Məhkəmə qərarları › İş №2(062)-474/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-474/2025

09.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-474/2025 09.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə ilk, Cavabdeh İddiaçı və X2 qarşı “pul tələbi” barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus ayrı-ayrılıqda qeyd etdiyi ümumi dəyəri 24.250 manat olan 86 ədəd heyvanların özləri, özləri olmadığı təqdirdə dəyəri olan 24.250 manat pulun, taxılın dəyəri olan 600 manat pulun, 400 ədəd presin özləri, özləri olmadığı təqdirdə dəyəri olan 2400 manat pulun, əkin sahələrinin əkilməsi üçün dəyəri olan 1000 manat pulun, traktora verdiyi ümumi dəyəri olan 1800 manat pulun, 400 manat artezian idarəsinə xərclədiyi xərcin, heyvanların otarılması üçün çobanlara verdiyi 5000 manat, heyvanların dərmanla birlikdə yuyulması üçün 300 manat, 1000 manat başqa şəxslərdən yonca sahəsi almağa görə verdiyi 1000 manat, heyvanlara iynə vurulması üçün həkimə verilmiş 300 manat pulun, 226 manat dövlət rüsumunun, ümumilikdə 37.276 manatın alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, o, Tovuz rayon Düz Qırıqlı kənd sakinidir, heyvandarlıq sahəsində təsərrüfat işləri ilə məşğuldur. Tovuz rayon Düz Qırıqlı kənd ərazisində atasına məxsus fermaları var. Həmin fermada heyvan saxlayırlar. Tovuz rayon Aşağı Öysüzlü kəndində yaşayan Cavabdeh ilə tanışlıqları və qohumluqları var. Təxminən bir ildən artıq olar ki, aralarında razılığa gəlmişlər ki, bu Maqsud adlı şəxs xırda buynuzlu heyvanlar alacaq, o isə fermasında baxmağı və heyvanların yem tədarükünü almağı öhdəsinə götürmüşdür. Razılıqlarına əsasən, həmin heyvanların balasından (quzulardan) gələn gəlirlər aralarında bölünəcəkdir. İlkin olaraq Maqsud 195 ədəd xırda buynuzlu heyvan alıb onun fermasına gətirmiş və həmin heyvanlara o, qulluq etmişdir. 195 ədəd aldığı heyvanın 172 ədəd quzusu oldu. Həmin 172 ədəd doğulan quzunun 86 ədədi onun payına, 86 ədəd cavabdehin payına düşməli idi. Maqsud adlı şəxs gəlib heyvanları götürərkən 86 ədəd heyvanı verməkdən imtina etmiş, onun olduğundan cavabdehə verməmişdir. Həmin Maqsud adlı şəxs öz tanışı olan Tovuz rayon polis şöbəsinin əməkdaşından aldığı məlumata görə Tovuz rayonun Əsrik kəndində sahə müvəkkili işləyən Emin adlı şəxs və yanında tanımadığı kapitan rütbəsində olan polis əməkdaşı Maqsudla birlikdə onun evinə gəlmişlər və onu zorla Tovuz rayon polis şöbəsinə aparmışlar. Evindən onu götürərkən ailəsinin, uşaqlarının içində onu hədələyərək, döyədöyə maşına otuzdurub aparmışlar. 15 dekabr 2024-cü ildə səhər radələrində axşam saat 12:00-dək ona polis şöbəsində işgəncələr verilmış, döyülmüş, hədələyərək onda qalan heyvanları Maqsud adlı şəxsə verməsini bildirmişlər. O, işgəncələrə məruz qalsa da, onların dedikləri ilə razılaşmamışdır, gecə saat 12:00-da onu buraxmışlar. Səhərisi gün 16 dekabr 2024-cü ildə saat 11-12 iradələrində Tovuz rayon Qovlar polisləri tanıdığı polis əməkdaşı Saleh, Abbas, Elnur və bir nəfər tanımadığı polis serjantı həmin Maqsudla birlikdə onun fermasına gəlmiş, ona qarşı söyüşlər, hədə-qorxu gələrək heyvanlarını aparmışlar. O, bu barədə müxtəlif orqanlara şikayət göndərmişdir. 97 baş xırda buynuzlu heyvana çəkdiyi xərc 24.250 manatdır. Aralarında razılığa gəldikləri 86 ədəd heyvanı verməkdən imtina edir. Ona görə də, o məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Heyvanlara baxarkən xərclədiyi 4 ton taxıl-600 manat, 400 pres qiyməti-2400 manat, heyvanları yemləmək üçün əkin sahələrinin əkilməsi üçün xərclədiyi 1000 manat pul, 1800 manat yerin əkilməsi üçün traktor vermiş, 400 suvarılması üçün artezian idarəsinə, heyvanların otarılması üçün çobanlara 5000 manat, heyvanların dərmanla birlikdə yuyulması üçün 300 manat, 1000 manat başqa adamların yonca sahəsini alıb heyvanları otarmış, heyvanlara iynə vurulması üçün həkimə 300 manat pul vermişdir. Buna görə də, hesab edir ki, ayrı-ayrılıqda qeyd etdiyi özləri, özləri olmadığı təqdirdə qarşısında qeyd etdiyi xərclərin və dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini xahiş edir. Cavabdehlər İddiaçı və X2 qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər İddiaçı və X1 müştərək qaydada 29.947 manat pulun alınaraq ona verilməsinə və bundan əlavə cavabdeh İddiaçı 530 manat pulun, dövlət rüsumu hesabına ödədiyi 182 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı ona qarşı əsassız olaraq iddia qaldıraraq pul tələb etmişdir. İstintaqdan və ədalətdən boyun qaçırmaq məqsədilə barəsində pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki cavabdeh ona ziyan vurmaqla faktiki olaraq heyvanlarını qaytarmaq istəmir. Bununla bağlı o, Tovuz rayon polis şöbəsinə müraciət etmişdir. Ailəni dolandırmaq məqsədilə xırda buynuzlu heyvan saxlayır. Heyvanları özü saxlaya bilmədiyi üçün qohumu X5 ona bildirmişdir ki, onun Tovuz rayonu Düz Qırıqlı kəndi ərazisində ferması var. O, Mahmud ilə birlikdə Səddamın yanına getmiş, həmin vaxt Səddam və atası Şəmillə Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən evində görüşmüşdür. Görüş zamanı Şəmilə xırda buynuzlu heyvanının olmasını və baxmaq lazım olduğunu bildirmişdir. Şəmil də ona Səddam ilə birlikdə heyvana baxa biləcəyini bildirmişdir. O, Şəmil ilə razılaşmışdır. Şəmil ilə danışdıqdan sonra 119 baş qoyun, 6 baş keçi və 40 baş quzunu 20 yanvar 2024-cü il tarixdə Tovuz rayonu Düz Qırıqlı kənd ərazisində Şəmilin fermasında oğlu Səddamla birlikdə təhvil vermişdir. Qoyunların sayını artırmaq üçün o, yenidən 115 baş qoyun və 72 baş quzu alıb fermaya aparmışdır. Həmin 115 baş qoyundan isə 46 başı balalamışdır. Onun 2024-cü ilin yanvar ayının 20dən sonra Səddam və Şəmilin yanında 234 baş qoyun və 158 baş isə quzu olmuşdur. O, qoyunlardan 28 başını qoca olduğu üçün satmış, 19 baş qoyun isə cavabdehin deməsi ilə ölmüşdür. Qalıq 187 baş qoyun olmuşdur. Quzulardan isə 80 başını o, 17 baş quzunu isə Səddam satmışdır. Cavabdeh ona qarşı verdiyi iddia ərizəsində guya heyvanlar üçün hər hansı xərc çəkməsini bildirmişdir. Halbuki heyvanın yemlənməsi və digər bütün xərclərini özü qarşılamışdır. Heyvan dərmanı və çimizdirilməsi üçün nəzərdə tutulan xərcləri də, özüm çəkmişdir. Heyavanların yemlənməsi üçün və dərman və s. xərcləri ümumilikdə 4667 manat təşkil etmişdir. O, heyvanlara nəzarət etmək üçün fermaya gedən zaman heyvanın az olmasını görmüş, Səddamdan və Şəmildən 73 baş qoyun və 54 baş yazda doğulmuş quzuların harada olmasını soruçmuşdur. Səddam isə payına düşən heyvanı satdığını bildirmişdir. Cavabdehlərin özlərinin hesabı ilə nəzərə alınarsa onun 57 heyvanı onlar tərəfindən mənimsənilmişdir. O, məcbur qalıb əldə qalan heyvanlarını 16 dekabr 2024-cü il tarixdə oradan çıxarmışdır. Ümumilikdə ona cavabdehlər tərəfindən vurulmuş ziyan: 57 baş qoyunx450 manat=25650 manat dəyərində, heyvanların saxlanması üçün alınmış yem oradan gəldikdən sonra yemin 550 manat hissəsi orada qalmışdır, 1 maşın açıq şəkildə yonca-300 manat dəyərində, 6 top dəmir tor 60 metr x 6 manat=360 manat dəyərində, 250 yonca presi x 6 manat=1500 manat dəyərində, 1 ədəd qapı-120 manat dəyərində, 18 və 20-lik 20 ədəd, 2 metrlik armatur- 200 manat dəyərində, taxta - 40 manat dəyərində, işıq projektor-45 manat dəyərində. Bundan başqa heyvanların saxlanması üçün Səddam və Şamilin istifadəsində olan torpaq sahəsinə yonca və arpa da əkdirmişdir. Həmin xərcləri də, o çəkmişdir. Yonca toxumuna 425 manat, traktora yerin əkilməsi üçün 300 manat, arpa toxumuna 157 manat, arpa yerinin əkilməsi üçün traktora əkin xərci 300 manat pul vermişdir. Qeyd etdiyi hallar ilə bağlı hər iki cavabdeh müştərək qaydada məsuliyyət daşıyırlar. Hər iki cavabdehin müştərək qaydada məsuliyyət daşıdığı məbləğ 29.947 manat təşil edir. Bundan başqa cavabdeh İddiaçı ondan borc pul alaraq qaytarmayıb. 230 manat borc almasına baxmayaraq (150 manat birinci dəfə, 80 manat ikinci dəfə) hələ də qaytarmamışdır. Cavabdeh İddiaçı həmçinin ondan 300 manat dəyərində 3 ədəd üç kiloqramlıq banka da bal almışdır. Onun da pulunu cavabdeh İddiaçı hələ qaytarmamışdır. Beləliklə İddiaçı müştərək qaydada vurduğu zərərdən başqa həmçinin ona 530 manat pul da borcludur. Bu səbəbdən də, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən tərəflər iddia ərizəsində göstərilənlərə uyğun izahatlar vermişlər. İddiaçı izahatında göstərmişdir ki, onun Maqsud qarşısında həqiqətən də öhdəliyi var, ancaq Maqsudd da onun qarşısında götürdüyü öhdəliyi icra etdikdən sonra o Maqsudun qarşısındakı öhdəliyi icra edəcəkdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək, hesab edir ki, ilk iddia rədd, qarşılıqlı iddia qismən, İddiaçı münasibətdə təmin edilməlidir. İş materiallarında olan Cavabdeh tərəfindən təqdim edilmiş qaimə fakturalardan görünür ki, xx.xx.2024-cü il tarixdə cəmi 79.60 manat, xx.xx.2024-cü il tarixdə cəmi 214 manat, xx.xx.2024-cü il tarixdə cəmi 156.8 manat, xx.xx.2024-cü il tarixdə cəmi 43 manat, xx.xx.2024-cü il tarixdə cəmi 210 manat, xx.xx.2024-cü il tarixdə cəmi 585.70 manat, xx.xx.2024-cü il tarixdə cəmi 220.50 manat, xx.xx.2024-cü il tarixdə cəmi 48 manat, xx.xx.2024-cü il tarixdə cəmi 506.25 manat ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Tovuz rayonu Aşağı Öysüzlü kənd sakini Cavabdeh şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasıının rədd edilməsi, Tovuz rayonu Aşağı Öysüzlü kənd sakin Cavabdeh məhkəmə orqanlarına müraciət etmək hüququna malik olması izah edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan sağlamlığı və Baytarlıq xidmətləri mərkəzinin Tovuz rayon Heyvan sağlamlığı və Baytarlıq xidmətlər idarəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Düz Qırıqlı kənd sakini İddiaçı məxsus olan iri buynuzlu heyvanlardan 2024-cü ildə göstərilən tədbirlər aparılmışdır. XBH Dabaq 358 başxx.xx.2024, İBH Dabaq 3 baş- xx.xx.2024, XBH Bruselyoz REV-1 84 baş- xx.xx.2024, İBH Nodulyar dermatit 5 baş-xx.xx.2024, XBH Dabaq 342 baş- xx.xx.2024, XBH Qarayara 350 baş- xx.xx.2024. İş materiallarında olan Tovuz rayon mal bazarının müdiri tərəfindən Cavabdeh verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, şəxsin müraciəti əsasında bazar qiyməti ilə tənzimləmədə bir baş cavan doğar qoyunun bazar qiyməti 430 manat, bir baş 10-12 kiloqramlıq qoyun balasının bazar qiyməti 220 manat, ümumilikdə 650 manat dəyərində qiymətləndirilir. İş materiallarında olan Tovuz rayonu İcra Hakimiyyəti başçısının Düz qırıqlı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il taixli, 114 nömrəli arayışından görünür ki, verilir Düz qırıqlı kənd sakini X2 ondan ötrü ki, şəxs uzun müddətdir Kəhriz adlanan yerdə olan Fermada özünə məxsus xırda və iribuynuzlu malqara saxlayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, Maqsud heyvan saxlayırdı. O,heyvanları Şamilin yatağına qoyub şərik olmagı təklif etmişdir. Gedib heyvanları rəngləyib yatağa qoymuşdur. Eşitdiyinə görə 40 heyvan almış, həmin heyvanlar yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki, Maqsudun bazarda heyvan aldığını görmüşdür. O, gedib heyvanları saymağı söyləmişdir. Heyvanları sayarkən sayının az olduğunu bilmişdir. Səddamın atası yerində olmayan heyvanların veriləciyini bildirmişdir. 90-a yaxın heyvan qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, Səddam onun qardaşıdır. Quzuların satılmasından xəbəri olmasa da eşitmişdir ki, Maqsud quzuları aparıb satmışdır. Məhkəmə hesab edir tərəflər arasında ortaq iş (kənd təsərrüfatı) qurmaqdan irəli gələn münasibətlər yaranmış, təsərrüfatın idarəçiliyini İddiaçı öz üzərinə götürmüş, Cavabdeh sözügedən iş ortaqlığına ayrı-ayrı vaxtlarda 24510 manat məbləğində vəsait qoymuş, İddiaçı üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməməsi, yəni təsərrüfata nəzarətsizliyi nəticəsində Cavabdeh 24510 manat məbləğində zərər dəymişdir. Belə ki, tərəflər arasında, o cümlədən İddiaçı atası Şamil Məmmədovc arasında aparılmış danışıqları əks etdirən səs yazılarından müəyyən edilir ki, tərəflər arasında heyvanların sayı ilə bağlı çatışmazlıqlar vardır, buna baxmayaraq Şəmil həmin çatışmazlıqların aradan qaldırılacağına vəd vermişdir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış mübahisə şərik olaraq gördükləri iş üzrə uğranan maddi ziyan üzrə tərəflərin məsuliyyətindən doğan mübahisədir. Tərəflər hüquqi şəxs yaratmasa belə onların məqsədi mənfəət əldə etmək üçün təsərrüfat ortaqlığının yaradılmasından ibarət olmuşdur. Ona görə də Mülki Məcəllənin 11.1-ci maddəsinə uyğun olaraq qanunun analogiyasından istifadə edilməlidir. Həmin normada göstərilmişdir ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Mülki Məcəllənin 64.1-ci maddəsində göstərilmişdir ki, təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. Bu Məcəllədə nəzərdə tutulan hallarda təsərrüfat ortaqlığını bir şəxs yarada bilər. Həmin Məcəllənin 64.8-ci maddəsində göstərilmişdir ki, təsərrüfat ortaqlığının və ya cəmiyyətinin əmlakına qoyulan maya puldan, qiymətli kağızlardan, başqa əmlakdan və ya əmlak hüquqlarından və ya pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər. Mülki Məcəllənin 65.3.1-ci maddəsində göstərilmişdir ki, təsərrüfat ortaqlığının və ya cəmiyyətinin iştirakçıları nizamnamədə nəzərdə tutulan qaydada, miqdarda, üsullarla və müddətlərdə maya qoymalıdırlar. Ortaqlıq o halda tam ortaqlıq sayılır ki, onun iştirakçıları (tam ortaqları) nizamnaməyə müvafiq surətdə ortaqlıq adından sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ortaqlığın öhdəlikləri üzrə onlara mənsub əmlakla məsuliyyət daşıyırlar. Əgər tam ortaqlığın nizamnaməsində onun bütün iştirakçılarının işləri birlikdə aparması və ya işlərin aparılmasının ayrı-ayrı iştirakçılara tapşırılması müəyyənləşdirilməyibsə, tam ortaqlığın hər bir iştirakçısı ortaqlıq adından fəaliyyət göstərə bilər. (Mülki Məcəllənin 69.1 və 72.1-ci maddələri). Mülki Məcəllənin 74.1-ci maddəsində göstərilmişdir ki, tam ortaqlığın mənfəəti və zərəri, əgər nizamnamədə və ya iştirakçıların digər razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, onun iştirakçıları arasında onların şərikli kapitaldakı paylarına mütənasib surətdə bölüşdürülür. Ortaqlıq iştirakçısının mənfəət və zərərdə iştirakdan kənar edilməsi barədə razılaşma əhəmiyyətsizdir. İşin faktiki hallarından göründüyü kimi tərəflər arasında ortaq iş (kənd təsərrüfatı) qurmaqdan irəli gələn münasibətlər yaranmış, bu məqsədlə Maqsud tərəfindən Səddama 200-ə yaxın qoyun verilmiş, həmin qoyunlardan doğulacaq quzulara şərik olmaqla Səddam təsərrüfatın idarəçiliyini öz üzərinə götürmüşdür. Yəni, Səddam muzd müqabilində heyvanlara baxmaq üçün Maqsudla razılaşmışdır. Məhkəmə qeyd edir ki, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı Şəmil oğlu təhqiqatda verdiyi izahatında göstərmişdir ki, Maqsud 118 baş qoyun, 6 baş keçi, 51 baş quzunu gətirib Tovuz rayonu Düz Qırıqlı kəndi ərazisində yerləşən atası Şəmilə məxsus fermada onlara təhvil vermişdir.Maqsud heyvanlarını artırmaq üçün 2024-cü ilin oktyabr ayına qədər əlavə heyvan alaraq ümumilikdə 233 baş qoyun, 172 baş quzu etmişdir.Maqsudun qoyunlarından 32 başı ölmüş, 38 başını isə satmışdır. Maqsud 172 quzudan 167 başını özü Qazel markalı avtomobilə yükləyib satmaq üçün aparmışdır.172 baş quzudan 17 başını isə o satmışdır.Faktiki olaraq hal-hazırda fermada 130 baş qoyun, 6 baş keçi və 31 baş quzu vardır. Göründüyü kimi Maqsud tərəfindən Səddama 233 baş qoyun verilməsi Səddamın polis şöbəsində verdiyi izahatı ilə öz təsdiqini tapmışdır. Səddam həmin izahatı təzyiq altında verdiyi bildirsə də, o bunu təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Nəzərə alsaq ki, Səddamın dediyi kimi, 233 baş qoyundan 32 başı ölüb, 38 başı satıldığı halda 163 baş qoyun qalmalı olduğu müəyyən edilir. Göründüyü kimi Maqsudun Səddama qoyunları təhvil verməsi öz təsdiqini tapsa da, Səddamın iddiaçının iddia etdiyi qoyunları,yəni 57 baş qoyunu da təhvil verməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. İşdə olan Tovuz Rayonunun Mal bazarınnı müdiri tərəfindən verilmiş arayışdan və ona əlavə edilmiş satış çekindən görünür ki, bir baş cavan doğar qoyunun bazar qiyməti 430 manatdır. Belə olduğu halda məhkəmə hesab edir ki, İddiaçı tərəfindən Cavabdeh 57 baş qoyunun bazar qiyməti dəyərində, 24510 manat məbləğdə ziyan dəymişdir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq hesab edir ki, tərəflər təsərrüfat ortağı olduğundan və Mülki Məcəllənin 74.1-ci maddəsinə uyğun olaraq onların mənfəəti, habelə zərərləri bərabər hesablanmalıdır. Çünki, tərəflər arasında olan razılaşma üzrə Maqsud maddi baxımdan təsərrüfatın fəaliyyətini təmin etməli, Səddam isə baxım, nəzarət həyata keçirməli idi. Lakin, iddiaçının iddia ertdiyi heyvanlar naturada mövcud olmadığından, yəni Səddam tərəfindən Maqsuda təhvil verilməməsi təsdiqini tapdığından onlarının dəyəri Səddamdan alınaraq Maqsuda verilməlidir.Ona görə həmin heyvanların yarısı deyil, tam dəyəri alınmalıdır ki, Səddam heyvanlara deyil, onların quzularına şərik olmuşdur. Məhkəmə hesab edir ki, Səddam tərəfindən irəli sürülən arqument öz təsdiqini tapmadığından onun iddiası təmin edilməməlidir. Belə ki, Səddam neçə quzunun doğulması, həmin quzuların neçəsinin böyüyərək qoyunlara qarışması, neçəsinin tələb olması və neçəsinin satılmasına dair mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia da qalan hissədə təmin edilməməlidir. İlk iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu ilk iddiaçının özünə aid edilməli, qarşlıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun 163 manatı İddiaçı alınaraq Cavabdeh verilməli, dövlət rüsumu qalan hissədə qarşılıqlı iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İlk iddia təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı 24.510 (iyirmi dörd min beş yüz on) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 163 manat alınaraq Cavabdeh verilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar