Məhkəmə qərarları › İş №2(062)-4363/2025

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-4363/2025

16.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-4363/2025 16.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə İddiaçı cavabdeh Tovuz rayon AİK-nin hüquqi varisi olan Cavabdehnə qarşı torpaq sahəsinin ayrılması tələbinə dair ərizəsinə Tovuz şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Tovuz rayon AİK-nin hüquqi varisi olan Cavabdehnə qarşı torpaq sahəsinin ayrılması barədə ərizə verərək ona verilmiş torpaq sahəsinin ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi İddiaçı ərizəni mülki mühakimə qaydasında vermişdir. Lakin ərizə faktiki olaraq mülki məhkəmə qaydasında baxılmalı deyildir. Belə ki, inzibati orqana qarşı torpağın ayrılması barədə ərizələr inzibati orqanın özünə müraciət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Odur ki, MPM-nin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı ərizəsini icraata qəbul edilməkdən imtina edilməlidir və onun müvafiq inzibati orqana müraciət etməsi izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya müvafiq inzibati orqana müraciət etməsi izah edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar