşamışlar. Cavabdeh evlənən gündən köçdüyü fərdi yaşayış evi atası X3 məxsus olmuşdur. Yuxarıda qeyd etdiyi ev hazırki iddia üzrə iddia predmeti olmasa da iddiaçının evlənən gündən həmin evə gəlin köçdüyünü bildirmək istəyir. Mübahisə predmeti isə aşağıda qeyd etdiyi daşınmaz əmlakdır: Tovuz rayonu Qovlar şəhəri M.Ə.Rəsulzadə küçəsində 0,0677 ha torpaq sahəsi xx.xx.2024- cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində onun və ailə üzvlərinin adına qeydə alınmış və həmin torpaq sahəsinə dair adına çıxarış verilmişdir. 0,0677 ha torpaq sahəsi paylı mülkiyyət olmaqla reyestrdə onun, oğlu X5, X4 və X1 adına qeydiyyata alınmışdır. 0,0677 ha torpaq sahəsi paylı mülkiyyət olsa da, həmin torpaq sahəsində ümumi sahəsi 126 kv.m sahəsi olan fərdi yaşayış evini o və arvadı birgə nikah dövründə inşa etdirmişlər. Mübahisə olunan fərdi yaşayış binası arvadı ilə onun birgə vəsaiti hesabına inşa olunub və mübahisənin bu halını şahid ifadələri və evdə işləyən ustalar da təsdiq edə bilər. Məhkəmə prosesində işin bu halının təsdiq oluması ilə bağlı ustaları və şahidləri məhkəmə iclasına dəvət edəcək. Oğlu və cavadeh həmin evə heç bir xərc çəkməmişlər. Cavabdeh ilə oğlu X7 arasında narazılıqlar yaranmış və cavabdeh atası evinə çıxıb getmiş, onların nikahı Tovuz Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli qətnaməsi ilə pozulmuşdur. 6 ay bundan qabaq Cavabdeh gecə vaxtı Tovuz rayonu Qovlar şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 0,0677 ha torpaq sahəsini tutmuş və həmin torpaq sahəsində yerləşən evin qapısının qıfilını sındırmış və bizim icazəmiz olmadan qanunsuz olaraq evə daxil olmuşdur. O, cavabdehin evə daxil olmasına mane olmaq istəsə də, cavabdeh ona fiziki xəsarət yetirərək evə daxil olmuş, onu isə zorla öz evindən çıxarmışdır. Cavabdeh mübahisə olunan evdə bir gündə olsun belə yaşamamış, zorla evə köçdüyü gündən sonra yaşamağa başlamışdır. Mübahisə olunan torpaq sahəsində və fərdi yaşayış evində cavabdehin istifadə etməsi ilə bağlı nə onun, nə də ailə üzvlərinin razılığı olmamışdır. Mübahisə olunan torpaq sahəsinə və həmin torpaq sahəsində inşa olunmuş tikiliyə cavabdehin heç bir hüququ yoxdur. O, həmin torpaq sahəsinin plan və ölçüsünü, həmin torpaq sahəsinin üzərində inşa olunmuş tikilinin lahiyə smetasını hazırlatdırıb həmin tikiliyə çıxarış almaq istəyir. Torpaq sahəsini və fərdi yaşayış evini mütəxəssislər ölçmək istəsələr də Cavabdeh buna imkan vermir. Tərəflərin izahatları Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun çıxış etmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, 2022-ci ildən Tovuz rayonu Qovlar şəhərində yerləşən iddiaçın torpaq sahəsindəki fərdi yaşayış evində iki qız övladı ilə birlikdə yaşayır və müxtəlif vaxtlarda həmin evdə tikinti işləri aparmışdır. İddiaçının həmin evə sənəd düzəldib satsına və onu övladları ilə birlikdə həmin evdən çıxarıb küçədə qoymasına imkan verməyəcək. İki qız uşağı ilə qalmağa yeri yoxdur. O evdən çıxmayacaqdır. Ustalar da təsdiq edə bilər ki, evi o tikmişdir. Torpaq sahəsində ölçmə işləri aparmaq üçün xatırlamadığı tarixdə iddiaçı ilə birlikdə özünü daşınmaz əmlakın dövlət reyestri xidmətinin əməkdaşları kimi təqdim edən bir neçə şəxs yuxarıda qeyd edilən ünvana gəlsə də o, sənədləşmə üçün ölçmə işləri aparmaq üçün gəldiklərini deyən həmin şəxslərə torpaq sahəsində və evdə ölçmə işləri aparmağa icazə verməmişdir. Həmin şəxslər yenə də bu məqsədlə hazırda yaşadığı ünvana gəlsələr yenə də onlara ölçmə işlərini aparmağa icazə verməyəcəkdir. Şahidlərin ifadələri Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, usta kimi Cavabdeh yaşadığı evin döşəməsini təmir etmiş, təmirin pulunu Cavabdeh ödəmişdir. Ölçmə işlərinə Cavabdeh tərəfindən maneə yaradılıb-yaradılmaması barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, usta kimi Cavabdeh yaşadığı evin suvaq-alçı işlərini görmüş, təmirin pulunu Cavabdeh ödəmişdir. Ölçmə işlərinə Cavabdeh tərəfindən maneə yaradılıb-yaradılmaması barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, təxminən 1 il yarım əvvəl usta kimi Cavabdeh yaşadığı evə qaz xətti çəkmiş və su qızdırıcısı quraşdırmışdır, işin pulunu Cavabdeh ödəmişdir. Ölçmə işlərinə Cavabdeh tərəfindən maneə yaradılıb-yaradılmaması barədə heç bir məlumatı yoxdur. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış sənədinə əsasən Tovuz rayonu Qovlar şəhərində yerləşən sahəsinin ölçüsü 0.0677 ha olan reyestr nömrəsi **********28 olan torpaq sahəsi İddiaçı adına rəsmiləşdirilmiş, hüquq sahibləri kimi İddiaçı, X2, X11 və X10 göstərilmişdir. Daşınmaz əmlak dövlət rüyestrində 288 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat Məhkəmənin mövqeyi Qeyd olunan normalardan göründüyü kimi daşınmaz əmlak üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmağa mülkiyyətçinin hüququ olduğu kimi eyni zamanda həmin hüququn dövlət tərəfindən qorunması, eləcə də sərəncam hüququnun həyata keçirilməsi üçün qanunvericilik belə qeydiyyatı zəruri şərt kimi müəyyən etmişdir. İddiaçı tərəfindən sözügedən əmlaka dair mülkiyyət hüququnun qeydiyyata alınmasına imkan verilməməsi mülkiyyət hüququnun özünün pozulmasına səbəb olur. Çünki, daşınmaz əmlak üzərində qeydə alınmamış hüquq barədə mülkiyyətçi sərəncam vermək hüququndan məhrum olur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından da göründüyü kimi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Tovuz rayonu Qovlar şəhərində yerləşən **********28 reyestr nömrəli, 0.0677 sahəsi olan torpaq sahəsinə mülkiyyət hüququ İddiaçı adına rəsmiləşdirilmişdir. İddiaçı həmin hüquqdan irəli gələrək həmin torpaq sahəsi üzərindəki tikiliyə mülkiyyət hüququnun qeydə alınması üçün daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan orqana müraciət etsə də cavabdeh özünün də etiraf etdiyi kimi torpaq sahəsinə daxil olmağa və qeydiyyat üçün zəruri olan ölçmə işlərinin aparılmasına imkan verməmiş, maneə törətmişdir. Cavabdeh bu maneəni əslində həmin əmlaka iddiaçının deyil, onun hüququnun olması ilə izah etsə də heç bir hüquqmüəyyənedici sənədə istinad etməmişdir. Beləliklə, cavabdeh iddiaçının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan mülkiyyət hüququnu öz istədiyi kimi sərbəst surətdə realizə etməsinin qarşısını aldığından, qeydiyyat orqanına iddiaçının müraciəti əsasında ölçmə işlərinin aparılmasına heç bir hüquqi əsası olmadan maneə törətdiyindən mülkiyyətçi-iddiaçı cavabdehdən həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı adına rəsmiləşdirilmiş, 0.0677 sahəsi olan, Tovuz rayonu Qovlar şəhərində yerləşən, **********28 reyestr nömrəli torpaq sahəsində daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan orqanın əməkdaşları tərəfindən ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən maneə törədilməsinə və qanunsuz müdaxiləyə son qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı adına sənədləşdirilmiş, 0.0677 sahəsi olan, Tovuz rayonu Qovlar şəhərində yerləşən, **********28 reyestr nömrəli torpaq sahəsində daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan orqanın əməkdaşları tərəfindən ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən maneə törədilməsinə və qanunsuz müdaxiləyə son qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar