Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-590/2024 17.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında baxaraq, Müəyyən etdi : Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Sosial Fonduna olan 10267,49 manat, işsizlikdən sığorta fonduna olan 167,87 manat, İcbari Tibbi Sığorta Fonduna olan 170,35 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Tovuz rayon Əsrik Cırdaxan kənd icra orqanın rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi tələbini onunla əsaslandırmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Tovuz rayon X1 (VÖEN: **********) Dövlət Sosial Fonduna 10267,49 manat, İşsizlikdən sığorta fonduna 167,87 manat, İcbari Tibbi Sığorta Fonduna 170,35 manat məbləğində vergi borcu vardır. Yaranmış vergi borcunu 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən, xx.xx.2023-cü il tarixli **********196800, xx.xx.2023-cü il tarixli **********325300, xx.xx.2023-cü il tarixli **********925700, xx.xx.2023-cü il tarixli **********075900 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyəcisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən, hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs Tovuz rayon Əsrik Cırdaxan kəndində yaşayır. Ona görə də borcun ödənilməsini təmin edilməsi üçün hazırki ərizə ilə məhkəməyə müraciət edilmişdir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə və Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə qeyd edilən normaların tələbindən çıxış edərək hazırkı ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə ərizəni, iş materiallarını, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin olumalıdır. Qeyd olunur ki, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır. İşdə olan sənədlərlə müəyyən olunur ki, Tovuz rayon X1 (VÖEN: **********) Vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Tovuz rayon X1 (VÖEN: **********) Dövlət Sosial Fonduna 10267,49 manat, İşsizlikdən sığorta fonduna 167,87 manat, İcbari Tibbi Sığorta Fonduna 170,35 manat məbləğində vergi borcu vardır. Yaranmış vergi borcunu 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən, xx.xx.2023-cü il tarixli **********196800, xx.xx.2023-cü il tarixli **********325300, xx.xx.2023-cü il tarixli **********925700, xx.xx.2023-cü il tarixli **********075900 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyəcisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən, hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs Tovuz rayon Əsrik Cırdaxan kəndində yaşayır. Ona görə də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin hazırkı ərizə ilə məhkəmə qarşısında çıxış etmək hüququ vardır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən, Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.. Həmin Məcəlləsinin 355-5.2-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Tovuz rayon X1 (VÖEN: **********) Dövlət Sosial Fonduna 10267,49 manat, İşsizlikdən sığorta fonduna 167,87 manat, İcbari Tibbi Sığorta Fonduna 170,35 manat məbləğində vergi borcu vardır. Yaranmış vergi borcunu 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən, xx.xx.2023-cü il tarixli **********196800, xx.xx.2023-cü il tarixli **********325300, xx.xx.2023-cü il tarixli **********925700, xx.xx.2023-cü il tarixli **********075900 nömrəli bildirişlər göndərilməsi, lakin vergi ödəyəcisinin yaranmış borc məbləğini ödəməməsi, alınmış reyestr məlumatlarına əsasən, bələdiyyə sədrinin Tovuz rayon Əsrik Cırdaxan kəndində yaşayan Maraqlı şəxs olması sübuta yetirildiyindən, ərizə təmin olunmalı, Tovuz rayon X1 (VÖEN: **********) Dövlət Sosial Fonduna olan 10267,49 manat, işsizlikdən sığorta fonduna olan 167,87 manat, İcbari Tibbi Sığorta Fonduna olan 170,35 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün Tovuz rayon Əsrik Cırdaxan kəndində yaşayan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.4-cü maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə mindiyindən və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmadığından hazırki qətnamə dərhal icraya yönəldilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 355-5- 355-7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : Ərizə təmin edilsin. Tovuz rayon X1 (VÖEN: **********) Dövlət Sosial Fonduna olan 10267,49 manat, işsizlikdən sığorta fonduna olan 167,87 manat, icbari Tibbi Sığorta Fonduna olan 170,35 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün Tovuz rayon Əsrik Cırdaxan kəndində yaşayan xx.xx.1977-ci il təvəllüdlü (FİN-xxxxxxx) Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qətnamə dərhal qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-590/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-590/2024
17.01.2024 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver