Məhkəmə qərarları › İş №2(062)-56/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-56/2025

14.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-56/2025 14.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və onun nümayəndəsi (atası) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair qarşılıq iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək 3000 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə uzaqdan tanışılıq əlaqələri vardır. Onun adına ** XY *** dövlət qeydiyyat nişanlı Hyundai Matrix minik markalı avtomobil vardır. 2022-ci ilin may ayında cavabdeh ortaq tanışları Rahib adlı şəxs ilə onun yanına gələrək maşını sürmək üçün verməyini xahiş etmişdir. Tanış kimi cavabdehə inam gətirərək avtomobili ona vermişdir. Cavabdeh avtoqəza törətmiş və maşın yararsız hala düşmüşdür. Ona 3000 manat həcmində maddi ziyan dəymişdir. Cavabdehdən pulunu tələb etsə də, hər dəfə müxtəlif bəhanələr gətirərək sonuncu pulu verməkdən imtina etmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi verərək Cavabdeh ödəmiş olduğu 11700 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılması, habelə, avtomobilin mülkiyyətçisi X5 olduğu üçün əsassız ödəniş tələb etdiyinə görə cavabdeh barəsində xüsusi qərar çıxarılmaqla prokurorluğa məlumat verilməsi xahiş edilmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin may ayından hər ay 600 manat ödəmək şərti ilə 30 ay müddətinə ** XY *** dövlət qeydiyyat nişanlı Hyundai Matrix minik markalı avtomobili almışdır. Razılaşdıqları zamandan ümumilikdə İddiaçı 11700 manat məbləğdə ödəniş etmişdir. Cavabdeh onun avtomobildən 6300 manat borcu qaldığı üçün gecə saat 2-də yaşadığı evin həyətindən avtomobili apartmışdır. Hansı ki, avtomobil cavabdehin qardaşına məxsusdur. Etdiyi ödənişlərin üç ayını cavabdehin istəyi üzrə Rahib adlı şəxsə etmişdir. Daha sonra cavabdeh ödənişlərin özünə edilməsini istəmişdir. Hətta avtomobil ona verilən zaman motorunda nasazlıq çıxmışdır. Bunun üçün də nə qədər xərc çəkmişdir. Hazırda cavabdeh ondan avtomobili alıb apardığı üçün onun da avtomobilə etdiyi ödənişləri tələb etmək hüququ vardır. Bundan başqa cavabdehin əməllərində cinayət tərkibi də vardır. Çünki hüquqi əsas olmadan ondan pul almışdır. Odur ki, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia tələbini müdafiə etdi və qarşılıqlı iddia tələbini qəbul etməyərək ilkin iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, ** XY *** dövlət qeydiyyat nişanlı Hyundai Matrix minik markalı avtomobil onun qardaşının mülkiyyətinədir. Qardaşı ölkə xaricində yaşadığı üçün avtomobilin icarəyə verilməsi onun tərəfindən edilmişdir. Mübahisəli avtomobil 2022-ci ilin sentyabr ayında cavabdehə təhvil verilmişdir. Həmin vaxt razılaşma belə olmuşdur ki, avtomobil 30 ay müddətinə qalmaq şərti ilə aylıq 600 manat müqabilində verilir. Aylıq ödənişlər hər ayın 15-nə kimi edilməli idi. Avtomobili Rahib adlı şəxsə vermiş, onun tərəfindən avtomobil cavabdehə verilmişdir. Ümumiyyətlə onun avtomobil ilə bağlı işlərini həmin şəxs görmüşdür. Cavabdehi şəxsən tanımamışdır və özləri hər hansı bir formada şifahi razılaşma etməmişlər. Danışıqlar Rahib adlı şəxs ilə cavabdeh arasında olmuşdur. Lakin müəyyən vaxtlar ödəmələrdə yubanma olduğundan cavabdehin atası ilə 2023-cü ilin sentyabr ayında ilk dəfə danışmışlar. Tələb etdiyi pul avtomobilə dəymiş ziyan ilə bağlıdır. Bu barədə də servisdən akt təqdim etmişdir. Qarşılıqlı iddia tələbi ilə bağlı isə anlamır ki, necə ola bilər ki, etdiyi ödənişləri tələb etsinlər. Çünki avtomobil cavabdehdə qalmış və bunun müqabilində ödəniş etmişdir. Çünki Rahib ilə cavabdehin danışığı belə olmamışdır. Ödənişlər olunmadığı üçün isə Rahib cavabdehdən 2024-cü ilin fevral ayında alaraq Bakı şəhərinə gətirmişdir. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia tələbini qəbul etmədi və qarşılıqlı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, mübahisəli ** XY *** dövlət qeydiyyat nişanlı Hyundai Matrix minik markalı avtomobili 2022-ci ilin sentyabr ayında aylıq 600 manat ödəməklə 30 ay müddətinə yekunda avtomobilin ona qalması şərti ilə götürmüşdür. Avtomobil 2024-cü ilin fevral ayına kimi onda qalmışdır. Danışıqlar Rahib adlı şəxs ilə edilmişdir. Avtomobili Rahibdən almış və ona da təhvil vermişdir. Ödənişləri Rahibə etmişdir. Aylıq ödənişin gecikdirilməsi səbəbindən hazırki ilkin iddia üzrə iddiaçı ilə tanış olmuşlar. Danışıqlar isə onun atası ilə Fazil arasında olmuşdur. Bu təxminən avtomobil götürüləndən 7-8 ay sonra baş tutmuşdur. Hazırda tələb etdiyi pul avtomobil üçün etdiyi ödənişlərdir. Avtomobil 2024cü ilin fevralında Rahib tərəfindən aparılmışdır. Avtomobil həmin vaxt texniki baxımdan saz vəziyyətdə olmuşdur. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi (atası) X3 ilkin iddia tələbini qəbul etmədi və qarşılıqlı iddia tələbi ilə bağlı göstərdi ki, avtomobili oğlu Fuad ilkin iddiaçıdan danışaraq götürməmişdir. Danışıqlar Rahib adlı şəxs ilə oğlu arasında olmuşdur. Oğlu Fuad avtomobili 2022-ci ilin sentyabr ayından 2024-cü ilin fevral ayına kimi istifadə etmişdir. Avtomobil texniki cəhətdən saz vəziyyətdə də geri qaytarılmışdır. Fazil ilə o vaxt danışığa keçmişdir ki, ödənişlər də gecikmə olmuşdur. Bu səbəbdən aralarında telefon danışığı olmuşdur. Tələb etdikləri pul edilən aylıq ödənişlərdir. İndiyə kimi həmin pulu o baxımdan tələb etməmişlər ki, razılaşacaqlarını zənn etmişlər. İddiaçı barəsində xüsusi qərar çıxarılmasını ona görə istəyir ki, həmin şəxs onları məhkəməyə vermişdir. Bunu cinayət əməli kimi qiymətləndirir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Nəqliyyat vasitəsinin AE 143075 saylı şəhadətnaməsinin surətindən görünür ki, ** XY *** dövlət qeydiyyat nişanlı Hyundai Matrix minik markalı avtomobilin mülkiyyətçisi X4r. "xxxx" MMC tərəfindən təqdim edilmiş qüsur aktından görünür ki, ** XY *** dövlət qeydiyyat nişanlı Hyundai Matrix minik markalı avtomobilin təmirə ehtiyacı olan ehtiyat hissələrinin dəyəri və onların dəyişilməsi üçün zəhmət haqqı ümumi 3042 manat təşkil edir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizələrinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə qeyd edir ki, ilkin iddia tələbinin dəlillərinə görə tərəflər yaranmış mübahisə maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı, qarşılıqlı iddia üzrə isə yaranmış mübahisə isə nisyə alınmış əşya üzrə edilmiş ödənişlərin geri qaytarılması ilə bağlıdır. Mülki Məcəllənin aşağıdakı normaları əsasında həll edilməlidir. İlkin iddia tələbinin hüquqi əsasları ilə bağlı məhkəmə göstərir ki, Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qarşılıqlı iddia tələbinin hüquqi əsasları ilə bağlı məhkəmə diqqətə çatdırır ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur (Mülki Məcəllənin 329.2 və 329.3-cü maddələri). Mülki Məcəllənin 406.1-ci maddəsinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 406.2-ci maddəsinə əsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Mülki Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər (Mülki Məcəllənin 441.1 və 441.2-ci maddələri). Məhkəmə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, ** XY *** dövlət qeydiyyat nişanlı Hyundai Matrix minik markalı avtomobil ilkin İddiaçı qardaşı X2 mülkiyyətindədir. Lakin avtomobil faktik olaraq ilkin iddiaçının sahibliyi və istifadəsində olmuşdur. İlkin iddiaçı qardaşına məxsus həmin avtomobili Rahib adlı şəxs ilə danışaraq 30 aylıq müddətə hər ay 600 manat ödəniş etmək və sonunda avotmobilin həmin şəxsə qalması şərti ilə vermişdir. Rahib adlı şəxs də öz növbəsində mübahisəli avtomobili ilkin iddia üzrə Cavabdeh vermişdir. Avtomobil 2022-ci ilin sentyabr ayından 2024-cü ilin fevral ayına kimi ilkin iddia üzrə cavabdehin sahibliyində olmuşdur. Avtomobil üzrə razılşma Rahib adlı şəxs ilə Cavabdeh arasında olmuşdur. Hətta ilk 7-8 ay ödənişlər Fuad tərəfindən Rahib adlı şəxsə edilmişdir. Daha sonra ödənişlər üzrə gecikmələr olduğu üçün Fuadın atası ilə ilkin iddiaçı danışıqlara keçmiş və müəyyən ödənişlər ona edilmişdir. Yəni tərəflər arasında avtomobillə bağlı danışıq olmamışdır. Onlar hər ikisi Rahib adlı şəxslə danışmış və avtomobil üzrə razılaşma Rahiblə edilmişdir. Hazırda isə ilkin İddiaçı Cavabdeh avtomobilə vurulan maddi ziyanın əvəzini, Cavabdeh isə qarşılıqlı iddiaçı olaraq etdiyi aylıq ödənişlərin əvəzini İddiaçı tələb edir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1 və 76.2-ci maddələri). Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə göstərir ki, həm ilkin iddia tələbi, həm də qarşılıqlı iddia tələbi üzrə yuxarıda sadalanan maddi hüquq normaları əsasında işin halları yol verdiyi halda iddia təmin edilə bilər. Lakin bu zaman nəzərə almaq lazımdır ki, iddia tələbi doğru şəxsə yönəlmiş olsun. Hazırda işin halları ona dəlalət edir ki, həm ilkin iddia, həm də qarşılıqlı iddia tələbi üzrə iddiaya cavab verməli olan şəxs Rahib adlı şəxsdir. Çünki, avtombil üzrə danışıqlar Rahib ilə Fuad arasında baş tutmuşdur. Mülki iş üzrə tərəflər ümumiyyətlə ** XY *** dövlət qeydiyyat nişanlı Hyundai Matrix minik markalı avtomobil barəsində razılaşmamış, onların arasında hər hansı bir danışıq olmamışdır. Mübahisəli avtomobil ilkin iddiaçı tərəfindən Rahib adlı şəxsə verilmiş, həmin şəxs avtomobili 30 ay müddətinə aylıq 600 manat ödəmək və bütün ödənişlər edildikdən sonra sonunda avtomobilin ona qalması şərti ilə ilkin iddia üzrə cavabdehə satmışdır. Lakin ilkin iddia üzrə cavabdeh ödənişlərdə gecikmələr etdiyi, habelə, sonuncu aylar ödəniş etmədiyi üçün Rahib adlı şəxs tərəfindən avtomobil 2024-cü ilin fevral ayında ondan geri alınmışdır. Tərəflər özləri bu faktı izahatlarında təsdiq etmişlər. Belə olan halda həm ilkin, həm də, qarşılıqlı iddia tələbi üzrə iddiaya cavab verməli olan şəxs Rahib adlı şəxsdir. Belə ki, Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır (Mülki Prosessual Məcəllənin 54.2-ci maddəsi). Məhkəmə hazırlıq iclasında göstərilənlər hər iki tərəfin diqqətinə çatdırılmış, lakin, onlar cavabdehin əsl cavabdeh ilə əvəz edilməsinə razı olmamışlar. Məhkəmə bu səbəbdən iddialara irəli sürülmüş tələblər üzrə baxmağa davam etmişdir. Məhkəmə göstərir ki, nə qədər ki, iddia tələbləri doğru şəxsə qarşı yönəlməmişdir, bu zaman iddiaların təmin edilməsi nəticəsinə gəlinməsi qanunamüvafiq olmaz. Qarşılıqlı iddia tələbi üzrə bir məqamı da məhkəmə göstərir ki, ümumiyyətlə nisyə alınmış əşya üzrə ödənişlər edilmədiyi üçün satıcının əşyanı geri alması təqdirində alıcının həmin əşya üzrə istifadəsində olduğu müddət üzrə etdiyi ödənişləri geri tələb etməsi yolverilməzdir. Hansı ki, bu barədə tərəflər arasında razılaşma da olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri rədd edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Qarşılıqlı iddia tələbində xüsusi qərarın çıxarılması ilə bağlı məhkəmə göstərir ki, ilkin iddiaçının əməllərində hər hansı cinayət tərkibi müəyyən edilməmişdir. Şəxs qanunauyğun olaraq məhkəmə müdafiəsi hüququndan istifadə etmişdir. Digər tərəfdən yaranmış mübahisə mülki xarakterlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair ilkin iddia tələbi təmin edilməsin. Cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair qarşılıq iddi tələbi təmin edilməsin. İddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar