Məhkəmə qərarları › İş №2(062)-51/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-51/2023

25.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-51/2023 25.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ HakimHünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı Taryel qızının, Cavabdeh iştirakları ilə, İddiaçı Taryel qızının Cavabdeh qarşı «naturada bölgü» tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Taryel qızı Cavabdeh qarşı «naturada bölgü» Tovuz rayonu Əyyublu kəndində yerləşən A 694250 nömrəli torpaq sahəsinin naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı Taryel qızı iddia ərizəsini onunla əsaslandırmışlar ki, o, Cavabdeh ilə 1991-ci ildə el aidəti qaydasında faktiki olaraq ailə qurmuşlar və nikahlarını həmin vaxt rəsmiləşdirmişlər. O həmin vaxtdan Cavabdeh və mərhum qaynanası X1 yaşadığı evə gəlin köçmüşdür. Hal-hazırda cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(062)-8632018 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. Cavabdeh və ona məxsus Tovuz rayonu Əyyublu kəndində yerləşən reyestr nömrəsi **********48 olan qediyyat tarixi xx.xx.2022-ci il tarixli torpaq sahəsinin ölçüsü 0.015 ha olan xüsusi mülkiyyətdə olan torpaq sahəsi mövcüddur. Həmin torpaq sahəsinin üzərində onların birgə nikah dövründə tikdirdikləri mağaza vardır. Hazırda həmin mağazada onun 1/2 hissə payı olmasına baxmayaraq cavabdehin istifadəsində və sərəncamındadır. Həmin mağazanın ½ hissəyə bölünməsi üzrə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(104)-2344/2020 saylı qətnaməsi mövcuddur. Hazırda cavabdehlə faktiki olaraq ər-arvad münasibətləri kəsilmişdir, bundan əlavə cavabdehlə payın naturada bölünməsi barədə razılığa gələ bilmirlər. Hazırda keçmiş həyat yoldaşı onun payı olan Tovuz rayonu Əyyublu kəndində yerləşən torpaq sahəsindən istifadə etməyə qoymur. Hazırda onun payı olan Tovuz rayonu Əyyublu kəndində yerləşən torpaq sahəsindən məhrumdur. İddiaçı Taryel qızı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak etdi və iddianı qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan çıxarışdan görünür ki, İddiaçı Taryel qızının və Cavabdeh hər birinin payı ½ hissə olmaqla paylı mülkiyyətlərində ümumi olaraq 0,015 ha torpaq sahəsi mövcuddur. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 iyun 2023-cü il tarixli, 10/745 nömrəli rəyindən görünür ki, mübahisə predmeti olan 0,015 ha torpaq sahəsinin naturada tərəflərin paylarına uyğun şəkildə bölünməsi mümkün deyildir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ümumi mülkiyyətin bölüşdürülməsi tərəflərin paylarına uyğun şəkildə mümkün olmadığından məhkəmə iddianın rədd edilməsi qənaətinə gəlir. Buna baxmayaraq məhkəmə tərəflərə izah edir ki, payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Taryel qızının Cavabdeh qarşı «torpaq sahəsinin naturada bölünməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 manatı iddiaçıdan, 50 manatı isə cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 manatı İddiaçı Taryel qızından, 50 manatı isə Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar