Məhkəmə qərarları › İş №2(062)-586/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-586/2024

13.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-586/2024 13.03.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı nümayəndəsi, qızı X6, Cavabdeh iştirakları ilə, İddiaçınn Cavabdeh qarşı «qanunsuz müdaxiləyə son qoyulması» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «qanunsuz müdaxiləyə son qoyulması» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən reyestr nömrəsi **********97-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən dövlət qeydiyatına alınmış 0,0641 ha həyatyanı torpaq sahəsi və sahəsi 231,70 kv.metr olan fərdi yaşayış evinə dair vərəsəlik qaydasında daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən onun adına sənədlərin tərtib edilməsi zamanı daşınmaz əmlakın dövlət reyestri xidmətinin nümayəndlərinə edilən qanunsuz müdaxiləyə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, hüquqların dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyat nömrəli çıxarışa əsasən, mərhum atası X1 adına paylı mülkiyyət hüququ əsasında ünvan 1 ünvanda 0,0641 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 231,70 kv.metr olan fərdi yaşayış evi vardır. Həmin əmlaka dair ona xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamə verilmişdir. Hazırda həmin şəhadətnamə əsasında o əmlakı sənədləşdirmək niyətindədir, lakin Cavabdeh ölçmə işlərini maneə yaratdığına görə əmlakın onun payına düşən hissəsinin sənədləşdirilməsi mümkün olmamışdır. Ona görə də, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən reyestr nömrəsi **********97-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən dövlət qeydiyatına alınmış 0,0641 ha heyatyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 231,70 kv.metr olan fərdi yaşayış evi ilə bağlı daşınmaz əmlakın dövlət reyestri xidmətinin nümayəndlərinin ölçmə işlərinə qanunsuz müdaxiləyə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X9 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddiaçı öncədən onu xəbərdar etmədən torpaq sahəsində ölçü işləri aparmaq istəmişdir. Ona öncədən məlumat verilmədiyinə görə o etiraz etmişdir. Hazırda o ölçü ilərinin aparılmasına etiraz etmir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** saylı çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0641 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 231,70 kv.m. olan fərdi yaşayış evi ümumi paylı mülkiyyət hüququ əsasında, fərdi yaşayış evi 1/3 hissədə Cavabdeh, 1/3 hissədə X3 və 1/3 hissədə X4 məxsusdur. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X6 Tovuz şəhəri M.F.Axundov küçəsi ev 30-da daimi qeydiyyatda olmaqla Cavabdeh, X5 və X7 adlı üzvləri vardır. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X2 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçıdır. İş materiallarında olan ölümm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 29 may 2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan DƏRX-nin 15 saylı ərazi idarəsinin məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrərində mərhum X8 mülkiyyətində olan hüququn dövlət reyestrində qeydiyyatda alınması ilə bağlı ərizənin icrası ilə bağlı daşınmaz əmlaka baxış keçirilərkən mübahisə olduğu aşkar olunmuş və bu səbəbdən də müayinə aparmaq mümkün olmamışdır. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, hüquqların dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyat nömrəli çıxarışa əsasən, mərhum X1 adına paylı mülkiyyət hüququ əsasında ünvan 1 ünvanda 0,0641 ha həyətyani torpaq sahəsi və həmin torpaq sahəsində 231,70 kv.metr olan fərdi yaşayış evi vardır. Həmin əmlaka dair iddiaçıya xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamə verilmişdir. Hazırda həmin şəhadətnamə əsasında iddiaçı əmlakı sənədləşdirmək istəyir, lakin Cavabdeh ölçmə işlərini maneə yaratdığına görə əmlakın iddiaçının payına düşən hissəsinin sənədləşdirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Mülkiyyət hüququndan bəhs edən Konstitusiyanın 29-cu maddəsini İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Mülki Məcəllənin 152.5-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İddia tələbinin tövsifedici əsas hüquq norması Mülki Məcəllənin 157.4-cü maddəsidir. Həmin normada təsbit edilmişdir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İş materialları ilə müəyyən edilir ki, iddiaçı öz mülkiyyətində olan 0,0641 ha torpaq sahəsi və ümumi sahəsi 231,70 kv metr olan fərdi yaşayış evinin sənədləşdirmək istəyir. Buna görə cavabdehlərin hər hansı müdaxiləsi yolverilməzdir. Mülki Məcəllənin 164.1-ci maddəsində deyilir ki, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Beləliklə, məhkəmə sadalanan hüquq normaları əsasında işin halları müqayisəli təhlil edib belə nəticəyə gəlir ki, iddia tələbi yalnız çıxarışa əsasən, iddiaçıya məxsus hissəyə müdaxiləyə son qoyulması hissəsində əsaslı olduğundan təmin edilməli, cavabdehlər tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə və yaşayış evinə edilən qanunsuz müdaxilələrə son qoyulmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Bundan başqa iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən reyestr nömrəsi **********97-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən dövlət qeydiyatına alınmış 0,0641 ha həyatyanı torpaq sahəsi və sahəsi 231,70 kv.metr olan fərdi yaşayış evi ilə bağlı DƏRX-nin 15 saylı ərazi idarəsinin mütəxəssislərinin müayinəsinə Cavabdeh tərəfindən yaradılmış müdaxiləyə son qoyulsun. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar