Məhkəmə qərarları › İş №2(062)-57/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-57/2024

23.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-57/2024 23.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ X8 Adil oğlunun sədrliyi, İsmayılov Emil İsrayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı «çəkilmiş xərclərin ödənilməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı «çəkilmiş xərclərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən əvvələr X2 adına olan fərdi yaşayış evinə çəkdiyi 15000 manat xərcin və ödənilmiş dövlət rüsumunun cavabdeh X1 və Cavabdeh2 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 atasının dayısıdır. Onunla onun və atasının mehriban münasibətləri olmuşdur. Çümşüdün uşağı olmadığı üçün Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən fərdi yaşayış sahəsini və torpaq sahəsini ona sağlığında bağışlamışdır. O, vaxtsız vəfat etdiyinə görə sağlığında aralarında bağışlama müqaviləsi bağlanmamışdır. 2010-cu ildə Selyan həmin fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini ona bağışlamışdır. O və ailə üzvlərinin həmin evə köçmüş və uzun müddət həmin evdə onunla birgə yaşamağa başlamışdır. Həmin ərəfədə ev Çümşüd Həsənovun olduğundan və o da ona sağlığında bağışladığından aralarında olan əqd məhkəmə qaydasında təsdiq olunmuş və daşınmaz əmlakda mülk onun adına qeydə alınmışdır. Hətta adına çıxarış da verilmişdir. Sonradan cavabdehin qardaşı İsrayıl onunla Seylanın arasında narazılıq yaratmışdır. Cavabdeh həmin qətnamədən şikayət vermiş və həmin qətnamə ləğv edilmişdir. O də mülkün mülkiyyətçisi kimi həmin fərdi yaşayış binasına xeyli vəsait sərf etmişdir. Binada yaxşılaşma işləri görmüşdür. Evdə təmir işləri aparmışdır ki, apardığı inşaat işlərinin öz vəsaiti hesabına apardığını həm cavabdehlər həm də kəntdə qonşular da bilir. Fərdi yaşayış binasında apardığı təmiş işlərini binaya baxış keçirilərsə aydın olar. Mübahisə olunan evdə o, aşağıda qeyd etdiyi işləri görmüşdür. Evin ön hissəsi, yəni 13 metr uzunluğunda divarını tamamilə söküb yenidən bərpa etdirmişdir. Yəni elektrik xərcləri çəkmişdir. Uzunluğu 13 metr olan divarın hər tərəfindən suvaq işləri aparmışdır. Təmir olunan, yəni suvaq işləri apardığı yerdə boyaq işləri də aparmışdır. Otağın birində 80 sm qazıntı işləri aparmış, hörgü işləri aparmış və taxta döşəmişdir. Çürük vəziyyətdə olan darvazanı yenidən təmir etdirmişdir. Hovuza su borusu yenidən çəkdirmişdir. Yuxarıda qeyd etdiyi işlərin görülməsi üçün ustalara zəhmət haqqı olaraq hər bir usta və orada işləyən işçilərə pul ödəmişdir. Ümumilikdə, yəni inşaat materiallarına və ustalara 15.000 manat vəsait xərcləmişdir. Apardığı inşaat işlərinin və təmirin həmin binadan ayrılıb ona verilməsi mümkün deyil. Şəraiti olmayan binanı tam şəraiti olan hala salmışdır. Sonradan Seylan onun xəbəri olmadan həmin evi və torpaq sahəsini qardaşı oğlu Cavabdeh2 bağışlamışdır. Cavabdehin razılığı ilə orada inşaat işləri aparmışdır. Seylanın qardaşı məqsədli şəkildə onun xəbəri olmadan və onun evə çəkdiyi xərcləri ona ödəmədən evi oğluna bağışlamışdır. Halbuki, o, evə 15000 manat xərc çəkmişdir və göründüyü kimi həmin evdə onun xərclərini tələb etmək hüququ yaranmışdır. Mübahisəni öz aralarında həll edə bilmədiyinə görə mübahisə məhkəmə qaydasında həll olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə də məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdeh X5 izahatında göstərmişdi ki, əqdin bağlanmış hesab edilməsinə dair İddiaçı iddiası əsasında qiyabi qətnamə qəbul edilsə də, həmin qətnamə ləğv edilmiş, əmlak əvvəlki vəziyyətinə qaytarılmışdır. O izahatında daha sonra göstərmişdir ki, həqiqətən də iddiaçı mübahisəli evdə 6 il öz evi kimi yaşamış və yalnız evin döşəməsini dəyişdirmişdir. Hazırda isə Vəli həmin evdə yaşamır. Vəlinin adına verilmiş Çıxarış ləğv edilmiş, o evi Cavabdeh2 bağışlamışdır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Torpaq sahəsinin planı və ölşüsündən və Daşınmaz əmlakın texniki pasportundan görünür ki, İddiaçı adına Tovuz rayonu Aşağı Quşçu kəndində torpaq sahəsi və fərdi yaşayış evi qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən yaşayış evində aparılmış yenidənqurma və tikinti-təmir işlərinin təqribi dəyəri bazar qiymətinə uyğun olaraq 5146.0 manat məbləğində müəyyən olunur. Evin ön hissəsində, yəni 13 metr uzunluğunda divar söküldükdən sonra həmin divarın yenidən inşaasına və elektrik xərclərinin çəkilməsinə sərf olunan tikinti-təmir işlərinin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 1582.0 manat məbləğində müəyyən olunur. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin hallarından, o cümlədən işdə olan Tovuz Rayon Məhkəməsinin 30 iyun 2010-cu il tarixli qətnaməsindən görünür ki,həmin qətnamə ilə İddiaçı Cavabdeh1 qarşı əqdin bağlanmış hesab edilməsinə dair iddiası təmin edilmişdir. Həmin qətnamədən görünür ki, həmin işdə iştirak edən cavabdeh izahatında göstərmişdir ki, mübahisəli yaşayış binası ərinin və özünün adına qeydə alınmışdır.Həmin evi, həyətyanı pay torpaq sahəsini 2003-cü ildə əri və özü Vəliyə bağışlamışlar. Əri öldüyünə və evin qeydiyyat vəsiqəsi itirildiyinə görə bağışlama müqavilə notarial qaydada təsdiq edilməmişdir. Beləliklə iddiaçının mülkiyyətçi qismində mübahisəli evdə yaşaması və müəyyən xərclər çəkməsi işin mübahisəsiz halıdır. Mübahisə isə xərcin məbləği ilə bağlıdır. Məhkəmə hesab edir ki, mübahisəli ev iddiaçının mülkiyyətindən çıxarılmaqla ona ziyan vurumuşdur. Azərbaycan Respublikası Müli Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 157.6-cı maddəsinə görə istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı vicdanlı sahib olmuş, cavabdehlərin iradələrinə uyğun şəkildə əmlakdan istifadə edərək, həmin əmlakın mülkiyyətçisi olmuşdur.Onun mübahisəli əmlakla bağlı etdiyi yaxşılaşdırılmalar əmlakdan ayrıla bilmədiyindən o mülkiyyətçidən çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə ekspert rəyini MPM-nin 76.2-ci maddəsinə əsasən sübut kimi qəbul edir. Çünki ekspert nəticəyə gələrkən malın (işin, xidmətin) bazar qiyməti və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, reklam mənbələri məlumatlarından istifadə olunmuşdur. Göründüyü kimi ekspert gəldiyi nəticəni kifayət qədər əsaslandırmış və rəyi müfəssəl tərtib etmişdir. Ona görə də ekspert rəyi mötəbər sayılmalı və sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər X5 və Cavabdeh2 müştərək qaydada 6728 manat pul alınaraq iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, 100 manat məbləğində ekspertiza xərci cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 87 manat 28 qəpik məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər X5 və Cavabdeh2 müştərək qaydada 6728 manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. 87 manat 28 qəpik məbləğində dövlət rüsumu cavabdehlər X5 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilsin. 100 manat məbləğində ekspertiza xərci cavabdehlər X5 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar