Məhkəmə qərarları › İş №2(062)-550/2025

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-550/2025

11.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-550/2025 11.03.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun oğlunun sədrliyi Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3 iştirakları ilə, İddiaçılar İddiaçı1,İddiaçı2 İddiaçı3 Cavabdeh qarşı «yol nəqliyyat hadisəsi zamanı sağlamlığa vurulmuş maddi zərər» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 İddiaçı3 Cavabdeh qarşı «yol nəqliyyat hadisəsi zamanı sağlamlığa vurulmuş maddi zərər» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən vurduğu zərərə görə İddiaçı1 15500 manat, İddiaçı2 34726 manat və övladlarına vurduğu maddi və mənəvi zərərə görə İddiaçı3 23490 manat pulun cavabdehdən alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 məhkəmə iclas zalını tərk edərək işə baxılmasını istəmədiyini bildirmişdir. Digər iddiaçılar da Günelin iştirakı olmadan işə baxılmasına etiraz etmişlər. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1,İddiaçı2 İddiaçı3 Cavabdeh qarşı «yol nəqliyyat hadisəsi zamanı sağlamlığa vurulmuş maddi zərər» tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi təqdim edildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar