Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-4289/2025 26.01.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məsimov Fərid Eldar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1800 manat pulun, 300 manat yol xərcinin və 41 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Əlibəyli kənd sakini -812 nömrəli Hərbi Hissənin Müddətdən Artıq Hərbi Xidmət Qulluqçusu Cavabdeh 10 ilə yaxın müddətdir ki tanıyır. Onunla aralarında ötən dövr ərzində heç bir anlaşılmazlıq və ya narazılıq olmamışdır. 2024-cü ilin oktyabr ayının ortalarında Qəhrəmanov X1 onun evinə gələrək, Gəncə xəstəxanalarının birində onun arvadının baş-beyin əməliyyatı olduğunu və əməliyyat xərcinin 3000 manat təşkil etdiyini demişdir. Cavabdeh həmin gün ondan öz müalicə xərcləri üçün topladığı 3100 manat pulu borc alaraq tezliklə kredit götürüb qaytaracağına söz vermişdir. Cavabdeh ondan 3100 manat pulu borc aldıqdan qısa müddət sonra ona məlum olmuşdur ki, onun arvadı heç bir əməliyyat keçirməmişdir. Cavabdeh onun səmimiyyətindən və etibarından sui-istifadə edərək onu aldatmışdır. O, Cavabdeh öz müalicə xərclərinə pulu olmadığını və onun aldığı 3100 manat pulun geri qaytarmasını dəfələrlə xahiş etməsinə baxmayaraq Cavabdeh ona 2024-cü il 8 dekabr tarixində 300 manat, 2025-ci il 22 iyun tarixində 300 manat, 2025-ci il 01 avqust tarixində 200 manat, 2025-ci il 06 oktyabr tarixində 500 manat borcundan, cəmi olaraq 1300 manat ödəmişdir. Cavabdeh ona qalan 1800 manat borcunu ödəməkdən imtina edir, əvəzində onu və ailəsini təhqir və təhdit edir. Hər an hərbiçi olduğunu və əlində lazımi hərbi arsenal olduğunu da nəzərinə çatdırır. Bildirir ki, onun bu kimi davranışları onu və ailəsini qorxu və sarsıntı içərisində saxlayır. O, pulunu ala bilmədiyindən məcbur olub hazıkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı, iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh onun yanında etibarını qazanmış və taksi kimi hər zaman onu çağırmışdır. O, yoldaşının xəstə olduğunu və pula ehtiyacı olduğunu bildirmişdir. O, oğlu Nəsirlə iş yoldaşı olub, oğlu ona pul verməməyi söyləmişdir. Ancaq o oğlunun sözünə baxmayaraq ona pul vermişdir. Ümumi olaraq Nəsirə 3100 manat pul vermişdir. Həmin puldan 1300 manat, daha sonra 250 manat ödəmişdir. 200 manat isə yol xərcidir ki, onu da tələb etmir. Sonda o, iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirdi ki, o iddianı qəbul edir. İddiaçı ona həmin pulu sələm olaraq vermişdir. Onun hazırda iddiaçıya 1550 manat borcu vardır. Məhkəmə, tərəfləri dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.(maddə 739). Göründüyü kimi bu işdə borc müqaviləsinin predmeti 3000 manatdan çox olmasına baxmayaraq yazılı bağlanılmamasına baxmayaraq cavabdeh tərəfindən borcun alınması etiraf edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edilən qanunvericilik normalarına əsasən hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edilərək qəbul edildiyindən, iddiaçı iddianı sübut etmək vəzifəsindən azaddır. Bununla yanaşı, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və üçüncü şəxslərin hüquqlarını pozmur. Buna görə məhkəmə hesab edir ki, iddianın cavabdeh tərəfindən etirafı qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu əvəzi qismində 35 manat 50 qəpik cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1550 (min beş yüz əlli) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 35 manat 50 qəpik pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-4289/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-4289/2025
26.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver