Məhkəmə qərarları › İş №2(062)-529/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-529/2024

21.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-529/2024 21.02.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «pul» tələbinə dair mülki işə Tovuz şəhərində 21 fevral 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldıraraq Cavabdeh1 8000 manat pulun, Hüseynova Maisə qəzənfər qızından 4610 manat və Cavabdeh3 4800 manat borc aldıqları cəmi 17410 manat pulun və dövlət rüsumu üçün ödədiyi 142.23 manat pulun cavabdehlərdən məcburi qaydada tutularaq ödənilməsi barədə qətnamə çxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək, məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, 2022-ci ilin oktyabr-noyabr aylarında əşyalarını girov qoyaraq Bank Respublikadan 8000 manat kredit götürmüşdür. Cavabdeh1 sinif yoldaşıdır, o kredit aldığı vaxt ondan borc pul istəmiş, cavabdeh sinif yoldaşı olduğundan ona inandığına və etibar etdiyinə görə 8000 manat borc pul vermişdir. Aralarında olan şifahi razılaşmaya əsasən 8000 manat borcu Xırdaxanım bir neçə aya qaytarmalı idi. Borc pulu Xırdaxanımdan istədikdə o bildirmişdir ki, pulu bacısı Cavabdeh2 vermişdir. Bacısı da pulu Bakı şəhərində başqasına sələmə vermiş və qaytarıb ala bilməmişdir. 2022-ci ilin dekabr ayında Cavabdeh2 ona zəng edərək 8000 manatı ona qaytarmaq üçün onun evinin sənədləşməsinə əlavə pul lazım olduğunu və mənzili satdıqdan sonra borcunu qaytaracağını bildirmişdir. Sinif yoldaşının bacısı olduğuna görə ona inanmış, mənzilin sənədləşdirilməsi üçün ayrı-ayrı vaxtlarda 110 manat, 900 manat, 600 manat, 1000 manat, 1000 manat, 1000 manat olmaqla, pullar göndərmiş, sənədləşməyə cəmi 4610 manat pul vermişdir. Cavabdehə göndərdiyi pulları başqasından sələm götürüb vermişdir. Həmin pulu verdikdən bir neçə gündən sonra Cavabdeh3 ona zəng edərək bildirmişdir ki, ev sənədlərini gərək ilkin olaraq Binəqədi rayon Bələdiyyəsinə pul verib almaq üçün Mayisəyə əlavə olaraq 3000 manat lazımdır ki, sənədi lap tez alsın. Yenidən sələm götürməklə Esmiraldaya 3000 manat pul vermiş, sonradan sənədləşmə adı ilə ondan 900 manat, 600 manat, 300 manat olmaqla, pul istəmiş, həmin pulları da terminal vasitəsi ilə Esmiraldaya göndərmişdir. Pulları cavadehlər ona qaytarmadığına görə Tovuz rayon Polis şöbəsinə müraciət etmişdir. Polis şöbəsində cavabdehlər izahatlarında ona cəmi 10.000 manat borcları olduğunu göstərmişlər. 8000 manat verdiyi puldan əlavə sələm götürdüyü əlavə pullara faizlər ödəmişdir. Ümumilikdə cavabdehlərin ona 17410 manat borcu var və hələ də özü banka həmin pullara görə kredit ödəyir. Cavabdehlər vəd etsələr də, borclarını ödəmək istəmirlər. Odur ki, Cavabdeh1 8000 manat, Cavabdeh2 4610 manat və Cavabdeh3 4800 manat olmaqla, cəmi 17410 manat pulun və dövlət rüsumu üçün ödədiyi 142.23 manat pulun cavabdehlərdən məcburi qaydada tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmiş, onları etibarnamə üzrə səlahiyyətli nümayəndələri, Vəkil təmsil etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, Vəkil məhkəmə iclasında iddianı qəbul etməyərək göstərdi ki, tərəflər arasında heç bir borc müqaviləsi yoxdur. İddia tələbində göstərilənlərin heç bir əsası yoxdur. Cavabdehlər polis şöbəsində də məcburiyyətdən 10000 manat borcları olduğunu demişlər. Cavabdehlər iddiaçıdan borc almamışlar. Ona görə də iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iddiaçının və cavabdehlərin nümayəndəsinin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. İşə əlavə olunmuş 24 iyun 2023-cü il tarixli cinayət işinin rədd olunması haqqında qərarda qeyd olunur ki, xx.xx.2023-cü il tarixdə İddiaçı 102 xidmətinə zəng edərək Cavabdeh3 12000 manat borc verməsini göstərmişdir. Cavabdeh2 təhqiqiatda verdiyi izahatının məzmunundan aydın olur ki, 2022-ci ilin yayından noyabr ayına qədər iddiaçıdan hissə-hissə ümumilikdə 10.000 manat borc pul almışdır. 2022-ci ilin dekabr ayına kimi 10000 manat pulun faizini ödəmişdir. İddiaçıya yalnız bir ildən sonra 10000 manat pulu ödəyə biləcəyini göstərmiş qalan 7000 manatın faiz olduğunu göstərmişdir. Həmin qərarda qeyd edilmişdir ki, Cavabdeh1 və Cavabdeh3 Cavabdeh2 göstərdiyi xüsusatlara uyğun izahatlar vermişdir. İşdə olan qəbzlərdən görünür ki, İddiaçı Cavabdeh3 900 manat və 600 manat olmaqla, cəmi 1500 manat pul köçürmüşdür. İşə əlavə olunmuş Tovuz rayon Polis Şöbəsinin araşdırma apardığı iş üzrə materiallardan görünür ki, Cavabdeh1 İddiaçı bacısı Cavabdeh2 ilə birlikdə ümumilikdə 10000 manat pul almışlar. İddiaçı 7000 manatı faiz olaraq istəyir. Həmin materialda olan həm Cavabdeh1 izahatında, həm də Cavabdeh2 izahatında iddiaçıdan 10000 manat pulun alınması təsdiq olunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh1 aralarında etibarlı münasibət olmuş, Cavabdeh1 xahişi ilə iddiaçı ona borc pul vermişdir. İddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında əvvəlcə 8000 manat borc pul verdiyini, sonradan isə cavabdehlərə ayrı-ayrı vaxtlarda cəmi mənzilin sənədləşməsi üçün 9410 manat pul verdiyini və həmin pulları da başqasından faizlə aldığını iddia tələbində iddia etmişdir. Məhkəmə hesab edir ki, iddia məbləği işdə olan sübutlarda ziddiyətli olduğu açıq aşkar müəyyən olunur. Belə ki, iddiaçı ilkin olaraq 8000 manat borc pul verdiyini, təhqiqat materiallarında, şikayət ərizəsində 12000 manat borca pul verdiyini qeyd edir. Cinayət işinin rədd olunması barədə qərarda cavabdehlər onlara verilən borc pulun faizlə olduğunu göstərsə də, iddiaçı bu halla bağlı məhkəmə iclasında fikir bildirməmiş, məhkəməyə tədqiq olması üçün sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçı cavabdehlərə verilən borc pulu başqasından faizlə aldığı barədə məhkəməyə heç bir dəlil təqdim etməmişdir. Göründüyü kimi iddiaçı tərəfindən təqdim olunan izahatlar ziddiyətli olmaqla onun cavabdehlərə konkret hansı məbləğdə borc pul verilməsi halı təsdiq olunmur. Cavabdehlər X2 və Cavabdeh2 isə təhqiqatda verdikləri izahatlarında iddiaçıya 10.000 manat borcu olmaları faktını etiraf etmişlər və borclarını bir ilə ödəyəcəklərini öhdələrinə götürmüşlər. İş üzrə cavabdehlər iddiaçıya faizlə pul ödədiyini qeyd etsələr də, bu barədə məhkəməyə sübut təqdim etməmişdirlər. Göründüyü kimi iddiaçının cavabdehlər X1 və Cavabdeh2 10000 manat verməyi inkar olunmur. İddiaçı isə cavabdeh X1 8000 manat pul verdiyini bildirir. Göründüyü kimi həmin pulun 8000 manatı cavabdeh X1 verilmişdir. Belə olan halda 10000 manatın digər 2000 manat hissəsinin Cavabdeh2 verilməsi aydın olur. Həmçinin işdə olan qəbzlərlə sübut olunur ki, İddiaçı Cavabdeh3 900 manat və 600 manat olmaqla, cəmi 1500 manat pul köçürmüşdür. İddia tələbində olan 4800 manat puldan qalan 3300 manat hissəsi sübuta yetmir. Məhkəmə işdə olan sübutların müqayisəli tədqiqinə qiymət verərək hesab edir ki, Cavabdeh1 iddiaçıya 8000 manat, Cavabdeh2 iddiaçıya 2000 manat, Cavabdeh3 iddiaçıya 1500 manat borcu qalmışdır. Pulun qalan hissəsinin cavabdehlərə verilməsi məhkəmə iclasında sübuta yetirilmədi. Odur ki, Cavabdeh1 8000 manat, Cavabdeh2 2000 manat, Cavabdeh3 1500 manat borc məbləğində pul alınıb İddiaçı verilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Cavabdehlərin nümayəndəsinin məhkəmə iclasında “cavabdehlər izahat verərkən hədə-qorxu nəticəsində 10000 manatı etiraf etmişlər” söylədiyi fikri ağlabatan olmamaqla, heç bir sübutla təsdiq olunmur. Eyni zamanda həmin izahatlardan uzun müddət keçməsinə baxmayaraq, cavabdehlər bu barədə heç bir dövlət orqanına müraciət etməmişlər. Cavabdehlər pulu iddiaçıdan borc götürdüyünə görə Mülki Məcəllənin borca aid müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası MM-nin tərəflər arasında hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödəməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Cavabdeh1 8000 manat, Cavabdeh2 2000 manat, Cavabdeh3 1500 manat məbləğində borc pul alınıb İddiaçı verilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. İddia tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 124,50 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin olunsun. Cavabdeh1 8000 manat, Cavabdeh2 2000 manat, Cavabdeh3 1500 manat məbləğində borc pul və 124,50 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınıb İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar