Məhkəmə qərarları › İş №2(062)-442/2023

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-442/2023

18.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-442/2023 18.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı «torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və naturada ayrılması» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı «torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və naturada ayrılması» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Tovuz rayonu, Düz Qırıqlı kəndində yerləşən JN-950A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə göstərilən 0,17 ha torpaq sahəsindən istifadələrində olan və fərdi yaşayış evi yerləşən 0,08 ha torpaq sahəsinin sərhədlərinin müəyyən olunması, habelə bölünərək onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmənin baxış iclasında İddiaçı1 ərizə təqdim edərək göstərdi ki, hazırda mübahisə həlli üzrə zərurət aradan qalxmışdır. Ona görə də iddia ərizəsinin qaytarılmasını xahiş edir. Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 260, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı «torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və naturada ayrılması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar