Məhkəmə qərarları › İş №2(062)-48/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-48/2024

13.03.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-48/2024 13.03.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahənin istifadə hüquqlarına xitam verilməsi və həmin yaşayış sahəsinin boşaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və həmin yaşayış sahəsinin boşaldılması tələbinə dair məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, həmçinin yetkinlik yaşına çatmayan X2 və X4 ünvan 2 yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmçinin yetkinlik yaşına çatmayan X2 və X4 ünvan 2 yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılıması və yaşayış sahəsinin boşaldılaraq iddiaçı “Bank Respublika ASC-yə təhvil verilməsinə, həmiçinin iddianın verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X8 iddianı müdafiə edərək izahatında göstərdi ki, Gəncə Apellyasiya Məhkəməsinin 11 noyabr 2016-cı il tarixli, 2(104)-2182/2016 saylı icra sənədinə əsasən Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən hərrac vasitəsi ilə satılmışdır. Alqı-satqı nəticəsində əmlaka mülkiyyət hüququ İddiaçı ASC-yə keçmiş və xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınmışdır. İpoteka haqqında Azərbaycan Respublikasının qanunun 59.3-cü maddəsinə əsasən “İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilinə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutuqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Lakin cavabdehlər yaşayış sahəni bir ay ərzində boşaltmaları olduqları halda vəzifələrini icra etməmişlər. Ona görə də, iddia tələbinin təmin olunması xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Lakin Cavabdeh1 məhkəməyə qarşılıqlı iddia ərizəsi göndərərək göstərmişdir ki, onun mülkiyyətində olan Tovuz rayonu, Qovlar qəsəbəsi Hüseyn Cavid küçəsi ev 15 ünvanında yerləşən 0.08 ha torpaq sahəsinin üzərində ümumi sahəsi 405,10 kv.metr olan fərdi yaşayış evi inşa etdirmişdir. Həmin torpaq sahəsini və onun üzərində yerləşən fərdui yaşayış fərdi yaşayış evini ipoteka ilə yüklü etdirərək İddiaçı ASC-yə girov qoyulmuşdur. Sonradan müqavilənin şərtləri pozulduğundan, yəni məlum devolivasiya səbəbindən o İddiaçı ASC-yə olan borcunun bir hissəsini ödəyə bilməmişdir. Hazırda onun və qeyrilərinin İddiaçı ASC-yə olan borcun məhkəmlərinn müvafiq qərarları ilə qəbul edilduiikdən sonra İddiaçı ASC-yə 2260 ABŞ dolları pul ödənilməsinə baxmayaraq, Tovuz Rayon icra və probasiya şöbəsinin təsdiq etdiyi sənədlər əsasında onun xüsusi mülkiyyətində olan Tovuz rayonu, Qovlar qəsəbəsi Hüseyn Cavid küçəsi ev 15 ünvanında yerləşən əmlakın dəyəri 200000 manatdan çox olsada həmin əmlak məhkəmənin qərarı ilə 720000 manat təyin edilməsinə baxmayaraq hərracın yekunları barədə protokol əsasında 45900 manata satılmışdır.Bununla da daşınmaz əmlakın qanunsuz və əsassız qanunverçiliyə zidd olaraq İddiaçı ASC-nin mülkiyyətrinə verilmişdir. Ona görə də, onun qarşlıqlı ərizəsinin təmin olunması və daşınmaz əmlakın dövlət reyestri xidmətinin xx.xx.2022-ci il tarixli **********00-10301 reyestr nömrəli, ********** qeydiyat nömrəli çıxarışın etibarsız hesab edilməsi və İddiaçı ASC-nin, Tovuz Rayon İcra və probasiya Şöbəsinin və Azərbaycan Respublikası Xammal və X11 Mərkəzi "xxxx" MMC-nin əməkdaşlarının əməkdaşlarının əməllərində hüquqi qiymət verilmkə, onların barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. İşə əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2016-ccı il tarixli 2(104)-2182/2016 saylı qətnaməsindən görünür ki, X3 İddiaçı ASC-nin xeyrinə 23597 ABŞ dolları 11 sent məbləğində pulun tutulması Cavabdeh1 məxsus ünvan 2 fərdi yaşayış evinə yonəlmişdir. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X5 və X1 rayonu, Qovlar qəsəbəsi Hüseyn Cavid küçəsi ev 15də yerləşən ünvanında qeydiyyatdadır. İşə əlavə olunmuş xx.xx.2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilədən görünür ki, ünvan 2 fərdi yaşayış evib 49500 manat qiyməti olan alqı-satqı müqaviləsi bağlanmışdır. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestri xidmətinin çıxarışından görünür ki, Tovuz rayonu, Qovlar qəsəbəsi Hüseyn Cavid küçəsi ev 15-də ünvanında yerləşən fərdi yaşayış evi 0.08 ha torpaq sahəsi İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir. Göründüyü kimi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC qarşısında götürdükləri öhdəlikləri tam yerinə yetirməmiş, sonuncuya şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıradək iddiaçı təşkilatın qənaətinə görə cavabdehlər yaşayış sahəsindən çıxmamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsində istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təstiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Qeyd edilən Məcəllənin 205.2-ci maddəsinə əsasən tutmanın yönəldiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış sahəsindən çıxarılması və yaxud yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi məhkəmənin qərarı əsasında həyata keçirilir. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə məcburi qaydada çıxarılma üçün aşağıdakı əsaslar olmalıdır: a) mənzilə tutma yönəldilməli və o satılmalıdır; b) İpoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır; c) mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs - yeni mülkiyyətçi məcburi qaydada çıxarılma barədə məhkəmədə iddia qaldırmalıdır; d) bu tələblərə yeni icraatda baxılmalıdır. Məhkəmə qeyd edir ki, ipotekaya qoyulmuş mənzil satılmış, münasibətlərə yeni mülkiyyətçi daxil olmuş, sabiq mülkiyətçinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş vermiş və an əsası cavabdehlər evdən istifadə hüququnu itirmişlər. Bu səbəbdən də iddiaçı mülkiyyətçi kimi fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, evdən çıxarılma, həmin evin boşaldılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş və mübahisəyə yuxarıda qeyd edilən maddi hüquq normalarının tətbiqi nəticəsində məhkəmə iddia təmin edilməsi qənaətinə gəlir. Məhkəmə iddia tələbi üzrə bu qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mübahisəli fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməli və həmin fərdi yaşayış evindən onlar və orada yaşayan yetkinlik yaşına çatmayan X5 və X7 çıxarılmaqla mübahisəli yaşayış evi boşaldılmalıdır. Həmçinin iddianın verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 orada yaşayan yetkinlik yaşına çatmayan X5 və X7 ilə birlikdə ünvan 2 yaşayış sahəsindən çıxarılmaqla həmin yaşayış sahəsi boşaldılsın. 100 manat dövlət rüsumu Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündə 1 (bir) ay müddətinə“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar