Məhkəmə qərarları › İş №2(062)-488/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-488/2023

28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-488/2023 28.03.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “Subroqasiya qaydasında pul tələbinə dair" iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" AS-nin xeyrinə dəymiş ziyana görə 1443 manat sığorta ödənişinin, ödənilmiş 34,43 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: (tərəflərin mövqeyi) İddiaçı "xxxx" ASC tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən idarə edilən 99LK853 dövlət qediyyat nişanlı Khazar LX markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən Avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə sığortalanmış ** PE *** dövlət qeydiyyat işanlı Fiat Doblo markalı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar xx.xx.2021-ci il tarixli TP4209271 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh təqsirli bilinmişdir. Tərəflərindən müqavilə üzrə öhdəlikləri əsasında sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönəldilmişdir. BakuBus MMC tərəfindən tərtib olunmuş ** JX *** dövlət qediyyat nişanlı İveco Urbanway markalı avtonəqliyyat vasitəsinintəmiri üçün dəymiş ziyanın ümumi miqdarı 6213 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 6213 manat məbləğində sığorta ödənişinin avtomobilin təmiri üçün fərdi sahibkar X1 hesabına ödənilməsi qərara alınmış və köçürülmə həyata keçirilmişdir. Ödəniş etdikdən sonra zərərvuran şəxsin mülki məsuliyyəti "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalandığından ödənilmiş məbləğdən 4770 manat məbləğin sığortaçı tərəfindən ödənilmiş və 1443 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsini cavabdehdən xahiş etsələr də, o tələb olunan məbləği ödəməkdən yayınmışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, onun nümayəndəsi məhkəməyə ərizə göndərərək, iddianı müdafiə etdiklərini bildirərək, bütün məhkəmə iclaslarını iştirakları olmadan keçirərək, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.4-cü maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPMnin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və tədqiq olunan sübutlar : İşdəki sənədlərdən, o cümlədən Səbail rayon DYPŞ-nin xx.xx.2021-ci il tarixli TP4209271 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh İXMnin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 6213 manat məbləğində sığorta ödənişinin X1 hesabına köçürülməsi həyata keçirilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə qənaətə gəlirr ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən idarə edilən 99LK853 dövlət qediyyat nişanlı Khazar LX markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə sığortalanmış ** PE *** dövlət qeydiyyat işanlı Fiat Doblo markalı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar xx.xx.2021-ci il tarixli TP4209271 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və sürücü Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 6213 manat məbləğində sığorta ödənişinin avtomobilin təmiri üçün X1 hesabına ödənilməsi qərara alınmış və köçürülmə həyata keçirilmişdir. Ödəniş etdikdən sonra zərərvuran şəxsin mülki məsuliyyəti "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalandığından ödənilmiş məbləğdən 4770 manat sığortaçı tərəfindən ödənilmiş və 1443 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsi cavabdehdən xahiş edilsə də, o tələb olunan məbləği ödəməkdən yayınmışdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Öncə məhkəmə onu qeyd edir ki, "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanunun 25-ci maddəsinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının sığorta olunana qarşı subroqasiya hüququ yaranır. MM-in 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Şərh olununlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: 1443 manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 34.43 manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) vaxtdan bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar