Məhkəmə qərarları › İş №2(062)-578/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-578/2025

19.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-578/2025 19.03.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, atası X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı «vurulmuş ziyan» tələbinə dair mülki işə Tovuz şəhərində 19 mart 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərər qismində 12500 manat pulun və 208 manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək verdiyi izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Cavabdeh sərxoş halda və yüksək sürətlə idarə etdiyi Hyundai Sonata minik markalı ** MS *** dövlət qeydiyyat nişanlı avtomobillə onun yoluna çıxaraq qəza törətmişdir. Həmin qəza nəticəsində zərbədən onun maşını yoldan xeyli kənara atılmış, o, müxtəlif dərəcəli xəsarət almışdır. Dövlət yol Polisi hadisə yerinə baxış keçirmiş, cavabdeh barəsində AR CM-nin 263-1.1-ci maddəsi ilə cinayət işi açılmışdır. Hadisə nəticəsində onun VAZ 2107 minik markalı ** RH *** dövlət qeydiyyat nişanlı avtomobili tamamilə yararsız hala düşmüş, özü də müxtəlif sümüklərinin sınması, bud sümüyünün zədələnməsi diaqnozu ilə xəstəxanada qalmışdır. Həmin hadisədən bir müddət keçməsinə baxmayaraq hələ də sağlamlığına qovuşmamışdır. Hesab edir ki, qəza nəticəsində cavabdeh onun 7000 manat miqdarında VAZ 2107 minik markalı ** RH *** dövlət qeydiyyat nişanlı avtomobilinə, 3000 manat məbləğində səhhətinə, sağlamlığı imkan vermədiyi üçün işə çıxmadığına görə 2000 manat, qəza nəticəsində qırılan 500 manat dəyərində telefonuna ziyan dəymişdir. Odur ki, cavabdehdən hadisə nəticəsində dəymiş ziyanla əlaqədar maddi zərər qismində 12500 manat və iddianın qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumunun da cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, atası X2 təmsil etmişdir. Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, atası X2 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində oğlu Cavabdeh idarə etdiyi Hyundai Sonata minik markalı ** MS *** dövlət qeydiyyat nişanlı avtomobillə iddiaçının yoluna çıxaraq qəza törətmişdir. Oğlu barəsində cinayət işi açılmış, Tovuz rayon Məhkəməsinin 1(062)-146/2024 saylı 28 noyabr 2024-cü il tarixli hökmünə əsasən, AR CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Lakin iddiaçı ziyanı çox şişirtmişdir. Dəymiş ziyan iddia tələbindəki qədər deyildir. İddiaçıya müxtəlif variantlar təklif etsə də, razılaşmamışlar. Ədalətli qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki işə əlavə olunmuş sənəd və şəkilləri tədqiq edərək, belə qərara gəlir ki, iddia qismən təmin edilməlidir. İşə əlavə olunmuş Tovuz rayon Məhkəməsinin 1(062)-146/2024 saylı 28 noyabr 2024-cü il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh AR CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşə əlavə olunmuş Tovuz rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Cavabdeh sərxoş halda və yüksək sürətlə idarə etdiyi Hyundai Sonata minik markalı ** MS *** dövlət qeydiyyat nişanlı avtomobillə İddiaçı idarə etdiyi VAZ 2107 minik markalı ** RH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və hadisə nəticəsində zərər çəkdiyi üçün İddiaçı başlanılmış cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İşə əlavə olunmuş X5 Təhsil Mərkəzinin 27 fevral 2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı X5 Təhsil Mərkəzində bağban vəzifəsində çalışır və aylıq 433 manat əmək haqqı alır. İşə əlavə edilmiş zərər aktından görünür ki, hadisə nəticəsində VAZ 2107 minik markalı ** RH *** dövlət qeydiyyat nişanlı avtomobilə 5142 manat ziyan dəymişdir. İşə əlavə olunmuş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli xəzinə çekindən görünür ki, hadisə zamanı qırılan XİAOMİ REDMİ Note 8 3GB/32GB Black markalı telefonun qiyməti 439 manatdır. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Cavabdeh sərxoş halda və yüksək sürətlə idarə etdiyi Hyundai Sonata minik markalı ** MS *** dövlət qeydiyyat nişanlı avtomobillə İddiaçı yoluna çıxaraq qəza törətmişdir. Törədilmiş inzibati xəta hadisəsi ilə əlaqədar Yol Polisi əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və cavabdeh barəsində cinayət işi açılmışdır. Hadisə nəticəsində İddiaçı idarə etdiyi VAZ 2107 minik markalı ** RH *** dövlət qeydiyyat nişanlı avtomobil yararsız hala düşmüş, həmçinin iddiaçı müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Tovuz rayon Məhkəməsinin 1(062)-146/2024 saylı 28 noyabr 2024-cü il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh AR CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə müəyyən edilmiş hallardan görünür ki, hadisə nəticəsində VAZ 2107 minik markalı ** RH *** dövlət qeydiyyat nişanlı avtomobilə 5142 manat ziyan dəymişdir. Həmçinin aldığı xəsarətlərə görə iddiaçı əmək qabiliyyətini müvəqqəti itirmiş, ona görə də əmək haqqı ala bilməmişdir. X5 Təhsil Mərkəzinin 27 fevral 2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı X5 Təhsil Mərkəzində bağban vəzifəsində çalışır və aylıq 433 manat əmək haqqı alır. Lakin məhkəmə iclasında müəyyən edildi ki, hadisə törədilən vaxt iddiaçının əmək haqqı 374 manat olmuş və 5 ay işə çıxa bilməmişdir. Ona görə də iddiaçının işləyə bilmədiyi dövr üçün əmək haqqı da hesablanaraq 1870 manat cavabdehdən tutulmalıdır. Bundan əlavə hadisə zamanı iddiaçıya məxsus mobil telefon da sınmış, yararsız hala düşmüşdür. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli xəzinə çekindən görünür ki, hadisə zamanı qırılan XİAOMİ REDMİ Note 8 3GB/32GB Black markalı telefonun qiyməti 439 manatdır. Məhkəmə hesab edir ki, həmin telefonun qiyməti də cavabdeh tərəfindən ödənilməlidir. Eyni zamanda iddiaçı müalicəsi ilə əlaqədar dərmanlara 115 manat xərcləməsi barədə qəbzlər təqdim etmişdir. Odur ki, 115 manat müalicə üçün xərclədiyi pul cavabdehdən tutulmalıdır. İddianın qalan hissəsi sübuta yetirilmədiyindən təmin olunmamalıdır. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu irəli sürdüyü (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının əmlakına dəyən zərər cavabdehin hüquq pozuntusu törətməsi nəticəsində əmələ gəlmişdir. İddiaçının iddia tələbinin təmini üçün qanuni əsaslar sadalanmış maddi hüquq normalarında nəzərdə tutulmuşdur. Belə ki, VAZ 2107 minik markalı ** RH *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyan üçün 5142 manat, hadisə zamanı qırılan telefon üçün 439 manat, iddiaçının aldığı xəsarətlərə görə aldığı müalicəyə çəkilən xərc kimi 115,37 manat, məcburi olaraq əmək qabiliyyətini itirdiyinə görə iş buraxma dövrünə uyğun hesablanmış 1870 manat əmək haqqının əvəzi olmaqla, cəmi 7566,37 manat pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. İddia tələbində olan qalan hissə sübut olunmur. Ona görə də, iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatına və işdə olan sənədlərə qiymət verərək hesab edir ki, vurulmuş ziyanla bağlı Cavabdeh cəmi 7566,37 manat məbləğində pul alınıb İddiaçı verilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. İddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq Cavabdeh ödənilmiş dövlət rüsumunun 95,66 manatı tutularaq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 7566,37 manat məbləğində dəymiş ziyan və ödənilmiş 95,66 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar