Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-477/2025 08.09.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin nümayəndəsi Tovuz rayon vəkil bürosunun vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının tələbi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Tovuz Rayonu Abulbəyli kəndində yerləşən evində eyvana açılan qapının bağlanaraq pəncərə yerindən qapı açılması, zəbt etdiyi eyvandan və təsərrüfat damından cavabdehin çıxarılması və evin ətrafından tullantı tikinti materiallarının götürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X11 30 iyul 1991-ci il tarixində 3 otaqlı evin 22,4 kv.m. olan otağını və 14,0 kv.m. olan otağını – ümumilikdə 36,4 m2 yaşayış sahəsini və 70,4 m2 olan təsərrüfat damlarından 35,2 m2-ni notariat qaydasında ona bağışlamışdır. Bəxşiş müqaviləsi hazırda qüvvədədir. Həsənova Fatma digər övladı X4 ailəsi ilə yaşadığı 24,0 m2 olan otağı və təsərrüfat damlarından 35,2 m2 olan hissəni dəfələrlə bəxşişlə onun mülkiyyətinə verməyi 2004-cü ilə qədər təklif etmişdir. Lakin Sabirin həyat yoldaşı Cavabdeh bu təklifdən imtina edərək, “notariusun verdiyi mülki sənədləri ləğv etdirib bütün evi alacağıq” – deyə bildirmişdir. Sabir və Bulul Həsənovların həm qoca anaya, həm də övlada qarşı fiziki və mənəvi təzyiqləri son həddə çatdığından, digər övladların razılığı ilə Həsənova Fatma 23 iyul 2004-cü il tarixində adında saxladığı bütün mülkünü ona (iddiaçıya) vəsiyyət edərək vəsiyyətnamə imzalamış, notarius isə bu vəsiyyətnaməni təsdiq etmişdir. 14 m2 sahəsi olan orta otaqda yaşayan Sabir və Bulul ilə qarşılaşmamaq üçün otağın qapısı ilə pəncərəsinin yerini dəyişərək eyvanda arakəsmə etməyə məcbur olmuşdur. Verilən otağın qarşısındakı eyvandan 4 m2 hissə otağına giriş üçün Sabirə verilmişdir. Onlara həmin vaxt bildirmişdir ki, bu mülk bölgüsü deyil, yalnız vəsiyyətnamə üzrə bölgü olana qədər rahat yaşamaq üçün edilmiş müvəqqəti tədbirdir. Özləri üçün isı eyvanın digər baş tərəfində də qapı açmağa məcbur olmuşdur. 2006-cı ildə Həsənova Fatma, 2007-ci ildə isə Həsənov Sabir vəfat etmişdir. Birgə yaşayış həyətində mülkiyyətində olan otaqları öz tikinti materialları ilə mühasirəyə alan Cavabdeh, ona verdiyi keçid yerində onların rahatlığını tam pozmuşdur. Bulul dəyişdirilmiş pəncərəni söküb özünə taxça düzəltdirmiş, bununla otağın işığını kəsmişdir. Onun mülki sənədlərinin ləğvinə dair Cavabdeh bütün instansiyalarda – Ali Məhkəmənin Mülki Kollegiyasına qədər – qaldırdığı iddialar rədd edilmiş və işlərə xitam verilmişdir. Buna baxmayaraq, Cavabdeh təzyiqlərini artıraraq övladı ailəlikcə evdən çıxarmağa çalışmışdır. Cavabdeh eyvanda verilmiş yerdən gündüz və gecələr söyüş, təhqir, böhtan və hədə-qorxu yağdırmış, əşyaları döyərək rahatlığı pozmuşdur. Cavabdeh həmçinin betondan döşəməni dağıdaraq otağın döşəmə altına yol açmış və oradan kanalizasiya düzəltmişdir. Cavabdeh açıq şəkildə “sənin otağının altı mənim həm tualetimin, həm də hamamımın kanalizasiyasıdır” – deyə bildirmişdir. Nəticədə otaqda üfunət yaranmış, ev ciy kərpicdən tikildiyindən divarların uçma təhlükəsi olmuşdur. 07 yanvar 2024-cü ildə Cavabdeh sökdüyü pəncərə yerindən otağa deşik açaraq içəriyə çirkab (nəcis) tökmüşdür. Bu fakt polis tərəfindən sənədləşdirilmişdir. Bundan başqa, Cavabdeh göstərişi ilə onun oğlu X14 həmin otağın arxa divarını uçurmuşdur. Cavabdeh həmçinin ona məxsus təsərrüfat damını da zəbt edərək istifadə etmişdir. Onun bütün bu hərəkətləri nəticəsində onun ailəsinin yaşaması qeyri-mümkün hala gəlmişdir. İddia tələbinə etirazın əsaslandırıldığı hallar X1 02 dekabr 1961-ci il tarixində vəfat etdikdən sonra miras mülk mərhum həyat yoldaşı X8 adına keçməmiş, mərhum və arvadının mülkiyyəti birgə mülkiyyət olaraq qalmışdır. Mülkiyyətçinin ölümündən sonra onun qanuni birinci dərəcəli varisləri X7, İddiaçı və həyat yoldaşı X12 olmuşdur (22 fevral 2003-cü il tarixli, 34 saylı arayış bunu təsdiq edir). 24 mart 2006-cı il tarixində məlum olmuşdur ki, X12 qanuni vərəsələrin razılığı olmadan, 1991-ci il 30 iyun tarixli bəxşiş müqaviləsi ilə evi İddiaçı bəxş etmişdir. X2 qanuni səlahiyyəti olmadan bəxşiş müqaviləsi ilə ümumi mülkiyyəti özününküləşdirməsi, eyni zamanda miras mülkün dövlət qeydiyyatına alınmaması və dövlət tərəfindən mülkiyyət hüquqlarının tanınmaması qanunsuz əməl sayılır. Buna baxmayaraq, İddiaçı anasının huşsuz, anlaşıqsız və özünü idarə edə bilməməsindən istifadə edərək onun yerinə başqa şəxsə imza etdirərək saxta bəxşiş müqaviləsi və saxta vəsiyyətnamə tərtib etdirmiş, digər vərəsələrin mülkiyyət hüquqlarını məhdudlaşdırmış və mülkiyyətin çox hissəsini özünə götürmək məqsədi daşımışdır. Bu əməl cinayət xarakteri daşıyır. Qaldırılmış iddia əsasında Tovuz regional "ASAN Xidmət" Mərkəzində yerləşən Ədliyyə Nazirliyinin Notariat Ofisinə, iddiaçı Cavabdeh, cavabdeh İddiaçı və maraqlı şəxs DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə və Tovuz regional "ASAN Xidmət" Mərkəzi Notariat Ofisinə qarşı "bəxşiş müqaviləsinin ləğv edilməsi, vəsiyyətnamənin etibarsız hesab edilməsi və buraxılmış müddətin bərpa olunması" tələbinə dair mülki iş üzrə müvafiq sənədlər göndərilmişdir. Tovuz regional "ASAN Xidmət" Mərkəzi Notariat Ofisindən daxil olmuş xx.xx.2022-ci il tarixli 2851 saylı məktubda həmin işə dair heç bir sənəd aşkar edilmədiyi və işə dair digər sənədlərin surətinin Tovuz RPŞ-na təqdim edilməsi üçün sorğu göndərildiyi göstərilmişdir. Nazirliyin Dövlət Notariat Arxivinə mərhum X12 tərəfindən İddiaçı vəsiyyətnamə qoyulubqoyulmadığı, həmin vəsiyyətnamənin reyestrdən keçib-keçmədiyi və arxivə təhvil verilibverilmədiyi barədə Tovuz rayon PŞ-si tərəfindən məktub göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivindən daxil olmuş xx.xx.2022-ci il tarixli xx/xx-6658/12 saylı məktubda 2004-cü ildə təsdiq edilmiş vəsiyyətnamələrin qeydə alındığı reyestr kitabında xx.xx.2024-cü il tarixində 120 nömrəsi ilə X12 tərəfindən qoyulmuş vəsiyyətnamənin qeydiyyatının aparıldığı, lakin həmin vəsiyyətnamənin arxivə təhvil verilmədiyi göstərilmişdir. Nəhayət, Tovuz rayon Məhkəməsi həmin sənədlərdəki imzaların saxta olub-olmamasını aydınlaşdırmaq məqsədilə məhkəmə xəttşünaslıq ekspertizası təyin etmişdir. xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elmi-Tədqiqat Məhkəmə Ekspertizası Kriminalistika İnstitutundan alınmış 10135 nömrəli rəydə X2 adından və İddiaçı verilmiş xx.xx.2004-cü il tarixli vəsiyyətnamədə, X2 adına olan xx.xx.2005-ci il tarixli fərdi uçot kartoçkasının kserosurətində və xx.xx.1991-ci il tarixli bəxşiş müqaviləsinin kserosurətindəki imzaların müxtəlif şəxslər tərəfindən icra olunduğu göstərilmişdir. Sadalanan xüsusatlardan və istinad olunan hüquq normalarından göründüyü kimi, işə mahiyyəti üzrə baxılarkən prosessual hüquq normaları pozulmuş, sübutlara düzgün qiymət verilməmiş və nəticədə iş üzrə düzgün olmayan, ailənin hüquq və mənafelərinə sərt toxunan məhkəmə aktı qəbul edilmişdir. Tovuz RPŞ-nin araşdırmasının nəticəsi kimi yeni açılmış hal olaraq "bəxşiş müqaviləsi" və "vəsiyyətnamənin" saxta olduğu sübut olunsa da, hakim bunu nəzərə almamış, qanunvericilikdə göstərilən tələblərə riayət etməmiş, bununla işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir və bu günkü davam edən münaqişə və mübahisələrin yaranmasına əsas olmuşdur, İddiaçı böhtan və şantaj yolunu daha da işıqlandırmışdır. Tərəflərin izahatları Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun çıxış etmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə göndərdiyi yazılı izahatında göstərmişdir ki, İddiaçı Azərbaycan Xalq Cəbhəsinin qurucularından və fəal üzvlərindən biri olmuşdur. Xalq Cəbhəsi hakimiyyətdə olduğu üçün bütün dost və tanışlardan və yaranmış fürsətlərdən istifadə edərək qardaş və bacılarından xəbərsiz, onların mülkiyyət hüquqlarını məhdudlaşdırmaq məqsədi ilə gizli saxta sənədlər toplamış və ciddi qanun pozuntusuna yol vermişdir. Eyni zamanda, o, qardaş və bacılarının payını ələ keçirmək üçün bütün saxtakarlıq və alçaqlığa əl atmışdır. O, uzun müddət mərhum həyat yoldaş ilə münaqişədə olmuş və övladı şərləyərək həbs etdirilmiş, onu təqib və təhqirə məruz qoymuşdur. Nəticədə övladı məcburiyyət qarşısında qalıb Azərbaycanı tərk etmişdir. Yurd və ev insanların müqəddəs və toxunulmaz məkanı sayılır. Lakin bu ailə üçün həmin yurdqaynanın və onun ailəsinin zülmündən qaranlıq zindana, iztirab və əsəb mənbəyinə çevrilmişdir. Yaşlı və ciddi xəstə şəxs kimi əzab-əziyyətlə əldə etdiyi mülkdə tək-tənha yaşayır. İddiaçı ona məxsus evin pəncərələrini əlindəki ağac ilə sındırmış, və o, sındırılmış pəncərələrin yerinə karton vurmuşdur. İddiaçı kartonları parça-parça etmiş və ona bildirmişdir ki, onu da belə parça-parça edəcəkdir. Həmçinin xəbərsiz olaraq ona məxsus evə daxil olmuş, elektrik naqillərini kəsmiş və öz xəttinə calatdırmışdır. Qırıq-qırıq elektrik xəttini isə onun xəttinə calatdırmışdır. Mərhum həyat yoldaşın basdırdığı tut ağacı onun xəbərsiz kəsilmiş, çinar ağaclarını da kəsərək satmış və şəxsi məqsədləri üçün istifadə etmişdir. İddiaçı hər an birgə yaşayış qaydalarını kobud şəkildə pozaraq, onu təhqirlərə və söyüşlərə məruz qoymuşdur. Arif Məmmədtağı oğlu ilə aralarındakı münaqişəni dayandırmaq üçün dəmir tor (setka) çəkilmiş, lakin İddiaçı böhtan və şantaj yolu ilə, məhkəmə hökmü olmadan, təhqiqat şöbəsinin əməkdaşı Dayaq Süleymanov ilə gizli danışıqlar apararaq polis vasitəsilə setkanı sökdürmüşdür. Qisas almaq məqsədilə düşmənçilik münasibətlərini davam etdirmişdir. Həyətdəki dəmir tor söküldüyündən qonşuların it və pişiyi onun çarpayısının üstündə yataraq yorğan-döşək dəstini pis vəziyyətə salmış, pal-paltarını cırmış, ayaqqabılar və digər əşyalarını yoxa çıxarmışdır. İddiaçı qanunsuz və özbaşına hərəkətlərindən əsəb və iztirab içində yaşamışdır. O, əlində balta və digər kəsici alətlə hücuma keçərək, öldürəcəyi ilə hədələmişdir. Daşı əlinə götürüb başına vurmuş, dilə gətirilməsi mümkün olmayan söyüşlər söyləmiş və ciddi təhqirlərə məruz qoymuşdur. Bununla bağlı dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurulmuş, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlmiş və vəziyyətin şahidi olmuşdur. Lakin polis əməkdaşları protokol tərtib etməmişdir. Görünmüşdür ki, polis əməkdaşları təhqiqat bölməsinin əməkdaşı Dayaq Süleymanovun tapşırıqlarını yerinə yetirmişdir. İddiaçı əsəbi gərginlik yaratmaq üçün həyətdəki su kranı sındırmış, gecəgündüz axan su meyvə ağaclarına ciddi ziyan vurmuşdur. Su borusu sındırıldığından su gəlməmiş, sanitar-uzel (unitaz) sındırılmışdır. İddiaçı və arvadı Nəzakət hər an birləşərək birgə yaşayış qaydalarını kobud şəkildə pozmuş, ailənin mülkünə basqın etmiş, dövlət tərəfindən qorunan hüquq və azadlıqları kobud şəkildə pozmuşdur. Həyətdəki qanunsuz, vəhşi və özbaşına hərəkətlərinə görə mülkiyyətə sahiblik etmək mümkün olmamışdır. Heç bir tikinti və quraşdırma işləri həyata keçirə bilməmiş, meyvə ağaclarındakı meyvələri dərmək üçün fəhlə gətirmiş, lakin Arif və arvadı onları qovaraq, söyüş və təhqirə məruz qoymuşdur. Son bir həftə ərzində İddiaçı bar gətirən nar ağaclarını kəsmiş, doğramış və ciddi maddi ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh şifahi izahatında iddia ərizəsinə etirazda göstərilmiş halları bir daha ifadə etmiş, həmçinin bildirmişdir ki, iddia tam əsassızdır. İddiaçının heç bir mülkiyyət hüququ yoxdur. İddiaçı 30 iyul 1991-ci il tarixli bəxşiş müqaviləsinə istinad etsə də həmin müqavilə saxtadır, həmin müqavilənin 7-ci bəndinə nəzər salsaq bunu aydın görmək olar. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Tovuz rayon vəkil bürosunun vəkili X6 cavabdehin izahatında göstərdiyi halları nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Tovuz rayonu dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsindən verilmiş Azərbaycan Respublikası Qeydiyyat Vəsiqəsinə əsasən Tovuz rayonunun Abulbəyli kəndində yerləşən ümumi sahəsi 24 kvadrat metr o cümlədən yaşayış sahəsi 24 kvadrat metrdən ibarət olan fərdi yaşayış edir şəxsi mülkiyyət hüququ əsasında Tovuz rayon XDS icraiyə komitəsinin 09 nömrəli 30 aprel 1987-ci il tarixli qərarı əsasında vətəndaş X9 adına qeydə alınmışdır. 30 iyul 1991-ci il tarixli bəxşiş müqaviləsinə əsasən X11 şəxsi mülkiyyət hüquqa əsasında ona məxsus olan ünvan 1 ünvanında 2500 kvadrat metr torpaq sahəsində yerləşən cəmi sahəsi 60.4 kvadrat metr olan evin 36.4 kvadrat metrini və bir mərtəbəli 3 otaqdan 2 otağını 70.4 kvadrat metr təsərrüfat damından 35.2 kvadrat metrini onunla bir evdə yaşayan doğma oğlu 1946-cı ildə doğulmuş İddiaçı Məmmədova oğluna bəxşiş vermişdir. Tovuz rayonu dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş Azərbaycan Respublikası Qeydiyyat Vəsiqəsinə əsasən Tovuz rayonu Abdullayevli kəndində yerləşən ümumi sahəsi 36,4 kvadrat metr yaşayış sahəsi 36,4 kvadrat metrdən ibarət olan fərdi yaşayış evi tovuz rayon dövlət notariat countorunun təsdiq etdiyi 3639 reyestr nömrəli otuz iyul 1991-ci il tarixdə bəxşiş müqaviləsi əsasında vətəndaş İddiaçı adına qeydə alınmışdır. 23 iyun 2004-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X11 tərəfindən bütün əmlakı övladı İddiaçı vəsiyyət edilmiş, digər vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 25 iyun 2025-ci il tarixli 10/1768 nömrəli ekspert rəyindən görünür ki, "Azərbaycan Respublikası Qeydiyyat vəsiqəsi" sənədinə əsasən İddiaçı adına qeyd olunan Tovuz rayonu, Əbilbəyli kəndində yerləşən 36.4 kv.m-dən ibarət olan fərdi yaşayış evinin faktiki vəziyyətinin həmin evin texniki pasportunda əks olunan texniki göstəricilərə uyğun deyildir. Tovuz rayonu, Əbilbəyli kəndində yerləşən 36.4 kv.m-dən ibarət olan fərdi yaşayış evinin eyvana açılan qapılarının evə məxsus texniki plana uyğun yerdə yerləşmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1. və 4.2. bəndlərinin tələbləri yerinə yetirildikdən sonra, eyvana açılan və pəncərə yerindən yeni qapı açıla bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1. və 4.2. bəndlərində göstərilir: 4.1. bəndi (bina və qurğularda genişləndirmə, yenidən planlaşdırma və yenidənqurma işlərinin təşkili) sifarişçi, mülkiyyət sahibi və ya icarədar, ilk növbədə, mövcud obyektdə edəcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Azərdövləttikintikomun qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. 4.2. bəndi-Şəhər (rayon) yerli icra hakimiyyətinin müvafiq memarlıq-tikinti xidməti mövcud obyektdə dəyişikliklərin eskiz cizgilərini nəzərdən keçirməli və bu barədə öz rəyini yerli icra hakimiyyətinin rəhbərliyinə bildirilməlidir. Qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 N-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1. və 4.2. bəndlərinin tələblərinə əsasən aparılacaq işlərə dair müvafiq icazə alınmalıdır. Məhkəmənin mövqeyi Göründüyü kimi iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirmişdir. Onun bir tələbi evin eyvana açılan qapısını tam bağlatdırıb pəncərədən qapı açılması, digər tələbi eyvanın bir hissəsindən və zəbt etdiyi təsərrüfat damından cavabdehin çıxarılması, başqa tələbi isə evin ətrafında olan tikinti materialının götürülməsidir. Evin eyvana açılan qapısını tam bağlatdırıb pəncərədən qapı açılması evin konstruksiyasına və dayanıqlılığına təsir göstərən hal olduğuna görə tikinti norma və qaydaları gözlənilmədən həyata keçirilməsi mümkün deyildir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 25 iyun 2025-ci il tarixli 10/1768 nömrəli ekspert rəyindən də göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1. və 4.2. bəndlərinin tələbləri yerinə yetirildikdən sonra, eyvana açılan və pəncərə yerindən yeni qapı açıla bilər. Həmin Qaydaların 4.1. və 4.2. bəndlərinin məzmunu yuxarıda qeyd edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya evin eyvana açılan qapısını tam bağlatdırıb pəncərədən qapı açılması üçün həmin Qaydalarının 4.1. və 4.2. bəndlərinə uyğun müvafiq dövlət orqanlarına müraciət etməli olması izah edilməlidir. Eyvanın bir hissəsindən və təsərrüfat damından cavabdehin çıxarılması tələbi ilə bağlı qeyd edilməlidir ki, cavabdehin sözügedən evdə yaşamaq hüququnun olması işin mübahisəsiz halıdır. Ev naturada bölünmədiyi üçün bu hüquq həmin evin hər hansı hissəsi ilə rəsmi şəkildə məhdudlaşdırılmadığından evin eyvanını və təsərrüfat damını da əhatə edir. Buna görə də cavabdehin evin hər hansı hissəsini zəbt etməsini səbəb gətirib həmin hissədən məcburi çıxarılması üçün heç bir hüquqi əsas yoxdur. Evin ətrafında olan tikinti materialının götürülməsi tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən evin ətrafında həqiqətən də tikinti materialları olmasını, həmin materialın məhz cavabdeh tərəfindən oraya toplanmasını və bunun onun mülkiyyət hüququnu həyata keçirməsinə mane olmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia rədd edildiyindən 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, iddia rədd edilməli, iddiaçıya eyvana açılan qapının bağlanması və pəncərə yerindən yeni qapı açılması üçün Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1 və 4.2-ci bəndlərinin tələblərinə riayət etməsi və müvafiq dövlət orqanlarına müaciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçıya evin eyvanına açılan qapının bağlanması və pəncərə yerindən yeni qapı açılması üçün Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1 və 4.2-ci bəndlərinin tələblərinə riayət etməsi və müvafiq dövlət orqanlarına müaciət etmək hüququ izah edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №2(062)-477/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-477/2025
08.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver