Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-4320/2025 05.01.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun oğlunun sədrliyi Məsimov Fərid Eldar oğlunun katibliyi İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏN ETDİ: İddiaçıl oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4200 manat pulu və ona dəymiş 3000 manat maddi zərərin ödənilməsini, ümumilikdə 7200 manat pulu və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək bildirmişdir ki, hazırkı işin baxılmasını istəmir. Ona görə də, iddia ərizəsinin baxılmamış saxlanılmas barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Мəhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, iddia baxılmamış saxlanılmalıdr. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi və pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi təqdim edildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-4320/2025
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-4320/2025
05.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver